Hadisə / Slayd (17-08-2016, 15:28)
“Samir Şərifov yanımda oturmalıdır...”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digər 7 şəxsin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mediatv.az: Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ilkin hazırlıq iclası baş tutub. C.Hacıyevin vəkilləri vəsatət verərək onun barəsində olan cinayət işinə xitam verilməsi, həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi, şüşə qəfəsdən çıxarılaraq müdafiəçilərin yanında əyləşdirilməsi, maliyyə naziri Samir Şərifovun şahid qismində məhkəməyə çağırılması və dindirilməsini tələb ediblər. Dövlət ittihamçısı vəsatətlərin təmin edilməməsini xahiş edib. Vəsatətlər baxılmamış saxlanılıb.
C.Hacıyev vəsatətlərə münasibət bildirərək deyib ki, vəkillərinin dediklərini müdafiə edir:
"Bu məsələ ilə bağlı cinayət işi başladılanda xaricdə müalicə alırdım. Mən bir zənglə Azərbaycana gəldim. Nə vaxt istintaqa dəvət ediblərsə, onda da getmişəm, 11 dəfə də ifadə vermişəm. Dekabrın 4-də mənim barəmdə həbs qərarı veriləndən sonra 38 gün "Bandotdel"də qanunsuz olaraq saxlanıldım. Əgər mənim bir günahım olsaydı, ölkəyə qayıtmazdım. Yanımda əyləşən və digər təqsirləndirilən şəxslərlə neçə il birgə işləmişik, heç bir problem də olmayıb. İstintaq qeyri-professional və qərəzli şəkildə aparılıb. Çünki 49 fiziki şəxsə kredit verilməsi ilə bağlı ittiham aktında məlumat var. Kreditlərin hansı trayektoriya üzrə ayrıldığı necə ödənilməsi ilə bağlı sənədlər isə bizim tərəfimizdən istintaqa təqdim edilib. Bu işdə mənimsəmə olduğu deyilir, ancaq pulu alan şəxslərin heç biri aldıqları məbləği mənə və ya digər təqsirləndirilənlərə verdiklərini demirlər. Bəs burada mənimsəmə hardadı?
Beynəlxalq Bankın Audit Komissiyasının üzvləri olan Maliyyə Nazirliyinin işçiləri bankda oturub bütün qərarlara imza atırdılar. Audit Komissiyasında, Maliyyə Şurasında, bankın İdarə Heyətindəki şəxslərlə bağlı ittiham aktında heç bir hal qeyd olunmayıb. Bu mütləq araşdırılmalıdır. Samir Şərifov özü bu işə cəlb olunmalı və ifadə verməlidir. Hətta o burada, mənim yanımda oturmalıdır. Bunu sübut edəcək faktlar əlimdədir. Bəzi kreditlərin ödənilmədiyi deyilir, axı hələ onların ödəniş müddəti başa çatmamışdı. İndi hamının krediti var. Ölkədə 2 milyon insanın kredit borcu var, onda bank sistemini ləğv edib kredit verənləri tutmaq lazımdı".
Dövlət ittihamçısı Fərid Nağıyev vəsatətlərin təmin olunmamasını istəyib: "Sübutlar tədqiq olunmadan burada cinayət tərkibi olmadığını demək düzgün olmaz. Samir Şərifovun məhkəməyə çağırılıb dindirilməsi tezdir. Cahangir Hacıyevə cavab olaraq bildirim ki, bütün ifadələrdə görülən işlərin sizin tapşırığınızla olduğunu deyiblər".
Prosesdə fasilə elan olunub.
Xatırladaq ki, təqsirləndirilən şəxslərdən 3-ü, Beynəlxalq Bankın Mərkəzi filialının direktorları olmuş İlqar Abdullayev və Yusif Ələkbərov, bankın inzibati binalarının mühafizəsini həyata keçirən "İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynovdur.
Qeyd edək ki, C. Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-c ü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024