Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (8-01-2015, 19:39)
Xocavəndin icra başçısına qarşı ittihamlar - Şikayət var...

Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov rayon sakinləri olan məcburi kökçünlərin evlə təminatı məsələsini alverə çevirib. 


Məlumata görə, «Qaçqınkom»un rayonda birbaşa nümayəndəliyi olmadığından icra başçısı bu prosesi çox rahatlıqla həyata keçirir: «Xocavəndlilər mənzillə təminatı ancaq və ancaq icra başçısı Eyvaz Hüseynovun barmağının işarəsindən aslıdır. Onun barmağı isə ancaq və ancaq iki min manatdan başlayan rüşvətlə qalxıb, enir. Nə qədər qəribə səslənsə də, icra başçısının bu «kampaniya»sında nə başçının humanitar məsələlər üzrə müavini Əfsanə Quliyeva, nə köməkçisi, nə də ərazi idarəetmə və yerli orqanlarla iş şöbəsinin müdiri Allahverdi Qaraşov iştirak edir. Ev, mənzil şəraitinin yaxşılaşdırılması üçün köçkünlərlə «söhbəti» birbaşa başçının aqrar məsələlər üzrə müavini Rəfael Müstafayev aparır. O, Eyvaz Hüseynovun müavini olmaqla yanaşı, özünü «Qaçqınkom»un Xocavənd üzrə rəsmi nümaynədəsi kimi aparır. Açıq şəkildə Xocavəndli köçkünlərin mənzil təminatı üçün pul yığırlar. Sözsüz ki, bu, birbaşa hörmətli Əli Həsənovun nüfuzuna zərbədir. Amma adıçəkilən şəxsləri komitə sədrinin nüfuzu və dövlətiun apardığı uğurlu işlər maraqlandırmır. İcra başçısının əsas düşüncəsi İqtisad Universitetində oxuyan oğlunun gələcək təminatıdır». 

Məlumatda iddia olunur ki, Eyvaz Hüseynovla Rafael Mustafayev hətta Bakıda rəsmi qeydiyyatda olan bəzi şəxslərin Ağcabədidə xocavəndli köçkün kimi çoxotaqlı mənzil almasına şərait yaradıblar: «Halbuki, qanun və mövcud təlimatlar buna imkan vermir. Lakin belə faktlar mövcuddur. Bundan əlavə, Bakıda illərdir kirayə qalan məcburi köçkünlərə belə imkan tanınmayıb. Eyni zamanda, icra başçısı ilə müavini mənzil bölgüsündə ailə tərkibinə də əhəmiyyət vermirlər». 
Müsahiblərimiz bildirir ki, Eyvaz Hüseynovun əməlləri bununla da bitmir. Başçı və onun aqrar məsələlər üzrə müavini rayona məxsus örüş sahələrini Bakıda yaşayan iş adaamlarına satıblar: 
«Onlar isə torpağın təyinatını dəyişərək, əkin məqsədiylə istifadə edirlər. Təbii ki, bu qanunsuzluqda keçmiş aqranom, hazırkı müavin Rafael Müstafayevin də rolu az deyil. Düşünürük ki, kənd təsərrüfatı naziri Heydər Əsədov bizim rayon üzrə də yoxlama aparmaqla, bu vəziyyəti qaydaya qoya bilər...». 
Sakinlərin verdiyi bu və ya digər məlumatlarla bağlı qarşı tərəfin mövqeyini öyrənə bilmədiyimizdən hələlik bəzi məqamlara toxunmadıq. 
Yeri gəlmişkən, Eyvaz Hüseynov 23 ildir icra başçısı vəzifəsində işləyir. O, 02 iyul 1992-ci ildə Xocavənd rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Tərəfləri də dinləməyə hazırıq. (mia.az)
 

 

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025