Cəmiyyət (19-12-2014, 18:22)
Məmmədov Elxan: “Bələdiyyə sədri fəraridi“
Bələdiyyə sədri fərarilikdə və özbaşınalıqda ittiham edildi
Bələdiyyə sədri fərarilikdə və özbaşınalıqda ittiham edildi
Elxan Məmmədov: “Nuriyev Cəmaləddin Zeyvə kəndi ərazisində yerləşən, uzun illər istifadəmdə olan və bələdiyyəyə məxsus olmayan torpaq sahəsini zorla əlimdən alaraq, DSK-nın sədri Baloğlanov Nizami Rizvan oğluna verilməsinə yardım edib”
Şabran rayonu Zeyvə kənd sakini Məmmədov Elxan Mildam oğlu redaksiyamıza müraciət edərək, şikayətini yuxarı orqanlara çatdırmaq üçün “Yeni Müsavat”dan kömək istəyib.
Şikayətçi yaşadığı kəndin bələdiyyə sədri, 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində yenidən namizəd olan Nuriyev Cəmaləddin Müzəfəddin oğlunun ona məxsus qanuni torpaq sahəsini rüşvət müqabilində başqasının adına keçirdiyini bildirib.
Məmmədov Elxan bələdiyyə sədrinin fərari olduğunu və buna görə cinayət məsuliyyətinə cəlb olunduğunu qeyd edib: “Nuriyev Cəmaləddin 10 ildir ki, bələdiyyə sədri vəzifəsindədir. 23 dekabrda yenidən bu vəzifəyə seçilmək niyyətindədir. O fərraridir. Hərbi Prokurorluğun apardığı araşdırma nəticəsində bu, təsdiq olunub. Onun özü də ərizə əsasında fərrari olduğunu etiraf edib. Bütün kənd sakinləri onun fərrari olduğunu bilir. Onun yenidən bələdiyyə sədri seçilmək niyyəti etiraz doğurub. Təəssüflər olsun ki, Şabran rayonunun rəhbərliyi bu biabırçılığa birbaşa dəstək verir. Haqsızlığın ayaq açmasının iştirakçısı olur. Müdafiə naziri Milli Məclisdə məsələ qaldırmışdı ki, hərbi xidmət keçməyən vətəndaş rəhbər vəzifəyə təyin oluna və seçilə bilməz. Milli Məclisdə bu, öz təsdiqini tapıb. Təəssüf ki, qanunlarımız kağız üzərində qalıb. Əməl edən yoxdur”.
Şikayətçi qanuni torpaq sahəsinin zəbt olunmasından danışıb: “Nuriyev Cəmaləddin Zeyvə kəndi ərazisində yerləşən, uzun illər istifadəmdə olan və bələdiyyəyə məxsus olmayan torpaq sahəsini zorla əlimdən alaraq, DSK-nın sədri Baloğlanov Nizami Rizvan oğluna verilməsinə yardım edib. Çünki DSK-nın sədri ona yenidən bələdiyyə sədri seçilməsinə köməklik göstərəcəyini bildirib. Biz indi nəyə inanaq? Belə çıxır ki, kimsə cəbhədə qanını tökməli, şəhid olmalıdır? Fərrarilər isə torpaqlarımızda bələdiyyə sədri olmalıdırlar? Bunları gördükdə insanlar ruhdan düşür və övladlarını orduya göndərmək istəmirlər”.
Məmmədov Elxan indiyə qədər kömək üçün müraciət etmədiyi aidiyyatı orqanın qalmadığını da söylədi: “Artıq səbrim tükənib. Hara şikayət edirəmsə, məhəl qoyan yoxdur. İndiyə qədər cənab prezident İlham Əliyevə, Mehriban Əliyevaya, Oqtay Əsədova, Əli Əhmədova, Əli Həsənova Məzahir Pənahova, Fikrət Məmmədova, Heydər Əsədova, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzova və rayon Prokurorluğuna müraciət etmişəm. Amma nəticəsi olmayıb. Qəzetiniz vasitəsilə prezidentimizə müraciət edirəm. Cənab prezident, rəhbəri olduğunuz partiyanın üzvü Nuriyev Cəmaləddin Şabranda qanunları pozmaqla məşğuldur. Fərari olmasına baxmayaraq, 10 ildir ki, bələdiyyə sədridir. İndi də yenidən saxta yolla seçilmək istəyir. Bunun üçün qanuni torpaq sahəmi onun saxtakarlığına şərik olan DSK-nın sədrinə satıb. Bu, 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərinə kölgə salacaq. Bütün kənd sakinləri onun əlindən təngə gəliblər. Bizə kömək olun. Onun qanunsuz əməllərinin qarşısını almaqda bizə sizdən çox kömək edən olmaz”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024