Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (1-08-2016, 13:13)
Sumqayıtda köçkün yataqxanası damsız qalıb


 

Sumqayıt şəhərində əsasən köçkünlərin yaşadığı 3 mərtəbəli yataqxana damsız qalıb.

Mediatv.az xəbər verir ki, bu barədə virtualaz.org saytına binada yaşayan sakinlər məlumat veriblər.

Sakinlərin sözlərinə görə, Heydər Əliyev prospekti, 18-ci məhəllə ünvanında yerləşən 1 nömrəli yataqxanada təmir işləri aparılıb və binanın fasadı rənglənib. Elə bu məqsədlə dam örtüyü sökülüb və hələ də bərpa olunmayıb. Nəticədə, sakinlər təhlükə ilə üz-üzə qalıblar.

“Üç həftəyə yaxındır ki, gəlib damı söküblər. Damdan çıxan materialı da satıblar. Hələ də binanın üstü örtülməyib. Bir neçə dəfə yağış da yağıb, damıb, evdəki bütün əşyaları bərbad hala salıb. Yığışıb dəfələrlə etiraz etmişik. Bizə deyirlər ki, hələ damı vurmaq üçün materialımız yoxdur, gözləyin, olanda vuracağıq”, - deyə bina sakini bildirib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal İstehsalat Birliyindən virtualaz.org-a bildirdilər ki, həmin işlərin tamamlanması üçün kifayət qədər vəsait ayrılıb və yaxın günlərdə dam örtüyü bərpa olunacaq.

“Dam örtüyü sökülən zaman çıxan köhnə material istifadəyə yararsızdır, o necə satıla bilər? Ümumiyyətlə, binaların dam örtüyünün bərpası birbaşa icra başçısının nəzarətindədir. Sakinlərin narahatlığını əslində anlayırıq, çünki havalar dəyişkən keçir və yağış yağan zaman evə suyun damması mümkündür. Amma artıq 1 nömrəli yataqxananın binasına uyğun dam örtüyü sifariş olunub. Yaxın günlərdə gətirilib vurulacaq”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025