Mediatv.az-ın məlumataına görə, bu barədə Türkiyənin rəsmi dövlət orqanının saytındakı məlumatda bildirilir.
Məlumata görə, A. Məmmədov eyni zamanda SOCAR-ın Yunanıstandakı törəməsinin ("SOCAR Greece") rəhbəridir.
SOCAR-ın mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nizaməddin Quliyev APA-ya deyib ki, Anar Məmmədov bu gün saat 12:00-də kollektivə təqdim olunacaq.
* * *10:32
Türkiyədə "Petkim Petrokimya Holding A. Ş." neft-kimya kompleksinin baş direktoru Saadettin Korkut saxlanılıb.
"Anadolu" agentliyi xəbər verir ki, eyni zamanda, S. Korkutun evində və iş yerlərində axtarış aparılıb. Həbsdən öncə holdinq rəhbəri tutduğu vəzifədən istefa verib.
Bundan başqa, holdinqin, o cümlədən onunla əlaqəsi olan digər müəssisələrin də rəhbərliyində təmsil olunan bir neçə şəxsin işindən uzaqlaşdırıldığı iddia olunur.
Ümumilikdə, 200-dən çox şəxs işdən uzaqlaşdırılıb. Bildirilir ki, onların işdən uzaqlaşdırılmasına səbəb FETÖ ilə əlaqələrinin olmasıdır.