Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (22-06-2015, 18:05)
Dollar kreditlərin faizi düşür

İqtisadçı ekspert Samir Əiyev dollar əmanətlərinin faiz dərəcəsinin aşağı salınması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

 

Bu barədə sosial şəbəkədə yazan ekspert bildirib ki, bankların bu addımı atması gözlənilirdi və bu, baş verən proseslərin məntiqi nəticəsidir: “Dollar üzrə əmanət faizlərinin aşağı düşməsi labüd idi. Çünki banklar hazırda dollar bolluğundan əziyyət çəkirlər. Yəni əllərində olan dollarları istifadə edə bilmirlər. 
Bir tərəfdən xaricdən cəlb edilən resurslar, digər tərəfdən əmanətlər son vaxtlar sürətli dollarlaşması banklarda dollar resurslarını kəskin artırıb. Xüsusən də banklara dollar axınının artması fonunda dollar kreditlərinə tələbatın azalması dünya valyutasını az qala bankların “baş ağrısı”na çevirib”. 
Onun sözlərinə görə, əhalidən dollar ifadəsində cəlb etdiyi əmanəti banklar kredit olaraq iqtisadiyyata yönəldə bilmirlər: “Həm əhali, həm də sahibkarlar dollar krediti almaqda maraqlı deyillər. Onların üstünlük verdikləri manat isə banklarda yoxdur. Həmişə əmanətlərdən daxil olan milli valyuta isə son vaxtlar kəskin azalıb. Xeyli vaxtdır əmanətlərin “yaşıllaşması” prosesi gedir. Təsadüfi deyil ki, ilin ilk dörd ayında milli valyuta üzrə əmanət qoyuluşu 4,4 milyardan 2,3 milyard manata düşüb. Əmanət qoyuluşnda payı isə 62%-dən 29%-ə düşüb. Faktiki olaraq banklar təkcə əmanətlərdə 2 milyard manat həcmində milli pul itiriblər. 
Digər tərəfdən Mərkəzi Bank manatın sabitliyini qorumaq tədbirləri çərçivəsində valyuta ehtiyatının müəyyən hissəsini bazara yönəldərək bazardan 4 milyard çox manat yığıb. Bunun nəticəsidir ki, pul bazası yanvar-may aylarında 11.5 milyardan 7,6 milyarda qədər azalıb. Həmin vəsaitlər banklar vasitəsilə iqtisadiyyata yönəldilməli olduğu halda hələki Mərkəzi Bankın sərəncamında qalmaqdadır. Belə vəziyyətdə banklara nə Mərkəzi Bankdan, nə də əmanət şəklində manat daxil olur. Manatsız qalan banklar əmanətçilərə üz tuturlar. Buna görə də banklar əhalini manatla əmanət qoymağa stimullaşdırmağa məcburdurlar və əmanətlərin illik faiz dərəcələrinə valyutalar üzrə differensasiyanın tətbiqi qaçılmazdır”. 
Ekspert qeyd edib ki, banklar manatla olan əmanətlərin faiz dərəcəsini getdikcə qaldırırlar: “Dollarla olan əmanətlərin faiz dərəcəsini isə aşağı salırlar. Diqqət yetirsək görərik ki, kredit faizlərində də fərqlər yaranıb. Dollar kreditlərinin faiz dərəcələri ilə manat kreditlərinin faiz dərəcəsi arasında ən azı 4-5% fərq var. Bəzilərində bu rəqəm hətta 10%-ə çatır. Manat kreditləri əvvəlki illə müqayisədə xeyli bahalaşıb. Dollar əmanətlərinin faiz dərəcəsinin aşağı salınması nəyə gətirib çıxara bilər? Əvvəlcədən qeyd edək ki, bankların bu addımının əmanət bazarına təsir gücü daha çox faiz dərəcələrinin aşağı salınma səviyyəsindən (endirilmə ən az 3-4% olarsa) və prosesə qoşulan bankların sayından (əhatə dairəsindən) asılı olacaq. Hər bir halda müəyyən təsirləri görə biləcəyik. Hazırda əmanətlərin dollarlaşması prosesi yekunlaşmaq üzrədir. Əmanətlərdə dollarlaşma prosesi doyma halına gəlib. Əmanət bazarında əmanətçilər gözləmə mövqeyindədir. Xüsusilə də yeni əmanət qoymaq istəyən və köhnə əmanətin müddəti çatanlar seçim qarşısındadır: manatla əmanət qoysunlar yoxsa dollarla Fevral devalvasiyasında sonra manatın nisbi sabitliyi insanlarda panikanı aradan qaldırmaqla yanaşı manatın taleyi ilə bağlı onlarda müəyyən inam elementləri müşahidə olunur.
Ancaq bu 1 il öncəki inamdan hələki çox uzaqdır. Üstəgəl manatla faizin yüksək olması belə əmanətlərin cazibədarlığını artırır. Dolların faizlərinin aşağı salınması isə insanları qaçırdır. Ona görə də düşünürəm ki, manatın taleyi ilə bağlı qeyri-müəyyənlik insanlarda gözləmə mövqeyini artıracaq. Əgər devalvasiyadan sonra dollar əmanətlərinin sürətli artımı baş verirdisə, bundan sonra belə əmanətlərin artım tempi azalacaq və hətta dollar əmanətlərinin azalması baş verə bilər. Əmanət qoyuluşunun azalması davam edəcək və dollar əmanətlərin faiz dərəcəsinin azalması bu prosesi daha da stumullaşdıracaq. Yaxın aylarda manat sabitlik nümayiş etdirsə, əhalinin manat əmanətlərinə yönlənməsi baş verə bilər. Əks halda əhali vəsaitlərini geri çəkməyə üstünlük verəcək və böyük həcmdə pul bank sektorundan kənarda – yastıq altında ölü kapital kimi saxlanılacaq”.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024