Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (27-11-2014, 19:39)
Əvəz Zeynallı mülicədən imtina etdi

“Əvəz Zeynallının səhhətindəki problemlər Ədliyyə Nazirliyinin diqqət mərkəzindədir”. 

 

“Mediatv.az” xəbər verir ki, bunu aznews.az-a açıqlamasında həbsdə olan “Xural” qəzetinin baş redaktoru, jurnalist Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı bildirib. 

Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin Tibb Baş Idarəsinin rəisi, Tibb Xidməti general-mayoru Rəfail Mehdiyev və Ədliyyə Nazirliyi Tibb Baş Idarəsi Müalicə işinin təşkili idarəsinin rəisi – baş idarə rəisinin müavini, Iftixar Qurbanov Ə.Zeynallının səhhətilə bağlı onu nəzarətə götürüblər:

“Müəssisənin Tibb Məntəqəsinin həkimi tərəfindən aparılan müayinədən sonra Əvəz Zeynallının Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməsinin məqsədəuyğun olduğunu bildirib. Amma Əvəz Zeynallı Müalicə Müəssisəsinə yerləşdirilməkdən imtina edib. Bundan sonra Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsinin LOR həkimi Rafiq Kazımov Əvəz Zeynallını müayinə etmək üçün 10 saylı CÇM-də olub. Bu gün ətraflı müayinədən sonra, müvəqqəti müalicə üçün müxtəlif dərmanların qəbul edilməsinin zəruri olduğunu qeyd edən həkim Rafiq Kazımov bununla bağlı rəy hazırlayacağını bildirib. Ümumilikdə isə, gəlinən qənaət ondan ibarət olub ki, Əvəz Zeynallının burun çəpərində indi də ciddi problemlər qalmaqdadır və onun üçüncü əməliyyata ehtiyacı var. Lakin bu əməliyyatın Azərbaycanda deyil, yalnız xarici ölkələrdən birində aparılması mümkündür. İndiki şərtlər isə buna imkan vermir”.

Xatırladaq ki, noyabrın 21-də jurnalistin həyat yoldaşı M.Zeynallı Ə.Zeynallının səhhətinin pisləşməsi və jurnalistin ciddi müalicəyə ehtiyacı olması barədə mətbuata məlumat verib. 

Məlumat üçün bildirək ki, “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-də sabiq deputat G.Əhmədovanın iddia və şikayətilə həbs edilib. 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Zeynallı 9 il müddətinə azadlıqdan məhrum edilib. 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024