Cəmiyyət (10-03-2016, 17:14)
Məhkumdan baş həkimə şok - İTTİHAMLAR
Mediatv.az xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Eminov Neyman Bayram oğlu Azinforum.az-a Müalicə Müəsissəsində qanunsuzluqlardan yazıb. Şikayəti təqdim edirik:
“Müalicə müəssisəsinin həkim heyəti başda Nicat Cəlilov olmaqla buranı bazara çevirərək, soyğunçuluqla məşğuldurlar. Səhhətimlə əlaqədar 24.10.2015-ci il tarixində cəza çəkdiyim 14 saylı cəza çəkmə müəssisəsindən müalicə müəssisəsinə göndərildim.Məni müalicə müəssisəsinin “dəri-zöhrəvi” xəstəliklər şöbəsinə yerləşdirdilər. 26.x.2015-ci il tarixində məni şöbənin rəisi, həkim Çingiz Əhmədov mənə bildirdi ki,sənədlərin hələki qəbul şöbəsindədir.Bildirdi ki,nə qədər “qaşına” bilərsən?
Həkim Çingiz Əhmədovun dediyini başa düşmədim,gülərək ,mənə bildirdi ki,yəni demək istəyirəm ki,nə qədər pul verə bilərsən. Üstümdə olan 50 (əlli)manatı Çingiz həkimə verdim. Dedim ki, 70 (yetmiş) manatı da yaxın günlərdə verəcəm,razılaşdı. Beləliklə,sənədlərimi qəbul şöbəsindən öz şöbəsinə gətirmək üçün 20 (iyirmi)manat, 1-ci ay qalıb, müalicə olunmağım üçün məndən 100 (yüz) manat aldı.
Dəri xəstəsi olmaya-olmaya məni öz şöbəsinə götürərək, formalni sənədləşmə edərək,dəriyə aid xəstəlikləri tibbi kitabçama qeyd etdi.
1-ci ay bitənə yaxın Çingiz Əhmədov mənə bildirdi ki,2-ci ay qalıb müalicə olunmağın üçün 150 (yüz əlli) manat verməlisən. 2 dəfəyə 150(yüz əlli) manat deyil,120 (yüz iyirmi)manat, 2-ci ay qalıb müalicə olunmağım üçün verdim. Çingiz həkim bildirdi ki,24 dekabr 2015-ci il tarixində 2 ayın bitəcək, 26 dekabr 2015-ci il tarixində gedəcəksən gəldiyin 14 saylı cəza çəkmə müəssisəsinə.
Mənə bildirdi ki,120 manatın 80 (səksən) manatı Bəyalı Məmmədova çatır. Bəyalı həkim də Tibb Baş İdarəsinə hesab verir.
05 dekabr 2015-ci il tarixindən sonra Çingiz Əhmədov mənə bildirdi ki, 3-cü ay qalıb, müalicə olunmaq, Yeni il bayramını burada qeyd etmək istəyirsənsə,300 (üç yüz) manat verməli olacaqsan.
Sual verdim ki, niyə belə baha. Bildirdi ki, 3-cü aya birbaşa Tibb Baş İdarəsi rəisi Rəfael Mehdiyev nəzarət edir, müəssisə rəisinin, müavininin razılığı olmalıdır. Müalicə müəssisəsinə yeni baş həkim təyin edilib, Nicat Cəlilovun xüsusi tası var. Hissə- hissə Çingiz həkimə 3-cü ay qalmağım üçün dediyi 300 manatı verdim.
19 dekabr 2015-ci il tarixində məni gəldiyim 14 saylı C.Ç.M-nə göndərilməyimi bildirdi. Bildirdim ki, Çingiz həkim aldığı 540 (beş yüz qırx)manatı qaytarmasa,”varanoka” minməyəcəyəm, gəldiyim 14 saylı C.Ç.M-yə getməyəcəyəm. Çingiz həkim 240 manatı qaytardı, yalvardı ki, 300 manatın əvəzinə səni yenidən gətizdirəcəm Penitensiar Xidmətin Müalicə müəssisəsinə.
Lakin, Çingiz həkim ne dediyini etdi, nə də 300 manatımı qaytardı. Buna görə də mən aidiyyatı orqanlara , xüsusilə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Rəvfael Mehdiyevə şikayət ərizəsilə müraciət etmişəm. Məni baş idarənin əməkkdaşı Elnur müəllim cəza çəkdiyim 14 saylı C.Ç.M-dən PX-nin Müalicə Müəssisəsinə gətizdirib.
27.02.2016-cı il tarixində PX-nin Müalicə Müəssisəsinə gəlmişəm. 02.03.2016-cı il tarixində məni Elnur müəllim müalicə müəssisəsində qəbul etdi, Çingiz həkimin başıma açdığı oyunları şifahi bildirdim.
Elnur müəllim bildirdi ki, araşdırma aparılır, rəsmi ərizənə cavab veriləcək. Baş həkim Nicat Cəlilov məni dəfələrlə qəbul edən zaman mənə bildirirdi ki,”gəmidə oturub gəmiçi ilə dava edirsən?” Ged hara şikayət edirsən elə, ancaq, Elnur müəllimin yanında Nicat Cəlilov bildirdi ki ,lazımi müayinələr olunacaq, müalicələr ediləcək.
Qan analizindən başqa bu günə kimi heç bir müayinədən keçməmişəm,müalicələrim başlamayıb. Sanki baş həkim Nicat Cəlilovun villasına qonaq gəlmişəm. Mənə qarşı aqressiv münasibətlər göstərilir,düşmən kimi baxılır. Ona görə ki, haqqımı tələb edərək, etdikləri haqsızlıqları üzə çıxararaq onların, xüsusilə də başda Rəfael Mehdiyev, Nicat Cəllilov olmaqla iç üzlərini açıb, ictimailəşdirirəm.
Məndə belə bir sual yaranır:
1.Nə səbəbə mənim verdiyim şikayət ərizəsinin araşdırılması bu qədər uzanır?
2.Burada hansı maraqlar güdülür?
Əgər, Elnur müəllimin Rəfael Mehdiyevin göstərişi əsasında başladığı araşdırılmada maddi maraqlar yoxdursa, mənim Çingiz Əhmıdovun başıma açdığı oyunda yetərincə cinayət əməli, korrupsiya, rüşvət alma faktları var. Bu material, şikayət ərizəsi araşdırılıb, toplanılıb Baş Prokurorluğa, Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə göndərilməli idi.
Görünür ki, burada şəxsi maddi maraqlar var. Cənab Prezident dəfələrlə şəffaflığın təmin olunmasından, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsindən dövlət məmurlarının, vəzifəli şəxslərin özbaşınalıq etməmələrindən danışsa da,tapşırıqlar versə də, çox təəssüflər olsun buna riayət edilmir.
Elnur müəllim bildirdi ki, Nicat həkim bu müəssisəyə baş həkim təyin etməklə neqativ halların qarşısını almağa nail olacağıq. Ancaq, belə deyil. Quzunu qurda tapşırmaq məsələsi,yadıma düşdü. Tələb edirəm ki, şikayət ərizəsi obyektiv,düzgün araşdırılsın, mənə dəymiş 300 manat maddi ziyan ödənilsin. Verdiyim pul Çingizdən alınıb mənə qaytarılsın, öz çirkin əməllərindən əl çəksinlər”.
Məhkumun yazdığı faktlara aydınlıq gətirmək üçün Penitensiar Xidmətin Müalicə Müəsissəsi ilə əlaqə saxladıq. Bizə 514-55-60 nömrəli telefonla əlaqə saxlamağı məsləhət gördülər.
Həmin nömrədə dəstəyi qaldıran şəxs bildirdi ki, onların hansısa məsələyə münasibət bildirmək səlahiyyətləri yoxdur, ancaq sözügedən məhkum böhtançı kimi tanınır. Onun yazdığı ərizələr səlahiyyətli orqanlar tərəfindən dəfələrlə araşdırılıb və təsdiqini tapmayıb. Yazıda adları çəkilən digər şəxslərin də mövqeyinə yer verməyə hazırıq.