Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (12-10-2016, 21:19)
“Cavid Hüseynovun buraxılmasına hədsiz pis oldum” – Rasim Əliyevin atası

 

big_1439280186_cavid

Mərhum jurnalist Rasim Əliyevin atası Məmmədəli Əliyev futbolçu Cavid Hüseynovun azadlığa buraxılmasına münasibət bildirib.

Mediatv.az xəbər verir ki, BBC-yə açıqlamasında o, bu xəbərə hədsiz pis olduğunu, deməyə söz tapmadığını bildirib.

Mərhum jurnalistin valideynlərinin hüqüqlarını müdafiə edən vəkil Əsabəli Mustafayev məlumatın gözlənilməz olduğunu bildirib.

O, futbolçunun azadlığa buraxılmasını əvvəlcədən razılaşdırılmış qərar adlandırıb: “Bir neçə gün əvvəl mətbuatda Cavid Hüseynov barəsində apellyasiya məhkəməsinin ilkin iclas qərarından kasassiya şikayətinin geri götürüldüyü barədə məlumat çıxdı. Elə fikir yarandı ki, bu nahaq yerə baş verməyib. Bu şikayət hansısa məqsədlə verilib və götürülməsində də məqsəd olub”.

Vəkilin sözlərinə görə, şikayətin geri götürülməsindən 2 gün sonra Apellyasiya Məhkəməsinin tələsik qərar qəbul etməsi bu prosesin razılaşdırılmış akt olduğunu göstərir.

Ə.Mustafayev Cavid Hüseynovun işində Rasim Əliyevin valideynlərinin zərərçəkmiş kimi tanınmadığını bildirərək qeyd edib ki, tərəf olmadığı üçün jurnalistin valideyn və vəkilləri hüquqi müstəvidə heç nə edə bilməz: “Valideynlər ölkə başçısına müraciət edə bilərlər”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024