Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (13-11-2014, 20:14)
Deputat Şəmsəddin Hacıyevlə bağlı yeni məhkəmə başladı - ÖZƏL

Deputat Şəmsəddin Hacıyevlə bağlı yeni məhkəmə başladı - ÖZƏL

 

Bu gün Dövlət İqtisad Universitetin sabiq rektoru, hazırda həmin universitetdə Beynəlxalq İiqtisadi Münasibətlər Kafedrasının müdiri işləyən deputat Şəmsəddin Hacıyevlə bağlı daha bir məhkəmə prosesi başlayıb.
Bu barədə Mia.az-a iqtisad elmləri doktoru, professor Bədirxan Musayev məlumat verib. Onun sözlərinə görə, Şəmsəddin Hacıyevin bir müddət əvvəl xəbər portallarının birinə haqqında dediyi bəzi böhtan xarakterli ifadələrlə yanaşı, «Mən, Bədirxan Musayevə vətən xaini  damğası vuraraq universiitetdən qovmuşam» sözlərinə görə mülki qaydada da məhkəməyə verib: «Şəmsəddin Hacıyevdən heç bir əsası olmayan açıqlamasında yer alan cinayət tərkibli fikirlərinə görə təkzib verib, üzr istəməsini və 50 min manat təzminat ödəməsini tələb edirəm. Artıq iddia ərizəm Nəsimi rayon Məhkəməsində icraata qəbul olunub. Hakim Şahin Abdullayev bu gün keçirilən məhkəmədə qarşı tərəfin prosesə gəlmədiyini əsas gətirib, işi noyabrın 27-nə təxirə saldı».
Professor deyir ki, keçmiş rektora qarşı xüsusi ittiham qaydasında da şikayət verib: "Bu şikayətim isə Bakı apellyasiiya Məhkəməsində araşdırılır. Əminəm ki, gec-tez qanunların aliliyinin tətbiqinə və haqqımın qorunmasına nail olacağam”.
Onu da qeyd edək ki, B.Musayev 60 ilə yaxın Dövlət İqtisad Universitetində işləyib. O, 2011-ci ilin noyabr ayının 4-dək həmin vaxtı rektor olmuş Şəmsəddin Hacıyevin müşaviri, həmin ayın 11-dək isə «İqtisadi Kibernetika» kafedrasının müdiri olub. Şəmsəddin Hacıyev onu prezidentə açıq müraciət etməsindən sonra müşavirlikdən və 40 ilə yaxın rəhbərlik etdiyi kafedranın müdirliyindən azad edib. 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024