Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (20-07-2016, 17:44)
Mətbuat Şurası “Zaman Azərbaycan” qəzetinə xəbərdarlıq edib

8d0eab7ac7d0c93044f33b4d9446f71b

 

Bu gün Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin iclası keçirilib. MŞ-dan verilən məlumata görə, iclasda Türkiyədə hərbi çevrilişə cəhdlə bağlı Azərbaycan mediasının fəaliyyət dəst-xəttindən məmnunluq ifadə olunub.

 

Mediatv.az xəbər verir ki, iclasda bildirilib ki, Türkiyədə baş verən prosesləri işıqlandırmaq, Azərbaycan auditoriyasına çatdırmaq, müxtəlif hadisələrə dair rəy və şərhlər hazırlamaq ölkə mediasının başlıca fəaliyyət istiqamətlərindəndir. Qeyd olunub ki, belə dəst-xətt Azərbaycan və Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətlərindən qaynaqlanmaqla mənəvi məsuliyyət yükü yaratdığı kimi, iki ölkənin strateji əməkdaşlıq xəttinə söykənərək mühüm siyasi və iqtisadi əhəmiyyət də daşımaqdadır: “Azərbaycan mediası 15-16 iyul tarixlərində Türkiyədə həyata keçirilməsinə cəhd edilən hərbi çevriliş aktına da bu baxımdan yanaşdı, qardaş ölkə xalqının mövqeyini dəstəkləyərək demokratik dəyərlərə sadiqliyini nümayiş etdirdi, hakimiyyətə qarşı terroru qəti şəkildə pislədi”.
İclasda medianın Türkiyə ictimaiyyəti ilə həmrəyliyi fonunda Azərbaycanda nəşr olunan «Zaman Azərbaycan» qəzetinin fərqli mövqe tutmasından, Türkiyədə dövlət çevrilişinin hazırlanmasında adı hallanan Fətullah Güləni təbliğ etməsindən, bu xüsusda onun Türkiyə iqtidarına qarşı fikirlərini tirajlamasından narahatlıq bildirilib. Qeyd olunub ki, təsisçilər Anar Qaraxançallının, Ürfan Məmmədlinin, Pənah Abdurahmanlının «Zaman Azərbaycan»ın və onun elektron versiyası olan «zaman.az» saytının fəaliyyətinin dayandırıldığına dair müxtəlif kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayılmış birgə bəyanatı da məsələyə reaksiya verilmədən keçilməsi üçün əsas yaratmır. Çünki qəzetdə və «zaman.az» saytında Türkiyədə dövlət çevrilişinə cəhddən sonra yayımlanmış materiallar Azərbaycan ictimai rəyini yanlış məlumatlandırmağa xidmət edib. Buna görə də Mətbuat Şurası «Zaman Azərbaycan» qəzetinə xəbərdarlıq edib. Qurum nəşrin təsisçilərinin diqqətinə çatdırıb ki, gələcəkdə media fəaliyyəti ilə məşğul olarkən mütləq qaydada Şuranın xəbərdarlığından nəticə çıxarsınlar, yol verdikləri nöqsanları bir daha təkrarlamasınlar.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025