Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə / Karusel (8-03-2014, 18:18)
Vasif Talıbovun xalası oğlunun məhkəməsi qalmaqallı başladı

 

Nicat Quliyev ifadə verməkdən imtina edib və özünü günahsız sayır; Vəkil: “Hal şahidlərinin dördü də Novxanı bələdiyyəsində işləyir” 

Həbsdə olan keçmiş xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev məhkəmədə ifadə verməkdən imtina edib. Vəkil Əfqan Məmmədov “Mediaforum” saytına deyib ki, Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə hakim İlkin Rəcəbov sabiq nazirə ifadə verməyi təklif edib: “Amma Nicat Quliyev ifadə verməkdən imtina etdi. Dedi ki, qanunu pozmayıb, hər hansı cinayət törətməyib və cinayət işi tam qondarmadır. Ona görə də ifadə vermədi”.

 
 
 
Nicat Quliyevi 2013-cü il avqustun 7-də MTN həbs edib. Sabiq nazir qanunsuz olaraq odlu silah saxlamada təqsirləndirilir. O, istintaqa heç bir ifadə verməyib.
Vəkilin sözlərinə görə, prosesdə hal şahidləri dindirilib: “Cinayət işində dörd nəfər hal şahidi var, Milli Təhlükəsizlik Nazirliyi Nicat Quliyevin avtomobilində və bağ evində axtarış aparan zaman hal şahidi olublar. Onlar ifadə verdilər. 
İkisi avtomobildə, ikisi isə bağ evində aparılan axtarışın hal şahididir. Amma ifadələrində konkret heç nə demədilər. Əslində deyiləsi bir sözləri də yoxdur. Cinayət işində yazılıb ki, guya həmin şəxslər ərazidən təsadüfən keçirmiş, MTN əməliyyatçıları onlara yaxınlaşıb, məsələni və hüquqlarını izah edib, hal şahidi olmalarını təklif edib, onlar da razılaşıblar. Amma məhkəmədə sorğu-sual zamanı məlum oldu ki, hal şahidlərinin dördü də Novxanı bələdiyyəsində işləyir”.
N.Quliyev Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun doğma xalası oğludur. Türkiyə və Azərbaycanda bizneslə məşğul olan N.Quliyev 2005-ci il oktyabrın 19-da da müəmmalı şəkildə həbs edilib. Onun dövlət çevrilişinə cəhddə iştirakı araşdırılıb. Amma sonda ona rəsmi olaraq yalnız polisə müqavimət ittihamı verilib. Az sonra da azadlığa buraxılıb.
Məlumata görə, N.Quliyevin atası sovet dövründə DTK-da işləyib. N.Quliyev də Yevlaxda-atasının xidməti ezam olunduğu rayonda anadan olub. 
V.Talıbovun qohumları sırasında N.Quliyevə münasibəti həmişə isti olub. O, hər Naxçıvana gələndə V.Talıbov şəxsən onu qarşılamaq üçün aeroporta gedib və öz evində qonaq saxlayıb. N. Quliyevin 2005-ci ildə məhz Vasif Talıbovun xahişi və səyi nəticəsində həbsdən buraxıldığı da iddia olunur. Bu dəfə isə N.Quliyevlə bağlı ittihamlar o qədər ciddidir ki, V.Talıbov neçə aydır onu həbsdən buraxdıra bilmir.Qeyd edək ki,  1993-95-ci illərdə xarici iqtisadi əlaqələr naziri vəzifəsini müvəqqəti icra edən N.Quliyev  2004-cü ilədək Acarıstan prezidenti Aslan Abaşidzenin müşaviri postunda da çalışıb.
шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024