Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (28-12-2015, 20:23)
Fondda ciddi nöqsanlar

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilmiş Kollegiya iclasında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən həyata keçirilən “Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi” layihəsi üzrə 2012-2014-cü illərdə dövlət büdcəsi vəsaitinin və Dünya Bankından cəlb edilmiş kredit vəsaitlərinin istifadəsi ilə bağlı auditin nəticələri müzakirə olunub.

Mediatv.az - ın məlumatına görə, məsul auditor M. Əlişanov İcma mikrolayihələrinin (İML) həyata keçirilməsi komponenti üzrə mikrolayihələrin seçimi zamanı icma üzvləri tərəfindən təkliflərin təqdim olunmasında ərizələrin yetərli sayda imzalarla təsdiq olunmasına, habelə prioritetliyin müəyyən edilməsində kateqoriyalar üzrə hədəf icmaların müəyyən edilməsi üzrə meyarlar və qaydalara tam riayət edilmədiyini, bəzi mikrolayihə obyektlərində mövcud vəziyyəti əks etdirən qüsur aktlarının tərtib edilmədiyini, layihənin icra müddəti ərzində təmir və bərpası nəzərdə tutulan tədbirlərin tam icra olunmadığını nəzərə çatdırıb.


Auditor layihənin əsas hədəf göstəricilərindən biri olan faydalananların tərkibində məcburi köçkünlərin sayının icma mikrolayihələrinin həyata keçirilməsi və ictimai yaşayış binalarının (İYB) təmiri və bərpası üzrə nəzərdə tutulmuş göstəricilərə tam riayət edilmədiyini, gəlir əldə etməyə imkan verən fəaliyyət alt-komponenti üzrə isə yaradılmış mikromüəssisələrin əksəriyyətinin heyvandarlıq və kənd təsərrüfatı sahələrində təşkil edildiyini, əhatə edilən ailələrin müəyyən edilmiş aylıq gəlirinin məbləği, habelə yaradılmış MMC-lərin fəaliyyətinin davamlılıq və gəlirlilik vəziyyəti üzrə hədəflər izlənmədiyini diqqətə çatdırıb. Həmçinin mikromaliyyə proqramları çərçivəsində ayrılmış mikrokreditlərin nəzərdə tutulmuş kontingentin 53,1%-ni təşkil etdiyi, bunun isə 71,4%-nin əvvəlki illərdə kredit alan şəxslərdən ibarət olduğu bildirilib. Eyni zamanda seçilmiş kredit ittifaqları tərəfindən kreditlər verilərkən hesablanmış faizlər üzrə qalıq borcların yarandığı və bu qalıqların ilbəil artdığı açıqlanıb.

Auditor Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun fəaliyyət prinsiplərini, Dünya Bankının kreditləri cəlb edilməklə həyata keçirilən layihələrin şəffaf və dəqiq əlaqələndirilməsi və icra olunması üzrə Fond tərəfindən əməl olunmalı qayda və prosedurları müəyyən edən “Əməliyyat Rəhbərliyi” sənədinin Fondun Nizamnaməsinə uyğun olaraq təsdiq olunmasını zəruri sayıb.

Eyni zamanda icma mikrolayihələrinin həyata keçirilməsi komponenti üzrə mikrolayihələrinin seçimi zamanı müəyyən edilmiş meyarlar və qaydalara tam riayət olunmasını zəruri hesab edib. Həmçinin layihənin icra müddəti ərzində faydalananların sayı və tərkibi üzrə müəyyən olunmuş hədəf göstəricilərinə və müvafiq sosial meyarlara nail olunmasına nəzarətin gücləndirilməsi, o cümlədən faydalananların say tərkibində məcburi köçkünlərin sayının artırılması, infrastruktur mikrolayihələri həyata keçirilmiş obyektlərdə benefisiarların nəticələrdən istifadə imkanlarının artırılması, məcburi köçkünlərin təşkilatlanması ilə yaradılan mikromüəssisələr tərəfindən fəaliyyət növlərinin kənd təsərrüfatı ilə bağlı sahələrlə yanaşı, digər sahələrdən də seçilməsinin həvəsləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədəmüvafiq hesab edilib.

Nəzarət tədbirinin nəticələri üzrə Kollegiya qərarının layihəsi də müzakirə edilərək qəbul olunub və icra edilməsi məqsədilə Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna göndərilib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024