Mediatv.az xəbər verir ki, jurnalistin hesabı Mr.Durgut adlı haker tərəfindən ələ keçirilib. Haker Nevzat Çiçekin keçmişi barədə ifşaedici məlumatları onun bloqunda yerləşdirməklə təhdid edib. Daha sonra Cübbəli Ahmetin “FETÖ-nün iç üzünü anlatdığı” dəqiqələrdə aparıcıya Azərbaycanda açılmış Twitter hesablarından təhqirlər yağdırılıb.
Aparıcı hesabının haker hücumuna məruz qalmasını efirdən bildirib, hücum edənlərə mesaj verib ki, əllərindən gələni edə bilərlər, geri çəkilməyəcək. Daha sonra Ay Yıldız Tim adlı haker qrupu aparıcının hesabına nəzarəti bərpa edib və ona qaytarıb.
Virtualaz.org