Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (23-02-2016, 22:52)
Şəmsəddin Hacıyevin beş il gizlətdiyi ölüm hadisəsi

İqtisad Universitetində 2011-ci ildə baş vermiş bu ölüm hadisəsinin təfərrüatları keçmiş rektor tərəfindən ciddi cəhdlə gizlədilmişdir

Bu yazıda barəsində söhbə açmaq istədiyimiz hadisədən artıq beş ilə yaxın müddət keçsə də, onun bir ailənin faciəsinə səbəb olması, bu olayı qətiyyən unudula bilənlər sırasına daxil etməyə imkan vermir. Əslində 2011-ci ilin mart ayının 31-dən aprel ayının 1-nə keçən gecəsini həmin vaxt Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) işləmiş əməkdaşlardan çoxları yaxşı xatırlamalıdır. Ən azından, həmin gecə universitetin əsas binasında baş vermiş yanğın səbəbilə öz evlərindən hadisə yerinə çağırılmış işçilər bunu unutmalı deyillər. Xüsusən də, onların iş yoldaşlarından birinin məhz elə həmin gecə və məhz bu yanğın nədənilə evdən çağırıldıqdan sonra müəmmalı şəkildə dünyasını dəyişdiyi nəzərə alınarsa.
Təəssüflər olsun ki, bu barədə məlumat redaksiyamıza yalnız dünən daxil olub. Bu isə əlbəttə ki, bizim araşdırma aparmaq imkanlarımızı xeyli məhdudlaşdırır. Lakin düşünürük ki, ölkənin hüquq-mühafizə orqanları üçün təqdim olunmuş ərziə əsasında təhqiqat aparmaq heç də çətin olmayacaq.
İlk növbədə qeyd edək ki, redaksiyamıza müraciət etmiş vətəndaş Hümbətov İlqar Şahmurad oğlu 2011-ci ildə, ADİU-da baş vermiş yanğın səbəbilə atası Hümbətov Şahmurad Qədim oğlunun gecə saatlarında rəhbərlik tərəfindən universitetə çağırıldığını və orada naməlum şəraitdə vəfat etdiyini iddia edir. Eyni zamanda da, İlqar Hümbətovun sözlərinə görə, ADİU-nun o vaxtkı rəhbərliyi bu ölüm faktının bilavasitə yanğınla əlaqəli olduğunu ciddi cəhdlə gizlətmişdir. Hətta bu məqsədlə mərhumun ailəsinə də yalan informasiya verilmişdir. Hadisə barədə ümumi məlumat mərhumun həyat yoldaşı Hümbətova Sevil Həsən qızı tərəfindən 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Füzuli Ələkbərova ünvanlanmış ərizədə kifayət qədər ətraflı formada öz əksini tapmışdır. Ərizədə deyilir: “Həyat yoldaşım Hümbətov Şahmurad Qədim oğlu 1985-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda əvvəlcə mühəndis, sonra isə baş mühəndis vəzifələrində işləmiş və kollektivin dərin hörmətini qazanmışdır. Dəfələrlə o, institut rəhbərliyi tərəfindən mükafatlandırılmışdır. 31 mart 2011-ci il tarixdə gecə 12.00 – 01.00 radələrində həyat yoldaşım Şahmuradın mobil telefonuna İqtisad Universitetindən zəng vuraraq, onu işə, yəni Azərbaycan İqtisad Universitinə çağırmış və ona bildirmişlər ki, universitetdə yanğın baş vermişdir. Həyat yoldaşım paltarını geyinib evdən çıxmışdır. Saat 02.00 radələrində bir kişi bizə gələrək, özünün də İqtisad Universitetində işlədiyini bildirmiş və bizə demişdir ki, Şahmuradın yəni, həyat yoldaşımın təzyiqi qalxmış, onu xəstəxanaya aparmışlar. Biz bu xəbərdən sarsılmış, mən özümü pis hiss etdiyimdən oğlum İlqar onunla birlikdə maşına oturub Respublika Xəstəxanasına getmişdir. Ora çatanda universitetin bəzi müəllimləri ilə qarşılaşmış və universitetin baş energetiki Məzahir müəllim oğluma bildirmişdir ki, atanın ürək təzyiqi qalxmış və o, vəfat etmişdir. Biz yalnız sonradan, təsadüfən aldığımız məlumata görə bilmişik ki, universitet rəhbərliyi bizi aldatmış və həyat yoldaşım əslində elektrik cərəyanı vurmasından vəfat etmişdir. Biz dəfələrlə universitetin rəhbərliyi ilə əladə saxlmaq istəsək də, bizə heç bir məlumat verməmişlər və heç bir maddi yardım göstərməmişlər. Bu günə kimi universitet rəhbərliyi bizə müəyyən vədlər versələr də, indiyə kimi həyat yoldaşımın işdə ölümü ilə əlaqədar heç bir sənəd verməyiblər...” Qeyd etdiyimiz kimi, bu ərizə 2013-cü ildə yazılsa da, indiyədək durumda heş bir dəyişiklik baş verməmişdir. Digər tərəfdən isə, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin eksperti Alim Hüseynov tərəfindən 04.04.2011-ci il tarixində imzalanmış və Birliyin möhürü ilə təsdiqlənmiş şəhadətnamədə də ölümün məhz elektrik cərəyanı vurması nəticəsində baş verdiyi bildirilir. Bəs görəsən universitetin o vaxtkı rəhbərliyi həqiqəti gizlətmək üçün niyə bu qədər səy göstərmişdir? Məhz bu suala aydınlıq gətirmək üçün, həmin vaxt İlqar Hümbətov atasının ölüm faktının araşdırılması üçün Səbail rayon prokurorluğuna müraciət etmişdi. Lakin bu zaman universitet rəhbərliyi işə qarışaraq, məsələnin “dinc yolla” həllinə nail ola bilmişdi. İlqar Hümbətov universitetə dəvət olunmuş, əvvəlcə prorektor (o vaxtkı) Mirənvər Mahmudov, sonra isə, ADİU-nun keçmiş rektoru Şəmsəddin Hacıyev tərəfindən qəbul edilmişdir. İlqar Hümbətovun sözlərinə görə, onun şikayətçi düşməməsini dönə-dönə xahiş edən keçmiş rektor, bunun müqabilində az qala “qızıldan dağlar” da vəd etmişdi. Dəfn və sonrakı mərasim xərclərinin tam ödənilməsi, maddi yardım və xüsusilə də böyük məbləğdə (deyilənə görə 100 000 manat) təzminatın veriləcəyinə Şəmsəddin Hacıyev mərhumun ailəsini tam əmin edə bilmişdi. Bütün bu vədlərin müqabilində isə, mərhumun 7-ci gün mərasimindən sonra bütün sözlər unuduldu. Hətta universitet rəhbərliyi qəbir üstü üçün özünün sifariş etdiyi başdaşının hazırlanmasına görə ödənişdən belə imtina etdi. Universitetin qapıları isə, həmin gündən İlqar Hümbətovun üzünə birdəfəlik bağlandı. Sən demə, bu bir neçə gün Şəmsəddin Hacıyevə Şahmurad Hümbətovun ölümünün bədbəxt hadisə nəticəsində baş verdiyinə dair rəy ala bilməsi və Səbail rayon prokurorluğunda işi aparan məsul şəxsi də “yola gətirməsi” üçün lazım imiş. Bundan sonra isə, özünün hər tərəfdən sığortalandığına tam əmin olan rektor, artıq öz mərhum əməkdaşının ailəsinə qarşı nümayiş etdirdiyi etinasızlığı və hörmətsizliyi ilə əsil simasını göstərmiş oldu.
Amma dediyimiz kimi, zaman məvhumu heç də bütün hallarda həlledici rol oynaya bilməz. Bu gün artıq Milli Məclisin deputatı, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev də ADİU-ya rəhbərlik etmir. Bununla belə, hələ də nə beş il bundan əvvəl baş vermiş müəmmalı ölüm hadisəsininin təfərrüatlarına aydınlıq gətirilməyib, nə də bu hadisə səbəbilə öz başçısını itirmiş ailəyə qanunla nəzərdə tutulan təzminatlar ödənilməyib.
Məhz elə bu səbəbdən də İlqar Şahmuradov həmin hadisənin yenidən araşdırılması xahişilə Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova ərizə ilə müraciət etdiyini bildirir. Surəti redaksiyamıza təqdim olunmuş ərizədə deyilir: “Yazıb sizdən xahiş edirəm ki, 31.03.2011-ci il tarixində, iş vaxtı bitdikdən sonra, gecə saat 12-01 radələrində İqtisad Universitetində baş vermiş yanğın vaxtı, universitet rəhbərliyi tərəfindən ora çağırılmış atam Hümbətov Şahmurad Qədim oğlunun hadisə zamanı baş vermiş müəmmalı ölümünün araşdırılması üçün müvafiq göstəriş verəsiniz. Bildirirəm ki, çoxsaylı müraciətlərimizə baxmayaraq, bu günədək bizə (ailəmizə) hadisənin təfərrüatları barədə dəqiq məlumat verilmir”.
Biz də ümid edirik ki, Respublika Prokurorluğu tərəfindən bu müəmmalı hadisə təhqiq olunacaq və bununla bağlı bütün qaranlıq məqamlara nəhayət ki, aydınlıq gətiriləcəkdir.

Məsələ ilə bağlı materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənməyə hazırıq.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024