Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (7-06-2016, 13:36)
Şəmsəddin Hacıyevin beş il gizlətdiyi ölüm hadisəsi niyə araşdırılmır?


İlqar Hümbətov məsələnin təkrar ictimai müzakirəyə çıxarılmasını və Respublika Prokurorluğunun diqqətinə çatdırılmasını xahiş etmişdir

Mediatv.az:  Bu ilin əvvəllərində, daha dəqiq desək fevral ayının 17-də qəzetimizdə dərc olunmuş materiallardan birində, redaksiyamıza müraciət etmiş vətəndaş Hümbətov İlqar Şahmurad oğlu tərəfindən, atasının ölümü ilə bağlı araşdırma aparılmasına dair ölkənin hüquq-mühafizə orqanlarına ünvanlanmış müraciəti yer almışdı. Belə ki, İlqar Hümbətov atası Hümbətov Şahmurad Qədim oğlunun 2011-ci ildə, Azərbaycan Dövlət İqtisad Universitetində baş vermiş yanğın səbəbilə dünyasını dəyişdiyini bildirmiş, eləcə də bu hadisənin təfərrüatlarının universitetin keçmiş rektoru, hazırda isə Milli Məclisin deputatı Şəmsəddin Hacıyev tərəfindən uzun müddət ciddi-cəhdlə gizlədildiyi barədə iddia ortaya qoymuşdu. Hadisə barədə ümumi məlumat mərhumun həyat yoldaşı Hümbətova Sevil Həsən qızı tərəfindən 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış ərizədə də kifayət qədər ətraflı formada öz əksini tapmışdır. Ərizədə deyilir: “Həyat yoldaşım Hümbətov Şahmurad Qədim oğlu 1985-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda əvvəlcə mühəndis, sonra isə, baş mühəndis vəzifələrində işləmiş və kollektivin dərin hörmətini qazanmışdır. Dəfələrlə o, institut rəhbərliyi tərəfindən mükafatlandırılmışdır. 31 mart 2011-ci il tarixdə gecə 12.00 – 01.00 radələrində həyat yoldaşım Şahmuradın mobil telefonuna İqtisad Universitetindən zəng vuraraq, onu işə, yəni Azərbaycan İqtisad Universitinə çağırmış və ona bildirmişlər ki, universitetdə yanğın baş vermişdir. Həyat yoldaşım paltarını geyinib evdən çıxmışdır. Saat 02.00 radələrində bir kişi bizə gələrək, özünün də İqtisad Universitetində işlədiyini bildirmiş və bizə demişdir ki, Şahmuradın yəni, həyat yoldaşımın təzyiqi qalxmış, onu xəstəxanaya aparmışlar. Biz bu xəbərdən sarsılmış, mən özümü pis hiss etdiyimdən oğlum İlqar onunla birlikdə maşına oturub Respublika Xəstəxanasına getmişdir. Ora çatanda universitetin bəzi müəllimləri ilə qarşılaşmış və universitetin baş energetiki Məzahir müəllim oğluma bildirmişdir ki, atanın ürək təzyiqi qalxmış və o, vəfat etmişdir. Biz yalnız sonradan, təsadüfən aldığımız məlumata görə bilmişik ki, universitet rəhbərliyi bizi aldatmış və həyat yoldaşım əslində elektrik cərəyanı vurmasından vəfat etmişdir. Biz dəfələrlə universitetin rəhbərliyi ilə əladə saxlmaq istəsək də, bizə heç bir məlumat verməmişlər və heç bir maddi yardım göstərməmişlər. Bu günə kimi universitet rəhbərliyi bizə müəyyən vədlər versələr də, indiyə kimi həyat yoldaşımın işdə ölümü ilə əlaqədar heç bir sənəd verməyiblər...” Qeyd edək ki, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin eksperti Alim Hüseynov tərəfindən 04.04.2011-ci il tarixində imzalanmış və Birliyin möhürü ilə təsdiqlənmiş şəhadətnamədə də ölümün məhz elektrik cərəyanı vurması nəticəsində baş verdiyi bildirilir.

Həmin vaxt İlqar Hümbətov atasının ölüm faktının araşdırılması üçün Səbail rayon prokurorluğuna müraciət etmişdi. Lakin bu zaman universitet rəhbərliyi işə qarışaraq, məsələnin “dinc yolla” həllinə nail ola bilmişdi. İlqar Hümbətov universitetə dəvət olunmuş, əvvəlcə prorektor (o vaxtkı) Mirənvər Mahmudov, sonra isə, ADİU-nun keçmiş tektoru Şəmsəddin Hacıyev tərəfindən qəbul edilmişdir. İlqar Hümbətovun sözlərinə görə, onun şikayətçi düşməməsini dönə-dönə xahiş edən keçmiş rektor, bunun müqabilində dəfn və sonrakı mərasim xərclərinin tam ödənilməsini, maddi yardım və xüsusilə də böyük məbləğdə (deyilənə görə 100 000 manat) təzminatın veriləcəyinə mərhumun ailəsini tam əmin edə bilmişdi. Bütün bu vədlərin müqabilində isə, mərhumun 7-ci gün mərasimindən sonra bütün sözlər unuduldu. Hətta universitet rəhbərliyi qəbir üstü üçün özünün sifariş etdiyi başdaşının hazırlanmasına görə ödənişdən belə imtina etdi. Universitetin qapıları isə, həmin gündən İlqar Hümbətovun üzünə birdəfəlik bağlandı. Sən demə, bu bir neçə gün Şəmsəddin Hacıyevə Şahmurad Hümbətovun ölümünün bədbəxt hadisə nəticəsində baş verdiyinə dair rəy ala bilməsi və Səbail rayon prokurorluğunda işi aparan məsul şəxsi də “yola gətirməsi” üçün lazım imiş.
Dediyimiz kimi, bu ilin fevral ayında İlqar Hümbətov qəzetimiz vasitəsilə bu hadisənin təfərrüatlarını ictimailəşdirmiş və ölkənin hüquq-mühafisə orqanlarına araşdırma aparılması xahişi ilə müraciət etmişdir. Lakin son dörd ay ərzində bu istiqamətdə heç bir irəliləyiş olmamışdır. Bu səbəbdən də, bir neçə gün bundan öncə yenidən redaksiyamıza müraciət edən İlqar Hümbətov məsələnin təkrar ictimai müzakirəyə çıxarılmasını və Respublika Prokurorluğunun diqqətinə çatdırılmasını xahiş etmişdir. Ümid edirik ki, İlqar Hümbətovun bu dəfəki cəhdi nəticəsiz qalmayacaq.

Məsələ ilə bağlı materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənməyə hazırıq.

“Bizim Dövr”
шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024