Cəmiyyət (19-05-2016, 10:48)
Göyçay məhkəməsində qəribə olay
Hakim köməkçisi məhkəməyə müraciət edən vətəndaşın özünü prokurorluğa verdi
Mediatv.az xəbər verir ki, Göyçay rayonunun Qarabaqqal kənd sakini Həmidov Mirsadiq Ağamusa oğlu redaksiyamıza gələrək başına gətirilən məhkəmə oyunundan şikayətlənib. Şikayətçi bildirib ki, mülkiyyət məsələsi ilə bağlı rayon məhkəməsinə şikayət etməsi başına bəla olub. M. Həmidovun sözlərinə görə, Göyçay Rayon Məhkəməsinin hakim köməkçisi Ülkər Kərimova ona “utanmaz” dediyini bəhanə edərək prokurorluğa şikayət edib:
“Ailəmizə məxsus 72 sot torpağımız var idi. Onun 62 sotunu sənədləşdirmişdik. 10 sotu isə mübahisəli olduğunda görə məhkəməyə müraciət etmişdik. Belə ki, qonşu həmin ərazini zəbt etmişdi. Martın 11-də məhkəmədə tanışlıq iclası keçirildi. Lakin qarşı tərəf məhkəmədə iştirak etmədiyindən hakim Fərhad Əfəndiyev bildirdi ki, məsələ ilə bağlı 10 gün ərzində ekspertiza təyin olunacaq, daha sonra məlumat veriləcək. 10 gündən çox müddət keçməsinə baxmayaraq nə ekspertiza edildi, nə də bizə xəbərdarlıq gəldi. Atam xəstə olduğu üçün bu işlə mən maraqlandım. Məhkəmədən dedilər ki, hakim köməkçisi Ülkər Kərimovadan məlumat alım. Köməkçi isə dedi ki, başı qarışıqdır, bunun üçün heç bir cavab verə bilməyəcək. Bildirdi ki, gedib başqa vaxt müraciət edim. Ondan əlaqə nömrəsini aldım.
Lakin sonradan verdiyi nömrəyə zəng edəndə məlum oldu ki, nömrə yanlışdır. Yenidən köməkçinin yanına gedib ona müraciət edəndə mənə bildirdi ki, heç bir cavab verməyəcək və məni qovdu. İşi belə görüb Ədliyyə Nazirliyinin Qaynar xəttinə müraciət etdim. Oradan isə əvvəl mənə yazılı surətdə bildirildi ki, şikayətimlə bağlı məsələyə baxılacaq. Lakin sonra bu işin məhkəməyə aid olduğunu, məhkəmə işlərinə qarışmadıqlarını bildirdilər. Məhkəmədən isə bildirdilər ki, mülkiyyət məsələsi ilə bağlı mənə artıq heç bir cavab verilməyəcək və bu, ”yuxarının" tapşırığıdır. Üstəlik Ülkər Kərimova ona “utanmaz” dediyimi iddia edərək polisə və prokurorluğa müraciət edib. Rayon balaca yerdir, gəzən söz-söhbətlərə görə hakim barəmdə deyib ki, “ona mütləq inzibati iş açılmalı, həbs olunmalıdır”.
Torpaq məsələsi ilə bağlı məhkəməyə müraciət etdim. Amma heç bir ekspertiza, nəticə haqqında bizə məlumat verilmədi, əvəzində mənim özümü məhkəməyə verdilər. Bunun arxasında nə dayandığını bilmirəm. Mənə atılan şər-böhtana görə artıq prezidentə də müraciət etmişəm".
Məsələ ilə əlaqədar qarşı tərəfin mövqeyini də öyrənmək üçün Göyçay Rayon Məhkəməsinə müraciət etdik. Qurumdan müraciətimizə cavab veriləcəyi deyilsə də sonradan telefon zənglərimiz cavabsız qaldı.
Musavat.com
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024