Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (22-04-2016, 15:07)
Xocavənddə skandal: RƏİSİN QOHUMU VƏTƏNDAŞI YABAYLA VURDU-FOTOLAR-VİDEO

 

 

Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nurəngiz Bəşirova isə yaralını qəbul etməkdən imtina edib

Aprelin 19-da Xocavənd rayonunda skandal olay yaşanıb.

Mediatv.az JAM.AZ-a istinadən xəbər verir ki, hadisə nəticəsində Rüstəm Ələddin oğlu Əliyev ağır yaralanıb. 
Xocavənd qəsəbəsi, ev 316 ünvanında yaşayan Rüstəm Əliyev JAM.AZ-a bildirib ki, aprelin 19-u saat 21:00 radələrində həmkəndliləri Arif və Ədalət Hüseynov qardaşları ona hücum edərək, işgəncəyə məruz qoyublar. Belə ki, əvvəlcə onun əl-ayağını bağlayaraq, vəhşicəsinə döyüblər. Daha sonra isə əllərindəki yaba ilə qolundan vuraraq, ağır xəsrət yetiriblər. Ardından yabayla onun bədəninə də xəsarətlər yetirərək, bədəninin müxtəlif nahiyələrinə yaralar vurublar. 
Aldığımız məlumata görə, Rüstəm Əliyev aldığı ağır xəsarətlərdən dolayı, qanı axa-axa özünü Xocavənd Mərkəzi Xəstəxanasına çatdırıb. Xəsəxanada onu Cavid adlı həkim qarşılayır və məsələni bilən kimi, yaralını qəbul etməkdən imtina edir. Vəziyyəti getdikcə ağırlaşan yaralı, özünü güclə Beyləqan Mərkəzi Xəstəxanasına çatdırır və orada əməliyyat olunur. 
Araşdırmalar zamanı məlum olub ki, Rüstəm Əliyevi döyən Hüseynov qardaşları Xocavənddə heç də kiçik adamlar sayılmırlar. JAM.AZ-a məlumat verən Rüstəm Əliyev də təsdiqləyib ki, ona ağır bədən xəsarətləri yetirən Arif və Ədalət Hüseynovlar Xocavənd rayon Polis Şöbəsinin rəisi Yadigar Hüseynovun əmisi uşaqlarıdır. «Onlar yaxşı bilirlər ki, hər nə etsələr əmisi oğlu olan rəis onları vəziyyətdən çıxaracaq. Arif və Ədalət təkcə mənə qarşı deyil, başqalarına da qarşı analoji addımlar atıblar. Lakin indiyə qədər kimsə onlara bir çöz deməyib». 
Onu da bildirək ki, Rüstəm Əliyev başına gələnlərlə bağlı DİN-in «102 Xidmət»inə məlumat verib. Amma hadisənin üzərindən 3 gün keçməsinə baxmayaraq, onun şikayətinə baxan yoxdur. 
Qeyd edək ki, Xocavənd Mərkəzi Xəstəxanasında ağır yaralının götürülməməsi də ayrıca bir mövzudur. Hadisəni törədənin kimliyindən asılı olmayaraq, həyatı təhlükəsi olan şəxsin xəstəxanaya qəbul edilməsi, ona tibbi yardım göstərilməsi vacibdir və müzakirə oluna bilməz. Lakin görünən odur ki, Xocavənd Mərkəzi Xəstəxanasının baş həkimi Nürəngiz Bəşirova üçün xəstəxənin hansı halda olması elə də əhəmiyyətli deyil. Onun «Hippokrat andı»nı da bir kənara qoyaraq, adi insani yanaşma tərzi sərgiləməməsi isə qətiyyən başadüşülən deyil. 
Çünki Rüstəm Əliyev aldığı yaralardan dolayı həyatını itirə bilərdi. Əgər bir insan həyatı hansısa rəisin «xox»undan daha qiymətsizdirsə, demək, baş həkimin yeri xəstəxana deyil, elə evdə bozbaş bişirməkdən ibarətdir. Ona görə ki, dünyada insan həyatından daha qiymətli heç nə yoxdur. Bunu qanun da, ədalət də, insanlıq da təsdiqləyir. Hər halda Nürəngiz Bəşirovanın bununla bağlı məntiqli bir açıqlaması olacaq. 

P.S. Daxili işlər naziri, çox hörmətli Ramil Usubov Yadigar Hüseynovu Xocavənd rayonuna ona görə polis rəisi təyin edib ki, asayişi qorusun, vətəndaşların xidmətində dayansın, cinayətkarlıqla mübarizə aparsın. Daha ona tapşırıq verməyib ki, əmisi oğlanları və ya qohumları istədikləri adamı yolun ortasında yabayla vurub, qolunu, qarınını deşsinlər. Əgər bir polis rəisi özünün ən yaxın qohumlarını cinayətdən çəkindirə bilmirsə və ya onların əməllərini ört-basdır etməyə çalışırsa, o, nə naziri təmsil edə bilər, nə də həmin rayonda asayişi qorumaq iqtidarındadır. Yadigar Hüseynova sual: Cənab rəis, möhtərəm nazir sizə camaatın taleyi ilə oynamaq tapşırığı verib, yoxsa, qanunları qorumağınızı? 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024