Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (18-02-2016, 11:40)
Zaqatalanın baş həkimini kim himayə edir?

 

Əməliyyat zamanı yarasına infeksiya düşmüş rayon sakini iddia edir ki, Leyla Seyidəliyevanın arxasında duran şəxs səhiyyə nazirinin müavini Nigar Əliyevadır 

Zaur Ömərov: “Əgər ölsəm, bunun məsuliyyəti Leyla Seyidəliyeva, Azər Salmanov və Hacı Əlixanovun üzərindədir”

Mediatv.az xəbər verir ki, ötən günlərdə Zaqatala rayon Mərkəzi Xəstəxanasında baş verən özbaşınalıqlar və bu qurumun rəhbəri Leyla Seyidəliyevanın bazar açdığı barədə JAM.AZ-a şikayət məktubu daxil olmuşdu. Həmin məktubu yazan Vüqar Naibov baş həkimi kəskin şəkildə tənqid edərək, onu övladının dünyasını dəyişməsində ittiham etmişdi. 

Naibov daha sonra vurğulamışdı ki, Zaqatalanın baş həkimi bir sıra ciddi qanun pozuntularına yol verməklə yanaşı, həm də bütün xəstələrdən pul tələb etməklə məşğuldur. Həmin şikayət məktubunda rayonun Makov kənd sakini Zaur Ömərov adlı şəxsin də adı keçirdi. Vurğulanırdı ki, Ömərov Zaqatala Mərkəzi Xəstəxanasında əməliyyat olunub, lakin vəziyyəti pisdir. Buna səbəb isə əməliyyat zamanı onun yarasına infeksiyanın düşməsidir. 

Bu gün isə məktubda bəhs olunan Zaur Ömərov JAM.AZ-a şikayətlə müraciət edib. O qeyd edib ki, bu ilin 6 yanvarında Zaqatala Mərkəzi Xəstəxanasında kor bağırsağından əməliyyat olunub. «Lakin savadsız həkimlər mənim həyatımı ciddi təhlükə altında qoyublar. Kor bağırsağımın əməliyyatı üçün məndən 450 manat aldılar. Şikayət etməkdə məqsədim həmin pulu geri almaq deyil». 

Zaqatala sakini bildirir ki, həkimlərin savadsızlığı üzündən əməliyyat zamanı onun yarasına infeksiya düşüb. «Vəziyyətim ağırlaşdığından məni təcili olaraq Bakı şəhərinə, Tobçubaşov adına Mərkəzi Klinik Xəstəxanaya gətirdilər. Məni yenidən əməliyyat edəcəklər».

Zaur Ömərov müraciət etməsinin məqsədini də açıqlayıb. «Məqsədim odur ki, əgər ölərsəm, bunun günahkarı başda Zaqatala Mərkəzi Xəstəxanasının baş həkimi Leyla Seyidəliyeva olmaqla, həkimlər Azər Salmanov və Hacı Əlixanovdurlar. Zaqatala camaatının qanının sovuran, pulunu talayan belə bir cəllad həkim Leyla Seyidəliyeva barəsində niyə tədbir görülmür?»

Rayon sakini daha sonra vurğulayıb ki, Leyla Seyidəliyevanın bunca qeyri-qanuni işlərlə məşğul olmasına görə söz deyilməməsinin səbəbkarı heç də kiçik adam deyil. «Leyla Seyidəliyeva barəsində tədbirin görülməməsinə səbəb olan şəxs səhiyyə nazirinin müavini Nigar Əliyevadır. Çünki Nigar Əliyeva onu himayə edir». 

Zaur Ömərov sonda Leyla Əliyeva ilə bağlı ilginc videogörüntülərin olduğunu da iddia edib. Onun sözlərinə görə, həmin görüntülər yaxın günlərdə mətbuat vasitəsi ilə yayımlanacaq. 

Qarşı tərəfi də dinləməyə hazırıq. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024