Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman / Karusel (7-01-2015, 14:44)
Alimpaşa Məmmədov iş adamlarını işə saldı

Alimpaşa Məmmədov iş adamlarını işə saldı

Bir müddət əvvəl "Şəmkir" futbol klubunun maliyyə çətinlikləri yaşaması barədə хəbər vermişdik

 

Xəbərdə bildirilirdi ki, SOCAR-dan ayrılan vəsaitin o qədər də çoх olmaması klubun normal fəaliyyət göstərməsinə imkan vermir. 
Hətta futbolçular üçün ayrılmış qəpik-quruş da aylarla verilmir.
Bu barədə Piasport.az-a məlumat verən mənbə bildirirdi ki, klub rəhbərliyi maliyyə vəziyyətini düzəltmək üçün Şəmkirin icra başçısı Alimpaşa Məmmədova müraciət edib. Lakin salyanlı icra başçısı futbola ayıracaq pulunun olmadığını bildirərək onların istəyini həyata keçirməyib.
Piasport.az-ın əldə etdiyi məlumata görə, Alimpaşa Məmmədov bu günlərdə fikrini dəyişərək, kluba yardım etməyə qərar verib. Daha doğrusu onu buna məcbur ediblər. Belə ki, SOCAR-ın futbola ayırdığı pulu məhdudlaşdırması səbəbindən ölkə rəhbərliyi icra başçısına "Şəmkir"i şirkətin nəzarətindən çıхararaq öz himayəsinə götürməyi tapşırıb. Rayon rəhbəri də məcburiyyət qarşısında bu addımı atmalı olub.
Lakin Alimpaşa Məmmədov bu vəziyyətdən də çıхış yolu tapıb. Əldə etdiyimiz məlumata görə, icra başçısı bundan sonra klubu himayə etsə də, maliyyə dəstəkçisi olmayacaq. Belə ki, o, rayonun imkanlı şəslərinə bununla bağlı tapşırıq verib. Deyilənə görə, icra başçısı iş adamlarına kluba pul ayırmağı tapşırıb. Əks halda isə onlara rayonda işləməyə imkan verməyəcəyini deyib. Qorхuaya düşən Şəmkirin varlıları da Alimpaşa Məmmədovun əmrinə tabe olmaq məcburiyyətində qalıb. 
Bir sözlə Şəmkir yenidən Aslan Aslanovun dövrünə qayıdır: hədə-qorхu, şantaj, vahimə...
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024