Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (24-10-2016, 18:15)
Vətəndaşa məxsus torpaq sahəsini qonşusu başqasına satıb - SƏNƏDLƏR

Vətəndaşa məxsus torpaq sahəsini qonşusu başqasına satıb - SƏNƏDLƏR

 

 

Bakı sakini Vahid Mustafa oğlu Mühacirov Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşlarından və eləcə də şikayətinə baxmayan digər dövlət qurumlarından şikayətçidir.
Mediatv.az xəbər verir ki, şikayətçinin sözlərinə görə, onun sahibi olduğu sənədli torpaq sahəsinin bir sotunu qonşusu mənimsəyərək, başqa şəxsə satıb. Və hazırda isə həmin torpaq sahəsində tikinti işləri aparılır.
Şikayətçi V.Məhərrəmov müvafiq instansiyalardan yardım ala bilməyincə, məsələni ictimailəşdirmək üçün musavat.com-un redaksiyasına müraciət edib. 
Şikayətçi başına gələnləri geniş formada aşağıdakı kimi anladıb: “Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, döngə 6 ünvanında oğlum Vüqar Mühacirovun adına 5 sot torpağımız var. Qonşu Elxan Məmmədov 2013-cü il sentyabrın 9-da aramızda olan  çəpəri uçurmuşdu. Həmin zaman biz bununla bağlı məhkəməyə müraciət etdik. Məhkəmə qarar çıxardı ki, dəymiş zərər ödənilsin və aramızda barışıq oldu. Bu hadisədən sonra biz ora bir müddət getmədik. Çünki hesab edirdik ki, problem həll olundu. Lakin sonra xəbər tutduq ki, qonşu fürsətdən istifadə edib, öz həyətini üstəgəl də bizim 1 sot torpağımızı satıb. Məsələ ilə bağlı müvafiq instansiyalara müraciət etsək də, problem həll olunmamış qalır. Elxan Məmmədov eyni üsulla digər qonşunun da torpağını zəbt edib. Həmin qonşunun şikayəti əsasında E.Məmmədov həbs olunub. Hazırda o, həbsdədir. Onun torpağımızı satdığı şəxs isə bildirir ki, mən buranın pulunu verib almışam və qaytarası da deyiləm. Ancaq onu da qeyd edim ki, həmin ərazi sənədlərlə bizə məxsusdur. Onların sahəsinin heç qanuni sənədləri də mövcud deyil. Torpağı alan şəxs artıq orada ev də tikir. Bununla bağlı təxminən bir ay öncə Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmişəm. İcra Hakimiyyətindən bildirdilər ki, get, sabah gəlib həmin tikilini söküb, torpağını qaytaracağıq. Lakin heç bir nümayəndə gəlmədi. Problemlə bağlı məhkəməyə də müraciət etmişəm. Məhkəmə prosesi də yubadılır. Faktiki olaraq, bütün sənədləri əlimdə olan torpağıma sahiblənə bilmirəm”.
Məsələ ilə bağlı Suraxanı rayon İcra Hakimiyyəti ilə əlaqə yaratmağa səy göstərsək də, zəngimizə cavab verilmədi.



шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024