Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (18-08-2014, 14:11)
“Qax” suyunun içindən milçək çıxdı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Qax mineral suları” tərəfindən istehsal edilən “Qax” suyunun içindən milçək çıxıb

 

 
Bu barədə virtualaz.org saytına Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib.
Hüquq müdafiəçisi dedi ki, Azərbaycan bazarında sərinləşdirici içkilərlə bağlı vəziyyət acınacaqlıdır, içkilərin içindən həşərat, tullantı, hətta tarakan çıxır: “Təşkilatımıza məşhur  “Qax” suyu təqdim edilib. Qapağı açılmayan suyun içində milçək var. Biz bununla bağlı “Qax” suyunun istehsalçısı olan şirkətlə əlaqə saxladıq. Amma bizə suyun içində milçəyin olmasının problem etməməyimizi məsləhət gördülər. Şirkət satışda saxta “Qax” suyunun olduğunu istisna etmir. Lakin öz məhsulların saxta variantının hazırlanmasının qarşısını almaq üçün tədbir görmək istəmirlər”.
E.Hüseynovun sözlərinə görə, Gədəbəydə istehsal olunan “Mor-mor” suları ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyi də daxil olmaqla dövlət qurumlarına müraciət ünvanlayıb: “Həmçinin “Mor-mor”un qablaşdırılmasında suyun 20-dək xəstəliyə şəfa olduğu haqqında məlumat verilib. Lakin su ilə bağlı elmi araşdırma aparılmayıb, “Mor-mor” sularına rəsmi tibbi arayış verilməyib. İstehlakçı şirkət tibbi araşdırma olmadan suyun 20 xəstəliyə dərman olmasını hansı əsaslarla müəyyənləşdirib? Şirkətə edilən müraciətlər cavabsız qalıb. Hələlik dövlət orqanları da müraciətə cavab verməyə tələsmir”.
Təşkilat rəhbəri qeyd etdi ki, içməli su bazarında qeyri-qanuni yollarla istehsal edilən sulara rast gəlinir. İstehsalçılar saxta məhsulları orijinalından seçməkdə çətinlik çəkirlər.
İqtisadi İnkişaf Nazirliyindən isə virtualaz.org saytına bildiriblər ki, nazirliyə edilən bütün müraciətlər araşdırılır.
Nazirlik sərinləşdirici içkilər alarkən şüşə qabların dibində çöküntünün olmasına, şəffaflığına diqqət etmələrini məsləhət görür. Mənşəyi məlum olmayan, üzərində istehsal və son yararlılıq tarixi yazılmayan içkiləri almamağı tövsiyə edir: “Mineral su 5-12 dərəcə temperaturda saxlanılmalıdır. Təbii mineral suların saxlanılma müddəti 1 ildir. Tərkibində dəmir olan suları isə 4 ay saxlamaq olar. Süni mineral suların ticarət şəbəkəsində saxlanılma müddəti 15 gündür. Keyfiyyətli spirtsiz içkilər şəffaf, çöküntüsüz olmalıdır. Meyvəli spirtsiz içkilərin rəngi, dadı və ətri onların adına müvafiq olmalıdır. Spirtsiz içkiləri markaladıqda hər bir butulka, balon və çəlləklərə etiket kağızı vurulmalı və orda istehsalçının adı, məhsulun çeşidi, standart nömrəsi, məhsulun tərkibi, istehsal tarixi, saxlanılma şəraiti və müddəti göstərilməlidir. Spirtsiz içkilər 0-12 dərəcə temperaturda saxlanılmalıdır”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024