Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında əhalinin banklara dollar kreditlərinin ödənilməsi ilə bağlı məsələyə dair qərarın qəbulu təxirə salınıb.
Mediatv.az xəbər verir ki, iclasda səsləndirilən fikirlərə görə, ilk növbədə bank sisteminin işi tənzimlənməli və bu sektorda sabitlik yaranmalıdır. Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, yalnız bundan sonra dollarla olan kreditlərin ödənilməsi məsələsinə baxmaq olar.
“Hazırda böhrandır. Qoyun, banklar normal fəaliyyət göstərsin, kreditlərlə bağlı məsələlər isə gələcək perspektivdə müzakirə oluna bilər”, - parlamentin spikeri belə deyib.