Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (31-08-2016, 17:44)
"Beynəlxalq Bank işi"ndə milyonlarla manatın taleyi, ödənilməyən kredit fırıldağı...

'Beynəlxalq Bank işi'ndə milyonlarla manatın taleyi, ödənilməyən kredit fırıldağı...

 

 

"Beynəlxalq Bank işi"nə görə həbs edilənlərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mediatv.az Musavat.com-a istinadən xəbər verir ki, məhkəmə prosesində şahidlər ifadə verib, bankın sabiq rəhbəri Cahangir Hacıyevin vəkili vəsatətlərlə çıxış edib.
C.Hacıyevin vəkili Fəxrdəddin Mehdiyevin qaldırdığı vəsatətlərin birincisi Beynəlxalq Bankın layihələri ilə bağlı girov sazişlərinin bankdan alınaraq, məhkəməyə təqdim edilməsi ilə bağlı olub. Vəkil deyib ki, həmin sənədlər bu işin mülki xarakterli olduğunu sübut edir.
Digər vəsatət Beynəlxalq Bankla bağlı 2008-2014-cü illər arasında Vergilər Nazirliyində açılmış cinayət işi ilə bağlı olub. Vəkil deyib ki, yoxlamalardan sonra cinayət işinə xitam verilib. 
Onun sözlərinə görə, həmin sənədlər də məhkəməyə təqdim edilməlidir: “Bu işin taleyi həmin qərardan asılıdır. Həmin cinayət işində kreditlərin xərclənməsinə və digər işlərə hüquqi qiymət verilib. Həmin xitam qərarının Baş Prokurorluqdan alınaraq, cinayət işinə əlavə edilməsini xahiş edirik.
Növbəti vəsatətdə vəkil Beynəlxalq Bankla “Aqrarkredit” QSC arasında imzalanmış çoxtərləfli sazişin məhkəməyə təqdim edilməsi ilə bağll olub.
F.Mehdiyev tərəflər arasında imzalanmış sənədlərin məhkəməyə təqdim edilməsini istəyib. O, əlavə edib ki, həmin sazişlə indiki ittihamlar arasında ziddiyyətlər var. 
F.Mehdiyev Beynəlxalq Bankdan fiziki şəxslərə verilmiş kreditlərin bəzilərinin tam, bəzilərinin qismən, bəzilərinin isə ödənilmədiyini deyib. Vəkil həmin kreditlərlə bağlı bankların mərkəzləşdirilmiş reyesterindən çıxarışın alınmasını və məhkəməyə təqdim edilməsini istəyib. Vəkil “Azərinşaat” MMC-yə ayrılan kreditlərlə bağlı ayrıca cinayət işi olduğunu və orada olan audit rəyinin alınaraq məhkəmyə təqdim edilməsi ilə bağlı da vəsatət verib. Hakim bildirib ki, vəsatətlər şahidlərin dindirilməsindən sonra müzakirə ediləcək.
Məhkəmə prosesi şahidlərin ifadəsi ilə davam etdirilib.
İlk olaraq “İnter Tekstil” fabrikinin əməkdaşı olan Zahid Bağırov ifadə verib. O, bildirib ki, rəhbərlikdən ona baş ofisə gedərək sənədlərə qol çəkmək tapışırılıb: “Bir maşınla apardılar. İşlə bağlı sənədə qol çəkdiyimi düşündüm. 250 manat maaş alırdım. Sonra da işdən çıxdım. Heç bir işdən də xəbərin yoxdur”.
 
Şahid suallarla cavab olaraq rəhbərliyin kimliyi ilə bağlı bunları deyib: “Kim olduğunu dəqiq bilmirəm. Dünyamin Xəlilovun adını çəkirdilər. Qol çəkməklə bağlı tapşırığı isə şirkətin müdiri olan Şakir Xəlilov verib”. 
Digər ifadə verən Samir Əliyev təqsirləndirilənlərdən Bakı Fındıq Emalı Zavodunun sabiq direktoru Azad Cavadovun bacanağı olduğunu və onun şirkətində işlədiyini deyib.
O, 2011-ci ildə Azad Cavadov tərəfindən banka gedərək sənədlərin imzalanması üçün göstəriş aldığını deyib: “Kredit götürüləcəkdi. Bu pul zavod üçün götürülürdü. Məbləğ 780 min 700 manat idi. İmzaladım və götürüldü”.
Prokuror deyib ki, kredit müqaviləsində bu kreditin təyinatı mənzil təmiri üçün göstərilib. S.Əliyev isə bundan məlumatlı olmadığını və həmin məbləğin müəssisənin borclarının ödənilməsi üçün alınmasından xəbərdar olduğunu söyləyib.
Prokuror qeyd edib ki, həmin kredit üzrə 708 min əsas, 92 min isə faiz borcu var. 
Azad Cavadovun dostu Emin Nəbiyev də oxşar ifadə verib. O da deyib ki, Azad Cavadovun tapşırığı ilə adına 700 min kredit götürülüb. 
Prokuror qeyd edib ki, həmin kreditin götürülməsində məqsəd kimi Lənkəranda istirahət mərkəzinin tikilməsi göstərilib. Lakin şahid bundan xəbərsiz olduğunu deyib.
Azad Cavadovun digər dostu Mehdiyev də ifadəsində bildirib ki, Bakı Fındıq Emalı Zavodunun maliyyə problemlərinin həlli üçün ondan kredit müqaviləsini imzalaması istənilib. O da 750 min manatlıq kreditin müqaviləsini imzalayıb.
Prokuror Fərid Nağıyev həmin kreditin Qubanın Qəçrəş kəndində istirahət zonasının tikilməsi məqsədi ilə götürüldüyünü söyləyib. Prokuror əlavə edib ki, həmin kredit üzrə 677 min əsas, 53 min isə faiz borcu qalır.
Azad Cavadovun keçmiş həyat yoldaşı Nailə Həsənova da ifadə verənlər arasında olub. O, bildirib ki, 2011-ci ildə Azad Cavadov ona zəng edərək, bankın "Nərimanov” filialında sənədlərə qol çəkməsini xahiş edib. Kreditin məbləği isə 750 min manat olub. N.Həsənova həmin kreditlə bağlı ona heç vaxt zəngin edilmədiyini də əlavə edib.
Prokuror həmin kredit üzrə 677 min əsas borcun, 88 min isə fazi borcunun qaldığını bildirib.
“İnter Security” şirkətinin baş direktorunun müavini Şakir Məmmədov ifadəsində bildirib ki, 2014-cü ildə şirkətin mühafizəçiləri ona yaxınlaşaraq, kredit götürən zaman problemlə üzləşdiklərini deyiblər. Onlar Ş.Məmmədova deyiblər ki, banklardan kredit götürmək istəyərkən öz adlarına külli miqdarda kredit borcu olduğunu öyrəniblər. 
“Mən də bu barədə direktorumuz İbrahim müəllimə məlumat verdim. Bu məsələ ilə bağlı işlər görülürdü” - deyə o, bildirib.
Şirkətin digər direktor müavini Valid Abdullayev öz ifadəsində mühafizəçilərin onun tərəfindən banklara yönləndirildiyini təsdiqləyib və bunu şirkətin direktorunun -təqsirləndirilən İbrahim Hüseynovun göstərişi ilə etdiyini bildirib.
Şirkətin əməkdaşı olmuş şahid Rahib Hacıyev deyib ki, onun adına 440 min kredit götürülüb və 2013-cü ildən ödənilib.
Şirkətin digər əməkdaşları Zaur Hüseynov, Şaiq Mahmudov, Xaqani Axundov, Anar Babayev, Rasim Hacıyev, Müşviq Mahmudov da rəhbərliyin tapşırığına əsasən kredit müqavilələrinə imza atdıqlarını söyləyiblər.
 
Şirkətin işçilərindən Nəsibov ifadəsində sənədləri imzalasa da, bunun kredit müqaviləsi üçün edildiyini bilmədiyini qeyd edib. O, öz adına 4 min manat kredit götürmək istəyən zaman bankdan ona bildirilib ki, adında 1 milyon 250 min manat kredit var.
Məhkəmə prosesi fasilədən sonra davam etdirilib və şahidlər ifadə veriblər. 
Beynəlxalq Bankın "Nərimanov" filialının baş xəzinadarı İradə Cəfərova  bildirib ki, şirkətin əməkdaşları gəlib, kredit müqavilələrinə qol çəkiblər. Daha sonra baş ofisdən pul götürülərək, həmin şəxslərə verilib.
Prokuror pulları kimin götürdüyünü soruşub. İ.Cəfərova da həmin şəxslərin özlərinin gəlib, imza atdığını və pulu götürdüklərini deyib.
Daha sonra bankın "Nərimanov" filialının marketinq şöbəsinin müdri Qalib Rzayev dindirilib. O, bildirib ki, həmin vaxt filialın direktoru olmadığı üçün 8 kreditin verilməsinə qol çəkib: "Həmin şəxslərin özləri gəlib, filialda qol çəkiblər".
Məhkəmə prosesi sentyabrın 2-də davam etdiriləcək.
шаблоны для dle 11.2

Xəbər lenti
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025