Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (6-08-2016, 18:19)
SABİQ NAZİR AZADLIQDA!

 

nicat q

Azərbaycann sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev bu gün azadlığa buraxılıb.

Mediatv.az xəbər verir ki, Gununsesi.info-ya verilən məlumata görə, sabiq nazir Nicat Quliyev bu gün Penitensiar Xidmətin Tibb Müalicə Mərkəzindən azadlığa buraxılıb.

Qeyd edək ki, Quliyev Nicat Əmir oğlu Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə , satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyinə görə, 2013-cü il avqustun 7-də tutulub. N. Quliyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə avqustun 8-də barəsində həbs-qətimkan tədbiri seçilib. Məhkəmə onun barəsində ittiham olunan maddənin ən ağırlaşdırıcı halını seçərək 3 il müddətində azadlıqdan məhrum edib. O dəfələrlə vaxtından əvvəl azadlığa çıxmaq üçün vəsatət qaldırsa, məhkəmələr onun bu vəsatətini qəbul etməyib.

N. Quliyev onun barəsində seçilən 3 il müddəti bitdikdən sonra azadlığa çıxıb. N. Quliyev 1993-95-ci illərdə xarici iqtisadi naziri vəzifəsini müvəqqəti icra edib. Sonra Acarıstana gedib, 2004-cü ilədək prezident Aslan Abaşidzenin müşaviri postunda çalışıb. Bundan sonra Azərbaycana qayıdıb, Türkiyə və Azərbaycanda bizneslə məşğul olub. N. Quliyev 2005-ci il oktyabrın 19-da da həbs edilib. Ona qarşı dövlət çevrilişinə cəhddə iştirak maddəsi ilə ittiham irəli sürülsə də, az sonra azadlığa buraxılıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024