Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (26-01-2016, 12:50)
Cavid Hüseynov məhkəmədə ifadə verdi

ca`vid-ra`sim-bn-1

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Mediatv.az-ın məlumatına görə, prosesdə şahid qismində Cavid Hüseynov ifadə verib.
Cavid Hüseynov bildirib ki, Elşən İsmayılov onun bibisi oğludur, digər təqsirləndirilən şəxsləri isə tanımır: “Rasim Əliyevin barəmdə yazdıqlarını Elşən mənə mesajla göndərdi. Mənsə ona dedim ki, fikir vermə. Gördüm ki, Elşən çox əsəbidir, mən Rasimin telefon nömrəsini alıb onunla danışdım. Sonra Elşənə dedim ki, məsələ bitib, boş ver. Lakin Elşən mənə dedi ki, Rasim anama söyüb, bu şəxsi məsələdir. Mənim onların arasında baş verən hadisədən xəbərim olmayıb. Sonra bildim ki, Rasimi xəstəxanaya yerləşdiriblər, yanına getdim. Bir gün sonra isə vəfat etdiyini eşitdim. Onda isə Elşənə dedim ki, get polisə və hər şeyi olduğu kimi danış. Mən Rasimin öləcəyini gözləmirdim. Ağlıma gəlsəydi ki, belə bir hadisə baş verə bilər, onda Rasimi başqa xəstəxanaya aparardım”.
Daha sonra prosesdə digər şahidlər ifadə verib.
Proses fevralın 2-də davam etdiriləcək.
Qeyd edək ki, Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyev orada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.
C. Hüseynovun üzvü olduğu “Qəbələ” futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.
Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb.

шаблоны для dle 11.2

Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024