Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (24-03-2016, 21:12)
“Konfirom” MMC alıcıları aldadır?

Ölkədə istehsal olunan “Darenka” şokolad məhsullarının üzərində istehsal tarixi və istifadə müddəti yoxdur.

 

Mediatv.az xəbər verir ki, axar.az-ın elektron ünvanına müraciət edən oxucular bildirir ki, şokoladların nə zaman istehsal olunduğu, istifadə müddətinin keçib-keçmədiyi yazılmadığından, bu südlü şokoladlara şübhə ilə yanaşmağa məcburdurlar.

 

“Darenka” şokoladlarının istehsalçısı “Konfirom” MMC-dən məsələ ilə bağlı bildirilib ki, kiloqramla satılan məhsulun üzərində istehsal tarixi yazılmır:

 

“Ticarətdə belə qayda-qanun yoxdur ki, kiloqramla satılan məhsulun üzərində istehsal tarixi yazılsın. Həmin kağızlar xaricdə sifariş olunur. Bükülüb yığıldıqdan sonra qutunun üzərinə istehsal tarixi vurulur. Mağazalarda da həmin qutular vitrinə qoyulmalıdır ki, alıcı məhsulu alanda istehsal tarixini görə bilsin. Lakin mağazalar buna əməl etmir”.

 

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da qanunun mağazalar tərəfindən pozulduğunu bildirdi. Ekspertin sözlərinə görə, mağazalar istehlakçı hüquqlarına məhəl qoymur:

 

“Kiloqramla satılan konfetlərin üzərində istehsal tarixinin olmaması qanunidir. Nazirlər Kabinetinin 94 saylı qərarına əsasən, həmin məhsul mağazada satışa qoyularkən qutunun üzərindəki istehsal tarixi, saxlama müddəti və s. qeydlər mütləq sözügedən satış bölməsində göstərilməlidir. Bu qayda isə həm yerli, həm də xarici məhsulların satışı zamanı pozulur”.

 

Xatırladaq ki, “Darenka” yerli məhsul olsa da, kifayət qədər məşhurdur və bahalı şokoladlardan sayılır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024