Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (11-03-2014, 18:41)
Mətbuat Şurasında reket jurnalistlər müzakirə olundu

Bu gün Azərbaycan Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının iclası keçirilib. "Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, gündəliyə ümumilikdə 15 məsələnin müzakirəsi daxil edilib. 

 

Müzakirələrdən sonra «Kölgəli iqtisadiyyat və korrupsiya», «İqtisadiyyat və kölgə» qəzetlərinin MŞ-nin «qara siyahı»sına salınmasına dair rəy çıxarılıb. Bununla bağlı Şuranın İdarə Heyətinə müvafiq təqdimat verilməsi razılaşdırılıb.

Məsələ ətrafındakı diskussiyalarda hər iki nəşrin eyni adama - Səfərov Həsən Səfər oğluna məxsus olduğu, kütləvi informasiya vasitələrində peşə davranışı qaydalarına tam etinasız yanaşıldığı vurğulanıb.

Bildirilib ki, qəzetlərin yarıtmaz fəaliyyətilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunun Korrupsiyaya qarşı mübarizə İdarəsindən də müvafiq təqdimat daxil olub. Eyni zamanda MŞ-nin Şikayətlər üzrə Komissiyasının sonuncu iclasında «İqtisadiyyat və kölgə» qəzetindən şikayətlər nəzərdən keçirildiyi, mövcud xüsusda rəyin də çıxarıldığı diqqətə çatdırılıb.

İclasda həmçinin MŞ-nin «qara siyahı»sında yer almış bəzi KİV-lərin siyahıdan çıxarılması ilə bağlı müzakirələr də aparılıb. Bununla əlaqədar 20-dən artıq müraciətə baxılıb, MŞ-nin müvafiq təlimatına əsaslanılaraq prosedur fəaliyyət həyata keçirilib, müraciət müəllifləri dinlənilib.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024