Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (29-04-2016, 11:46)
Deputat falçı ümidinə qalıb?-İDDİA

 

Sona Əliyevanın Alimpaşa Məmmədov və Milli Məclis rəhbərliyinin «dil ağzını bağlatdırmaq» üçün baxıcı Almazın yanınan getdiyi iddia olunur 

Mediatv.az xəbər verir ki, Parlamentdə təmsil olunan deputatların son dövrlər fərqli məziyyətləri ortaya çıxır. Bir neçə gün əvvəl Kürdəmirdən deputat seçilmiş Müslüm Məmmədovun AŞPA-nın iclasında mobil telefonla oyun oynadığı üzə çıxmışdı. Bu gün isə redaksiyamızın ünvanına daxil olan məlumatda 99 saylı Şəmkir kənd Seçki Dairəsindən deputat seçilmiş Sona Əliyeva ilə bağlı bilgilər yer alıb. 
Vasif Həmzəyev adlı şəxsin JAM.AZ-a göndərdiyi məktubda vurğulanır ki, Sona Əliyeva artıq şəmkirliləri çoxdan unudub. Onun əslində, başqa «dərd»ləri var. Məktubu göndərən şəxs vurğulayır ki, mandat sahibi olana qədər Şəmkir İcra Hakimiyyətində ictimai-siyasi məsələlər üzrə müavin işləyən xanım deputatın adı hələ həmin vaxtlarda bir sıra qalmaqallara qarışıbmış. 
Belə ki, onun Binəqədinin icra başçısı Xaləddin İsgəndərovla Şəmkirin icra başçısı Alimpaşa Məmmədov arasında «çapar» funksiyasını həyata keçirdiyi deyilir. «Bu xanım hələ deputat olmamışdan əvvəl Xaləddin İsgəndərovla «Binəqədi rayonu: Ölkəmizi tanıyaq» layihəsi çərçivəsində görüş zamanı bütün söhbətləri hamısını şişirdilmiş vəziyyətdə Alimpaşa Məmmədova çatdırıbmışl. İki icra başlçısı arasında dava da elə bundan sonra başladı. Bu xidmətin müqabilində Alimpaşa Məmmədov Sona Əliyevanı deputatlığa hazırladı. İndi isə o, Milli Məclisdəki söhbətləri icra başçısına çatdırır». 
Vasif Həmzəyev JAM.AZ-a göndərdiyi məktubunda olduqca maraqlı bir məqama da toxunub. O yazır ki, Sona Əliyeva istər icra başçısı Alimpaşa Məmmədov, istərsə də Milli Məclisin rəhbərliyi yanında hörmət sahibi olmağın asan yolunu tapıb. «Sona Əliyeva mütəmadi olaraq Almaz adlı baxıcının yanına gedir. Məqsəd Şəmkirin icra başçısı Alimpaşa Məmmədov və Milli Məclis rəhbərliyinin «dil ağzını bağlatdırmaq»dır. Ki, ona davamlı olaraq etimad göstərsinlər».
Müəllif yazır ki, Sona Əliyevanın deputat olandan sonra Şəmkir camaatının dərd-sərini də unudub və heç kimi qəbul etmir. «Camaat artıq Sona xanımın atası Sakit müəllimin yanına gedərək, ondan kömək istəmək məcburiyyətində qalıb. Rayonda xadimələr 5 aydır maaşlarını ala bilmirlər. İcra Hakimiyyətinə etdiyimiz müraciətlərə cavab verən yoxdur. Sona Əliyeva da Şəmkirə gəldiyində İcra Hakimiyyətinin binasından çıxmır ki, insanlar onunla görüşsünlər».
Qarşı tərəfi də dinləməyə hazırıq. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024