Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (7-10-2015, 10:41)
 Dərmanların qiyməti endi, amma necə?

derman-1.jpg

 

Tarif  Şurasının  qərarı ilə daha 47 dərman vasitəsi yeni qiymətlərlə satılaçaq.  1079 dərman vasitəsinin qiyməti isə 2015-ci il dekabrın 1-dən yenilənəcək.

Mediatv.az-ın məlumatına görə, şuranın müvafiq qərarlarına əsasən, hər qrup təsiredici maddələr üzrə yeni qiymətlərin qüvvəyə minmə tarixindən etibarən, həmin qrupa aid olan, lakin qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız onların qiyməti təsdiq edildikdən sonra həyata keçirilə bilər.

Strateq.az xəbər verir ki, indiyədək, ümumilikdə, 2 min 183 dərman vasitəsinin qiymətləri tənzimlənib. Tarif Şurasının açıqlamasına əsasən, satışda olan dərman vasitələrinin mövcud qiymətləri ilə müqayisədə 53 faiz dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 28 faiz dərman vasitəsinin qiyməti 3 dəfədən çox aşağı salınıb. Satışda olan dərman vasitələrinin 98 faizi üzrə qiymətlər endirilib.

Satılmayan dərmana nə qiymət?

Qeyd edək ki, bundan əvvəl 452 adda dərmanın qiymətləri rəsmi təsdiqlənib və bu qərar sentyabrın 15-dən tətbiq edilməyə başlayıb. Tarif Şurasının son siyahısı əvvəlkindən təkcə dərmaların sayının çoxluğu ilə fərqlənmir. Şuranın  “müqayisəli cədvəl” kimi təqdim etdiyi sənəddə müqayisə ediləcək dəlillər tam əksini tapmayıb. Siyahıda yer alan dərmanların yarıdan çoxunun ancaq yeni qiymətləri yer alıb, əvvəlki qiymətlər göstərilməyib. Tarif Şurası bunu kişik qeydlə belə izah edib: “Cədvəldə hazırda satışda olmayan dövlət qeydiyyatına alınmış dərman vasitələri üzrə mövcud pərakəndə satış qiymətləri öz əksini tapmayıb”.

Əgər həmin dərmanlar istifadə edilmirsə, onun qiymətini müəyyənləşdirmək üçün vaxt və yer sərf  etməyə dəyərdimi?

Sənəddə diqqət çəkən digər məqamlar, təbii ki, qiymətlərlə bağlıdır. Belə ki, dərmanların bir qrupu yenə də mövcud qiymətlərlə satılacaq. Bir çoxunun isə qiymətində 1-2 qəpik fərq müşahidə edilir. Bu, həm ucuz, həm də qiyməti kifayət qədər bahalı olan dərman vasitələrinə şamil edilib.

Bəzi dərmanlar kəskin ucuzlaşacaq

Bununla yanaşı, siyahıda qiyməti kəskin azaldılan dərmanlar da yer alıb. Məsələn, Puerto-Rikoda istehsal edilərək ölkəmizə gətirilən “Zipreksa” həblərini 28 ədədi 112 manat 55 qəpiyə satılırdı. Bundan sonra həmin dərman 33 manat 7 qəpiyə olacaq. İsveçdə istehsal edilən “Atakand” 43 manat 45 qəpikdən 13 manat 30 qəpiyə enib. İtaliyadan alınan “Bart” adlı həbin  bir blisteri indiyədək 13 manat 15 qəpiyə satılırdı. Bundan sonra alıçılar həmin həbləri cəmi 1 manat 72 qəpiyə ala biləcəklər.

Eləcə də, Rusiya istehsalı olan “Xorionik donadotropin” iynəsinin 5 ampulası 102 manatdan  20 manat 69 qəpiyə endirilib. İndiyədək 10 manata satılan İspaniyadan alınan “Psikosen”in də  qiyməti 2 manat 86 qəpiyə enib. 15 manat 15 qəpiyə olan “Prosulpin” (Çex Respublikası) isə  4 manat 54 qəpiyə satılacaq. Yunanıstandan gətirilən “Hiperzon” həblərinin də qiyməti bir neçə dəfə ucuzlaşacaq. Alıcılar indi 19 manat 70 qəpiyə satılan bu dərmanı  cəmi 2 manat 30 qəpiyə ala biləcəklər. Çex istehsalı olan “Simqal”həblərinin də 28 ədədi 10 manat 60 qəpikdən 2 manat 24 qəpiyə enib. Fransadan gətirilən “Proqeffik” adlı dərmanın 15 kapsulu 23 manat 15 qəpiyə satıldığı halda, bundan sonra  3 manat  71 qəpik olacaq.

18 manatdan 1 manata enən qiymətlər

Qiymətləri xeyli azalan dərmanlar sırasında “Proton ES” (İspaniya),  “Revmoks” (Ukrayna) kimi preparatlar da var. 14 tableti 25 manata satılan “Proton ES”  indi 4 manat 34 qəpiyə olacaq.“Revmoks” isə 15 manatdan  2 manat 21 qəpiyə enib.

Bir qrup dərmanların qiyməti dəfələrlə azaldılıb, hətta 1 manata endirilib. Belarusiya istehsalı olan “Servetam” adlı iynənin 10 ampulası 10 manat 95 qəpikdən 1 manat 62 qəpiyə salınıb. İordaniyadan gətirilən “Razon” adlı həblərin qiyməti də 18 manatdan 1 manat 9 qəpiyə endirilib. İndiyədək 7 manata satılan “Bisakor” həbləri  (İrlandiya istehsalı) (28 tablet) cəmi 1 manat 82 qəpiyə olacaq. Ukraynadan gətirilən “Farmakor”, Slovakiyadan alınan “Koronal” da  6 manatdan müfaviq olaraq, 1 manat 19 qəpiyə və 1 manat 85 qəpiyə enib. Belarus istehsalı olan “Brulium”un 1 flakonu 14 manat 35 qəpikdən 1 manat 75-ə salınıb.

Ukrayna istehsalı olan “Revmoks” adlı iynənin 5 ampulası 15 manat 25 qəpikdən 2 manat 21 qəpiyə qədər endirilib. Qiymətlərində ciddi azalma olan dərmanlar sırasında Türkiyə istehsalı olan “Safra” (50 dənəsi 30 manatdan 20 manat 20 qəpiyə enib), “Ursodiol” (33.65 manatdan 20.20 qəpiyə), Türkiyə istehsalı olan “Tradoleks” (5 ədəd iynə 16.50 qəpik idi, indi 3.41 qəpik), Çex Respublikası istehsalı olan“Ursosan” (43 manatdan 20 manata),  Macarıstandan alınan “Terbizil” (20 manat 85 qəpikdən  9 manat 68 qəpiyə) kimi dərmanların adlarını çəkmək olar.

Bu sıraya İtaliyadan gətirilən “Legend” adlı iynəni də əlavə etmək olar. Hazırda 5 ampulası 50 manat 80 qəpiyə satılan dərmanı bundan sonra 30 manat 91 qəpiyə almaq mümkün olacaq.

Ən bahalı dərmanlar yenə “yanacaq” 

Siyahıda yer alan ən bahalı dərmanların qiymətində isə dəyişiklik, demək olar ki, yoxdur. İsveçrə istehsalı olan “Rispolept konstra” adlı iynənin 50 mq-lıq 1 ampulasının qiyməti 188 manat 65 qəpikdən cəmi 1 qəpik enib. ABŞ-dan eyni qiymətə gələn həmin dərman isə 169 manat 78 qəpiyə düşüb.  Həmin dərmanın tərkibi bir qədər az - 37 mq olan variantı isə 140 manat 70 qəpiyə, 25 mq olanları isə 88 manat 90 qəpiyə satılacaq. ABŞ-dan alınan eyniadlı iynənin də 25 mq-lıq 1 ampulası 80 manata enib.

Bunlarla yanaşı, yeni siyahıda qiymətləri dəyişməyən dərmanların da sayı kifayət qədərdir. Yunanıstan istehsalı olan “Vasklor” vaginal geli əvvəlki kimi 40 manat 15 qəpiyə satılacaq. Yunanıstan, İtaliya və Fransadan gətirilən “Heptral” adlı iynənin də qiyməti demək olar ki, dəyişməyib – 38 manat 41 qəpik.

Qiymət siyasəti dərmanların sayını azaldacaq

Dərman satışı ilə məşğul olan sahibkarlar və bu sahənin mütəxəssisləri qiymətlərin rəsmi qaydada  tənzimlənməsinin nəticələri barədə müsbət proqnozlar veriblər. Bildiriblər ki, vahid qiymət siyasəti lazımsız və keyfiyyətsiz dərmanların ölkəyə gətirilməsinin qarşısını alacaq. Eyni zamanda, həmin dərmanları gətirən firmalar da bazardan çıxacaqlar. Nəticədə dərman bazarında mövcud olan pərakəndəlik və özbaşınalıqlar aradan qaldırılacaq.

Qeyd edək ki, indiyədək ayrı-ayrı firmalar tərkibi eyni molekullardan ibarət olan dərmanı müxtəlif adlarla ölkəyə gətirib fərqli qiymətə satırdı. Qiymətlər tənzimləndikdən sonra bu hallar da aradan qaldırılacaq. Eyni molekullu yalnız bir dərman satışda olacaq və qiyməti də hər yerdə eyni olacaq.

Mütəxəssislər hesab edirlər ki, vahid qiymətlərin tətbiqi, eyni zamanda, vətəndaşların vaxt itkisinin də qarşısını alacaq. Bundan sonra aptekləri gəzərək daha ucuz dərman satılan yerin tapılmasına ehtiyac olmayacaq. Bütün apteklərdə dərman vasitələri eyni qiymətə satılacaq.

Tarif  Şurasından onu da bildiriblər ki, daha 135 təsiredici maddəyə aid dərman vasitələri üzrə sənədlərin (bəyannamələrin) qəbulu elan edilib. Sənədlərin qəbulu üçün son tarix oktyabrın 20-si  müəyyən edilib. Öncədən də bəyan edildiyi kimi, qiymət tənzimlənmsi bu ilin sonunadək yekunlaşacaq.

шаблоны для dle 11.2

Xəbər lenti
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025