Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (21-09-2015, 16:10)
Beyləqanda sosial-iqtisadi göstəricilər yaxşılaşdırılır

 

 

Hörmətli Vaqif Abdullayevin rəhbərlik etdiyi Beyləqan rayon sakinləri Avropa Oyunları məşəlinin Beyləqan şəhərinə gətirilməsindən qürur duyduqları sevinci hələ də bir-biriylə bölüşməkdədirlər. Avropa Oyunlarının ilk dəfə ölkəmizdə keçirilməsi hər bir Azərbaycan vətəndaşı kimi beyləqanlıları da sevindirir. Bu sevinci onlara bəxş etdiyinə görə əllərinə düşən hər fürsəti dəyərləndirib prezidentimizə dərin minnətdarlıqlarını bildirən beyləqanlılar arzu edirlər ki, bu gün Azərbaycanın gözəl guşəsi olan Beyləqanda yandırılan alov tezliklə Qarabağımızda – Xankəndində, Şuşada, Ağdamda və digər işğal olunmuş şəhərlərimizdə yandırılsın. 

 

Beyləqan rayonu üzrə əsas sosial-iqtisadi göstəricilər yaxşılaşır

Yeri gəlmişkən qeyd edək ki, beyləqanlıların bayram və əlamətdar günləri,eləcə də möhtəşəm idman və başqa kütləvi tədbirləri yüksək səviyyədə keçirməyə haqları çatır. Azərbaycanın hər bir bölgəsi kimi, Beyləqan rayonunda da regionların inkişafı dövlət proqramlarının icrası rayon iqtisadiyyatının inkişafına, abadlıq quruculuq işlərinin və yeni sosial obyektlərin tikintisinin aparılmasına, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığın inkişafı və sahibkarlara dəstək verilməsi, yeni iş yerlərinin yaradılması, əhalinin məşgulluğunun artırılması və rayon sakinlərinin yaşayış səviyyəsinin yüksəldilməsinə ciddi təkan olmuşdur.

Beyləqan rayonu üzrə əsas sosial-iqtisadi göstəricilər, o cümlədən ümumi məhsul buraxılışının həcmi , sənaye məhsullarının , kənd təsərrüfatı məhsullarının , tikinti işlərinin, əsas kapitala yönəldilən investisiyaların həcmi, nəqliyyat xidməti, rabitə xidməti, ticarət artmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmində, pərakəndə əmtəə dövriyyəsində artım müşahidə olunmuş, orta aylıq nominal əmək haqqı artmışdır.

Əhalinin sosial-məişət problemlərinin öyrənilməsi, bilavasitə yerində həll edilməsi, icra orqanları və digər yuxarı təşkilatlarla əhali arasında daha sıx ünsiyyət yaradılması üçün ərazilərdə mütəmadi keçirilən görüşlərin böyük səmərəsi olur. Bütün məsələlərə diqqətlə yanaşılır və müvafiq tədbirlər görülür. RİH başçısı  cənab Vaqif Abdullayev dövlət başçısının tapşırığına əsasən hər həftənin müəyyən olunmuş günü kəndlərdə əhali  ilə səyyar görüş-qəbullar keçirir, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, verilən təkliflərin icrası məqsədilə aidiyyatı üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verir.Vaqif Abdullayev  yüksək səmimiyyət şəraitində keçirilən belə görüşlərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin ildən-ilə daha da inkişaf edərək dünyada nüfuzunun artdığını, ordu quruculuğu sayəsində əldə olunan nailiyyətləri, əhalinin həyat səviyyəsinin dayanmadan yüksəldiyini qeyd edir, bütün məcburi köçkünlərin qayğılarının daim dövlətimizin nəzarətində olduğunu bildirir. Rayon rəhbəri çıxışlarında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində torpaqlarımızın yağı düşməndən azad ediləcəyi günün uzaqda olmadığını xüsusi qeyd edir, məcburi köçkünlərin tezliklə ata-baba yurdlarına dönəcəklərinə əminliyini vurğulayır.

Səyyar qəbullarda bütün vətəndaşların müraciətləri dinlənilir. Müraciətlərlə bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verən Vaqif Abdullayev məsələlərin aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməsinə göstəriş verir. Qəbullarda iştirak edən rayon sakinləri onların müraciətlərinə diqqətlə yanaşıldığına görə, RİH başçısına öz minnətdarlıqlarını bildirirlər.Vaqif Abdullayev bir çox hallarda sakinlərin evlərində olur, onların qayğı və problemləri ilə yerindəcə tanış olur.

 

Vətəndaşların yaşayış şəraitinin, sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, rayonun maddi cəhətdən imkansız ailələrinə diqqət artırılmışdır.

 

Rayonun təhsil, mədəniyyət, səhiyyə sahələrində xeyli işlər görülmüş, müəssisələrin fəaliyyətində irəliləyişlərə nail olunmuşdur. 

Vaqif müəllim hakimiyyət, təsərrüfat, sosial və mədəni həyat strukturlarında çalışan bütün pillə kadrları ilə obyektiv, qərəzsiz, təmənnasız, lakin tələbkar münasibətlərə söykənən bir stillə işləyir. O, bir çox başqa rayon rəhbərlərindən fərqli olaraq, Vaqif müəllim daha mənalı ömür yaşayır, mümkün olduğundan da artıq iş görmüşdür. Xeyirxah əməllər, yüksək mədəniyyət və qabiliyyət sahibi kimi tanınmışdır. Hər insan özünü vəzifələrdə təsdiq edə bilmir. Hansı  vəzifəni daşıdısa,Vaqif müəllim sahib olduğu mərtəbədən ucada dayanmışdır, şərəfli adını və bütövlüyünü qoruyub saxlamış, heç kim üçün - nə adi insanlar, nə də uşaqlıq və gənclik yoldaşları üçün əlçatmaz olmadı. Əksinə, daha sadə, daha başa düşülən, qəbul edilən rəhbər işçi oldu. Buna görə də bütün beyləqanlılar onunla fəxr edib, qürur duyurlar. Vaqif müəllimin mövqeyindən, işindən və əməlindən hələ heç bir beyləqanlı  zərər çəkməyib, çətinliyə düşməyib.Çünki o hər bir vətəndaşın probleminə diqqətlə yanaşıb,hər bir vətəndaşın problemini öz problemi hesab edib.

 Maliyyə göstəriciləri yaxşılaşır

 

Əlbəttə, dövlət büdcəsindən ayrılan və yerli mənbələrdən daxilolmalardan formalaşan maliyyə vəsaitlərinin təyinatı üzrə və səmərəli istifadə edilməsi həyata keçirilən maliyyə siyasətinin dürüstlüyündən əhəmiyyətli dərəcədə asılıdır.Maliyyə mütəxəssisi Oqtay Hacıyevin rəhbərlik etdiyi Beyləqan  rayon Maliyyə İdarəsi bu vəzifənin öhdəsindən layiqincə gəlir. İdarənin kollektivi vəsaitlərin Vahid Büdcə Təsnifatına uyğun təyinatı üzrə istifadə edilməsinin, vəsaitin xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə yönəldilməməsinin, debitor borcların vaxtında bağlanılmasının, Dövlət Satınalmaları haqqında Qanunun tələblərinə riayət edilməsinin təmin olunması üçün gərəkən bütün işləri görürlər. Habelə, uçotdan kənarda qalmış əsas vəsaitlərin və mal-materialların, iş və xidmətlərin uçota alınması üçün tədbirlər həyata keçirilir. İdarə tərəfindən görülən tədbirlər hesabına xeyli miqdarda səmərəsiz xərcin qarşısı alınmış, dövlət vəsaitlərinin qanunvericiliyin tələblərinə uyğun istifadəsi və ya müvafiq qaydada uçota götürülməsi təmin edilmişdir. Aparılan nəzarət tədbirləri zamanı idarənin mütəxəssisləri yoxlanılan müəssisə və təşkilatlara konstruktiv təklif və tövsiyələr təqdim edirlər.

 

Əhalinin sosial müdafiəsi tədbirləri gücləndirilir

 

Təcrübəli mütəxəssis Anar Vəliyevin rəhbərlik etdiyi Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon Şöbəsi də fəaliyyətini günün tələbləri səviyyəsində qurur, sosial müdafiəyə ehtiyacı olan Beyləqan vətəndaşlarına yüksək səviyyədə xidmət göstərir. Bu qəbildən olan insanlar şöbənin xidmətindən razılıqlarını bildirirlər. 

DSMF Beyləqan rayon şöbəsində öz hesablarını elektron formada təqdim etməkdə çətinliklə üzləşən xırda sahibkarlara və torpaq mülkiyyətçilərinə kömək məqsədilə “Yardım masaları” fəaliyyət göstərir. Vətəndaşların gələcək pensiya təminatında, şəffaflığın təmin olmasında mühüm rola malik olan “Sığortaolunanlara məlumatların verilməsi” adlı müasir məlumatlandırma sistemi tam istifadəyə verilib. Bu xidmət vasitəsilə istənilən sığorta olunan onun üçün sığortaedən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və öz pensiya kapitalına, həm də işəgötürənin onun üçün əmək haqqına uyğun sosial sığorta haqqı köçürdüyünə nəzarət etmək imkanı qazana bilər.

 

Aztəminatlı təbəqələrin qayğıları gündəlik nəzarətdə saxlanılır

 

2015-ci ilin ötən doqquz ayı ərzində əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsini gücləndirmək istiqamətində Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının hökumət qərarlarının yerinə yetirilməsi sahəsində Azər İmanverdiyevin rəhbərlik etdiyi Beyləqan rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi müəyyən işlər görmüşdür. Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi sosial müavinətlərin, uşağın doğulmasına görə birdəfəlik müavinətlərin, Çernobıl əlillərinə, Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətləri, dəfn üçün müavinətlər, şəhid ailələrinə, müharibə əlillərinə, Prezident təqaüdünün təyinatı və ödənilməsi vaxtlı-vaxtında həyata keçirilir. Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin əhaliyə vaxtında çatdırılması, sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi gündəlik nəzartdə saxlanılan məsələlərdən olmuşdur.

Keçən il  bütün sosial müavinətlərin, təqaüdlərin plastik kartla bankomatlar vasitəsilə ödənişi təmin edilmişdir. Mərkəzin yeni rəhbərliyi əhali arasında, inzibati ərazi vahidliklərində sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması və imtina sənədlərinin vətəndaşlara tam izah edilməsini təşkil etmişdir.

Mədəniyyətin və turizmin inkişafına yönəlik qayğılı dövlət siyasəti uğurla həyata keçirilir

 

Nazim Mirzəyevin rəhbərlik etdiyi Beyləqan rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində 1 rayon, 18 kənd mədəniyyət evi, 17 kənd klubu, 1 Gənclər, 1 Mərkəz, 1 rayon, 1 şəhər, 1 uşaq və 35 kənd kitabxana filialı, 1 yeddiillik uşaq musiqi məktəbi, 1 rayon Tarix-Diyarşünaslıq muzeyi, 1 Heydər Əliyev Muzeyi, 3 abidə mühafizəçisi və 1 Mədəniyyət və İstirahət Parkı fəaliyyət göstərir. RİH-nin rəsmi saytında yerləşdirilən məlumata görə, bu mədəni-maarif müəssisələrində 339 işçi çalışır ki, onların da 146 nəfəri ali və orta ixtisas təhsillidir. Şöbənin nəzdində fəaliyyət göstərən mədəni-maarif müəssisələrində 86 bədii özfəaliyyət kollektivi, dərnəyi və birliyi vardır ki, bunların içində 1027 nəfər həvəskar iştirak edir. Rayon Mədəniyyət Evində yaradılmış idman dərnəklərinin üzvləri Azərbaycanı ölkənin hüdudlarından kənarda layiqincə təmsil etmişlər. Rayon ərazisində 10 tarixi abidə qeydə alınmışdır.

Rayonun mədəniyyət işçiləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli-mədəni və mənəvi irsə qayğılı münasibətini yüksək qiymətləndirir, son on il ərzində ölkə başçısı tərəfindən mədəniyyət və turizm inkişafı ilə bağlı imzaladığı 5 Dövlət proqramını və 500-dən çox fərman və sərəncamın əhəmiyyətini vurğulayırlar. Beyləqanın mədəniyyət müəssisələrində də maddi-texniki bazanın yaxşılaşdırılması, milli-mənəvi və mədəni irsin qorunması, təbliği və gələcək nəslə ötürülməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, əhalinin asudə vaxtının səmərəli təşkili diqqət mərkəzində olmuşdur.

İstedadlı gənclərin müəyyən edilməsi, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi Mədəniyyət və Turizm Şöbəsinin diqqət mərkəzində olmuşdur. Bu məqsədlə il ərzində muğam, bədii qiraət, əl işlərindən ibarət müsabiqələr keçirilmiş, qaliblər müə yyən edilərək onların respublika müsabiqələrində iştirakları təmin edilmişdir. Bayram və əlamətdar günlərdə yaddaqalan tədbirlər həyata keçirilmişdir   

 

 ***

Qeyd edilənlər Prezident İlham Əliyevin müdrik və uzaqgörən sosial–iqtisadi siyasətinin bütün uğurlarının əsası olduğunu və bu siyasətin respublikamızın bütün bölgələrində olduğu kimi,cənab Vaqif Abdullayevin  rəhbərlik etdiyi Beyləqan rayonunda da uğurla həyata keçirildiyini bir daha sübut edir. Yaradılmış güclü iqtisadi potensial, aparılan möhtəşəm quruculuq işləri tam əminliklə deməyə əsas verir ki, bu il də ümumilikdə ölkənin, eləcə də Beyləqan rayonunun  sabit inkişafı təmin ediləcək, nəzərdə tutulmuş bütün işlər, sosial proqramlar yerinə yetiriləcəkdir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024