Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (1-08-2016, 11:40)
“Qaçqınkom”da dövlət vəsaitinin mənimsənməsi təsdiqləndi

“Qaçqınkom”da dövlət vəsaitinin mənimsənməsi təsdiqləndi

 Hesablama Palatası dövlət büdcəsindən 2014-2015-ci illərdə və 2016-cı ilin birinci rübündə  Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (Qaçqınkom”) və tabeliyində olan qurumlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Auditorun Hesabatını açıqlayıb. Bu açıqlamada Qaçqınkom”-da küüllü miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktları əksini tapır.  Mediatv.az-da bu dövlət qurumunda baş alıb gedən mənimsəmə, israfçılığ,ayrılmış vəsaitin təyinatı üzrə xərclənməməsi barədə yazılarımızda qeyd etmışdık . Aparılmış Auditin nətiçəsində aşağıdakı hallar aşkarlanmışdır.

Audit tədbiri ilə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (DK) və tabeliyində olan 4 qurum üzrə ümumilikdə 560,2 mln. manat məbləğində vəsait əhatə olunmuş, icra edilmiş vəsaitin 38,8%-ni xidmət göstərilmiş kontingentin kommunal və kommunikasiya xidmətləri və 47,7%-ni onlara verilən müavinətlərin ödənilməsi ilə bağlı xərclər təşkil etmişdir.

 

DK-nın 2008-2011-ci illərdə fəaliyyətini əhatə etmiş əvvəlki audit nəticəsində aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində görülmüş tədbirlərin yetərli olmadığı, hazırkı auditin əhatə etdiyi dövrdə də oxşar nöqsanlara yol verildiyi müəyyən edilmişdir.

 

İstifadə olunan kommunal xidmətlərin haqqının ödənilməsi ilə bağlı aparılmış təhlillərlə qanunvericiliyə əsasən müvafiq qaydada müəyyən edilmiş və haqqı dövlət büdcəsindən ödənilən adambaşına aylıq elektrik enerjisi istehlakı normasından artıq istifadə edilmiş elektrik enerjisi xidmətinə görə əlavə vəsait ödənildiyi, sayğac quraşdırılmış yaşayış yerlərində ödənişin faktiki sərfiyyat əsasında deyil, norma əsasında hesablandığı müəyyən olunmuşdur. Eyni zamanda, qanunvericilikdə müvafiq norma müəyyən edilmədiyi halda məcburi köçkünlərin həyətyanı sahələrinin suvarılması üçün aylıq su sərfiyyatı 1 sot üçün 5m3 götürülməklə hesablanmış və auditin əhatə etdiyi dövrdə məcburi köçkünlərin kompakt məskunlaşdıqları bir sıra qəsəbələrdə onların həyətyanı sahələrinin suvarılması su tarifi ilə ödənilmiş, həmçinin suvarma xidmətləri göstərilən abonentlərin sayının artıq göstərilməsi səbəbindən bəzi qəsəbələrin su sayğacları ilə, bəzi qəsəbələrdə isə məcburi köçkünlərin həyətyanı sahələrinin suvarma suyu ilə təmin edilməsinə baxmayaraq əlavə su haqqı hesablanaraq artıq vəsait ödənilmişdir.

 

Məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə işıq nöqtələrinin sayı, müntəzəm süpürülən sahə, tullantıların daşınması üzrə marşrut, təmir olunacaq bina və mənzillərin qüsur aktları və titul siyahısı tərtib edilməmiş, nəticədə artıq vəsait ödənişinə yol verilmişdir.

 

 

Beynəlxalq və yerli humanitar təşkilatlardan daxil olan yardımların qəbulu və yerlərə çatdırılması, məcburi köçkünlərin yeni salınmış qəsəbələrə köçürülməsi, bəzi qəsəbələrdə içməli suya olan tələbatın təmin olunması məqsədi ilə ayrılmış nəqliyyat xidməti haqları üzrə vəsaitin təyinatı dəyişdirilmiş, bir sıra hallarda səmərəsiz xərclərə yol verilmişdir.

Mediatv.az

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024