Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (3-11-2015, 14:41)
Qiymətlər ucuzlaşır, əhalinin dərman dərdi isə bitmir - Araşdırma

derman-44.jpg

Xəbər verdiyimiz kimi, Tarif  Şurası  daha bir qrup dərmanın qiymətlərinin rəsmiləşdirilməsi ilə bağlı qərar verib.

Mediatv.az Strateq.az-a istinadən  xəbər verir ki, Şuranın son iclasında daha 827 dərman vasitəsinin qiyməti təsdiqlənib.  Ümumilikdə, indiyədək Şura tərəfindən 3010 dərman vasitəsinin qiyməti tənzimlənib. Bunlardan 1151 dərman vasitəsi artıq yeni qiymətlərlə satışdadır. Qiymətləri təsdiqlənmiş digər 1110 dərman vasitəsinin qiyməti 1 dekabrdan, 749 dərman vasitəsinin qiyməti isə 21 dekabrdan qüvvəyə minəcək.

Beləliklə, indiyədək qiymətləri tənzimlənmiş dərman vasitələrinin satışda olan qiymətləri ilə müqayisədə 50 faizinin qiyməti 2 dəfədən çox, 26 faizinin qiyməti 3 dəfədən çox aşağı salınib, ümumilkdə 96 faizinin  qiymətləri endirilib.

Tarif  Şurasının açıqladığı son cədvəldən aydın olur ki, qiymətləri yenilənən dərmanlardan yarısı - 420-sihazırda satışda yoxdur. Budəfəki siyahıda yer alan preparatların əksəriyyətinin qiymətində ciddi dəyişiklik olmayıb.  Dərmanların çox hissəsinin qiyməti  2-4 qəpik endirilib.  Bəzilərinin isə qiyməti ümumiyyətlə dəyişməyib.  

Dekabrdan yeni qiymətlər tətbiq ediləcək

 

Vətəndaşları daha çox narahat edən qiymətləri baha olan preparatların ucuzlaşmasıdır. Ona görə də siyahıda, ilk növbədə, həmin dərmanların qiymətlərini analiz etdik. Məlum oldu ki, budəfəki cədvəldə çox bahalı dərmanlar yer almayıb. Siyahıda olan bu tipli preparatların bir qisminin qiyməti, demək olar ki, dəyişməyib. Bir qismində isə kəskin ucuzlaşma olacağı görünür. Məsələn, Ukrayna istehsalı olan“Vinbrayn” iynəsinin 10 ampulası hazırda 17 manat 50 qəpikdən satılır. Tarif  Şurasının son qərarı qüvvəyə mindikdən sonra isə həmin dərmanı cəmi 1 manat 99 qəpiyə almaq mümkün olacaq.  Belarusiya istehsalı olan “Vinner-LF” həblərinin 50 ədədi 15 manat 30 qəpikdən satıldığı halda, dekabrdan həmin preparatın qiyməti  2 manat 20 qəpik olacaq.

Bəzi dərmanların qiyməti hətta 4-6 dəfə, bəzən 8 dəfə ucuzlaşıb. Məsələn, “Niseromaks” adlı inyeksiyanın 4 flakonu hazırda 32 manat 80 qəpiyə satılır. Dərmanın yeni qiyməti cəmi 4 manat 3 qəpik olacaq. Argentinadan alınan “Qlezam” adlı həblərin 30 ədədi 21 manat 55 qəpiyə satılırdısa, bundan sonra onu cəmi 1 manat 76 qəpiyə almaq mümkün olacaq.

Daha çox nevroloji xəstəliklərin müalicəsində istifadə edilən “Mepril” (Türkiyə istehsalı) həbləri 20 manat 95 qəpiyə satılırdı. Qiymət endirimindən sonra bu preparatı  təxminın 8 dəfə ucuz - 3 manat 84 qəpiyə ala biləcəyik.  Fransa istehsalı olan “İnsuprid” həbləri indiyədək 13 manat 50 qəpiyə satılırdı. Dekabrdan həmin dərman 4 dəfə ucuz -3 manat 84 qəpiyə satılacaq.

 

Bəzi dərmanlar dəfələrlə ucuzlaşıb

 

Qiyməti bir neçə dəfə ucuzlaşan dərmanların sırasında Macarıstan istehsalı olan “Velaksin” də var. Dərmanın 150 mq-lıq həbləri indi 26 manata satıldığı halda, dəyişikliklərdən sonra  9 manat 36 qəpiyə olacaq. 75 mq-lıq həblərin qiyməti isə 18 manatdan 5 manata endirilib. İspaniya istehsalı olan “Diovan”həblərinin qiyməti də 37 manat 40 qəpikdən 12 manat 50 qəpiyə enib. Türkiyə istehsalı olan “Tridad forte” həblərinin 20 ədədi hazırda  12 manat 60 qəpikdən satılır.  Bundan sonra dərmanı 3 manat 7 qəpiyə almaq mümkün olacaq. Polşadan gətirilən “Tributin” habləri də 12 manat 65 qəpikdən 4 manata enib.

Qiyməti kəskin dəyişilən dərmanlar sırasında  Argentina istehsalı olan “Neutop” həbləri də var. Həmin həblərin 100 mq-lıq formasının  28 həbi  36 manat 50 qəpik olduğu halda, dekabrdan cəmi 8 manat 92 qəpiyə satılacaq. 50 mq-lıq forması isə daha ucuz - 5 manat 27 qəpiyə olacaq.  “Tulozin” (Macarıstan)  həbləri də xeyli ucuzlaşacaq. Hazırda 28 manat 45 qəpiyə təklif edilən bu preparatın qiyməti 6 manat 10 qəpik həddində müəyyən edilib.

Bu siyahıda Almaniya, Türkiyə, İspaniya , İsrail istehasalı olan digər dırmanlar da yer alıb. Məsələn,“Qrasulan” (Almaniya) adlı dərmanın 30 kapsulu 28 manat 60 qəpikdən 8 manat 33 qəpiyə enib.“Antunes”in (Türkiyə) də qiyməti 19 manat 55 qəpikdən 5 manat 82 qəpiyə düşüb. “Neyromentin”(Portuqaliya)  həblərinin 28 ədədi  28 manat 80 qəpik olduğu halda, bundan sonra 18 manat 22 qəpik olacaq. İspaniya istehsalı olan “Ksinobrol” həbləri 12 manat 50 qəpikdən 3manata enib. Hazırda 13 manat 10 qəpiyə satılan “Pollezin” (Macarıstan) adlı dərman dəyişikliklərdən sonra 2 manat 10 qəpiyə satılacaq. “İzobit” (İsrail) həbləri isə bundan bir az baha – 2 manat 93 qəpik olacaq (İndiki qiyməti- 12 manat 80 qəpik).

İtaliya istehsalı olan “Amaril” həbləri  və “As-pentin” (Kanada)  təxminən eyni qiymətə  satılacaq.  İndiyədək müvafiq olaraq 15 manat 40 qəpik və 23 manata satılan dərmanların qiyməti 4 manat 80 qəpiyə  və 4 manat 33 qəpiyə düşüb.

 

Qiymət düşdü, amma dərmanlar ələ düşmür

 

Siyahını daha da uzatmaq olardı. Ancaq təcrübə göstərdi ki, qiymətlərin ucuzlaşması ilə vətəndaşların vəziyyəti tam dəyişmədi. Proseslərin inkişafı  dərmaların ucuzlaşmasının heç də asan başa gəlməyəcəyini deməyə əsas verir. Tarif  Şurasının yeni qiymət siyasəti ilə bağlı ilk qərarından 2 aydan artıq vaxt keçib.Ancaq bu qısa müddətdə bazarda xeyli dərman qıtlığı yaşanır.

Uzun müddətdir ki, vətəndaşlar apteklərdə  lazım olan dərmanlarını tapa bilmirlər. Bu sıraya reseptlə və həkimlərin göstərişi ilə satılan dərmanlarla yanaşı, müəyyən xəstəliklərin təlabatına uyğun olaraq gündəlik istifadə edilən dərmanlar, ağrıkəsici preparatlar da daxildir. Xüsusilə, uşaqlara gigiyenik qulluq vasitələri, kremlər qeybə çəkilib. Halbuki, bunlar körpələrin inkişafı və sağlamlığı üçün çox vacibdir.

Digər tərəfdən, qiymətləri ucuzlaşdırılan dərmanları da tapmaq müşkülə çevrilib. 

Araşdırmalarımız  nəticəsində maraqlı faktlar ortaya çıxdı. Məsələn, əvvəllər apteklərdə 24-25 manata satılan və daha çox təlabat olan “Eskolan” adlı preparatın qiyməti bir neçə dəfə ucuzlaşıb. İndi 3 man 60 qəpiyə satılmalı olan dərmanı tapmaq mümkün deyil. Eyni zamanda “Leyner” mazı, “Dermovayt” kremi, “İnterferon”“Nistatin”“Asprin-kardio” kimi az qala hər gün, xüsusilə qış aylarında çox istifadə edilən dərmanlar xeyli vaxtdır ki, apteklərdə yoxdur.  Onların əvəzediciləri isə ya çox bahadır, ya da yerlərə gedib çıxmır.

Digər maraqlı məqam qiymətlərin hamı üçün açıq olması ilə bağlı oldu. Baş çəkdiyimiz apteklərin heç birində yeni qiymətləri göstərən elanlara rast gəlmədik. Səbəbi isə əczaçılar belə izah etdilər ki, onlara bu barədə tapşırıq verilməyib. Yeni qiymət siyahıları apteklərə verilsə də, onların geniş ictimaiyyət üçün açıq olması təmin olunmayıb.

Halbuki, yeni qiymətlərin köhnə qiymətlərlə müqayisəli şəkildə apteklərdən asılması həm əhalinin məlumatlılığının artmasına və hökumətin atdığı addımın təqdir edilməsinə, həm də şəffaflığın təmininə yol aça bilər. 

 

“Tapılmayan dərmanları”  işbazlar tapır

 

Yaranan qeyri-müəyyən vəziyyət və dərman qıtlığından isə pul qazanmaq hərisi olan işbazlar asanlıqla yararlana biliblər. Əldə etdiyimiz məlumatlara əsasən, dərman qıtlığından istifadə edən bəzi adamlar apteklərə mənşəyi bəlli olmayan dərmanları gizli yollarla çatdırırlar. Həm də bu “çatdırılma” ucuz başa gəlmir. Məsələn, yeni qiymət dəyişikliyindən sonra qiyməti 3 manat müəyyən edilən “Asprin kardio” həbləri apteklərə 6 manat və daha baha verilir. Əczaçılar da onu bir qədər də baha satmaq məcburiyyətindədilər.  

Bu tendensiya regionlarda daha  geniş yayılıb. Apteklər “taılmayan dərmanları” əsasən, Gəncədəki “depodan” əldə edirlər. Qiymətin baha olmasından əlavə, bu dərmanların haradan alınması və niyə gizli yolla satılması kimi məsələlər maraq doğurur.

Digər maraqlı məqam təhlkəsizliklə bağlıdır. Mənşəyi bəlli olmayan dərmanların insan orqanizminə vura biləcəyi ziyan daha təhlükəlidir.

Bütün bunlar onu deməyə əsas verir ki, dərmanların artıq ucuzlaşdığından və vətəndaşların da bundan faydalana bildiklərindən danışmaq hələ çox tezdir. Qazanan isə hələ ki yenə də əyri yollarla pul qazanmağa alışmış işbazlardır. Onlara bu şəraitin yaradılmasına rəvac verən amillər və onların aradan qaldırılması yolları barədə isə növbəti yazıda bəhs edəcəyik.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024