Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (27-07-2015, 12:51)
Başa düşülən, qəbul edilən rəhbər

Başa düşülən, qəbul edilən rəhbər

 

 

Hörmətli Əziz Əzizovun rəhbərlik etdiyi Cəlilabad rayon sakinləri Avropa Oyunları məşəlinin Cəlilabad şəhərinə gətirilməsindən qürur duyduqları sevinci hələ də bir-biriylə bölüşməkdədirlər. Avropa Oyunlarının ilk dəfə ölkəmizdə keçirilməsi hər bir Azərbaycan vətəndaşı kimi cəlilabadlıları da sevindirir. Bu sevinci onlara bəxş etdiyinə görə əllərinə düşən hər fürsəti dəyərləndirib prezidentimizə dərin minnətdarlıqlarını bildirən cəlilabadlılar arzu edirlər ki, bu gün Azərbaycanın gözəl məkanı olan Cəlilabadda yandırılan alov tezliklə Qarabağımızda – Xankəndində, Şuşada, Ağdamda və digər işğal olunmuş şəhərlərimizdə yandırılsın. Xatırladaq ki. Mayın 03-də baş tutan mərasim rayon sakinlərinə və tədbir iştirakçılarına xoş ovqat bəxş etmiş, heç vaxt unudulmayan anlar yaşatmış və atəşfəşanlıqla başa çatmışdı.

 Cəlilabad rayonu üzrə əsas sosial-iqtisadi göstəricilər yaxşılaşır

Yeri gəlmişkən qeyd edək ki, cəlilabadlıların bayram və əlamətdar günləri,eləcə də möhtəşəm idman və başqa kütləvi tədbirləri yüksək səviyyədə keçirməyə haqları çatır. Azərbaycanın hər bir bölgəsi kimi, Cəlilabad rayonunda da regionların inkişafı dövlət proqramlarının icrası rayon iqtisadiyyatının inkişafına, abadlıq quruculuq işlərinin və yeni sosial obyektlərin tikintisinin aparılmasına, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığın inkişafı və sahibkarlara dəstək verilməsi, yeni iş yerlərinin yaradılması, əhalinin məşgulluğunun artırılması və rayon sakinlərinin yaşayış səviyyəsinin yüksəldilməsinə ciddi təkan olmuşdur.Son günlər Cəlilabad rayon mərkəzində Heydər Əliyev Mərkəzi, yuksək səviyyədə tikilmiş iki uşaq bağçası,Göytəpə qəsəbəsində Heydər Əliyev Parkı tikilib istifadəyə verilməkdədir.

Cəlilabad rayonu üzrə əsas sosial-iqtisadi göstəricilər, o cümlədən ümumi məhsul buraxılışının həcmi , sənaye məhsullarının , kənd təsərrüfatı məhsullarının , tikinti işlərinin, əsas kapitala yönəldilən investisiyaların həcmi, nəqliyyat xidməti, rabitə xidməti, ticarət artmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmində, pərakəndə əmtəə dövriyyəsində artım müşahidə olunmuş, orta aylıq nominal əmək haqqı artmışdır.

Əhalinin sosial-məişət problemlərinin öyrənilməsi, bilavasitə yerində həll edilməsi, icra orqanları və digər yuxarı təşkilatlarla əhali arasında daha sıx ünsiyyət yaradılması üçün ərazilərdə mütəmadi keçirilən görüşlərin böyük səmərəsi olur. Bütün məsələlərə diqqətlə yanaşılır və müvafiq tədbirlər görülür. RİH başçısı  cənab Əziz Əzizov dövlət başçısının tapşırığına əsasən hər həftənin müəyyən olunmuş günü kəndlərdə əhali  ilə səyyar görüş-qəbullar keçirir, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, verilən təkliflərin icrası məqsədilə aidiyyatı üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verir.

 Əziz Əzizov  yüksək səmimiyyət şəraitində keçirilən belə görüşlərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin ildən-ilə daha da inkişaf edərək dünyada nüfuzunun artdığını, ordu quruculuğu sayəsində əldə olunan nailiyyətləri, əhalinin həyat səviyyəsinin dayanmadan yüksəldiyini qeyd edir, bütün məcburi köçkünlərin qayğılarının daim dövlətimizin nəzarətində olduğunu bildirir. Rayon rəhbəri çıxışlarında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində torpaqlarımızın yağı düşməndən azad ediləcəyi günün uzaqda olmadığını xüsusi qeyd edir, məcburi köçkünlərin tezliklə ata-baba yurdlarına dönəcəklərinə əminliyini vurğulayır.

Səyyar qəbullarda bütün vətəndaşların müraciətləri dinlənilir. Müraciətlərlə bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verən Əziz Əzizov məsələlərin aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməsinə göstəriş verir. Qəbullarda iştirak edən rayon sakinləri onların müraciətlərinə diqqətlə yanaşıldığına görə, RİH başçısına öz minnətdarlıqlarını bildirirlər.Əziz Əzizov bir çox hallarda sakinlərin evlərində olur, onların qayğı və problemləri ilə yerindəcə tanış olur.

 

Vətəndaşların yaşayış şəraitinin, sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, rayonun maddi cəhətdən imkansız ailələrinə diqqət artırılmışdır.

 

Rayonun təhsil, mədəniyyət, səhiyyə sahələrində xeyli işlər görülmüş, müəssisələrin fəaliyyətində irəliləyişlərə nail olunmuşdur. Rayon məhkəməsinin sədri Ələjdər Ələkbərov vətəndaşların qəbulu, onlara hörmətlə yanaşması ,qanunlara ciddi riayyət etməklə ictimayyət arasında böyük hörmət qazanmışdır.

Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Namiq Camalovun eləcədə əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı Səfər Nuriyevin rəhbərliyi altında cinayətkarlığa qarşı mübarizə sahəsində aparılan işlər davam etdirilmiş, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, əhalidə qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının yığılmasında müsbət irəliləyişlərə nail olunmuşdur.

Əziz müəllim hakimiyyət, təsərrüfat, sosial və mədəni həyat strukturlarında çalışan bütün pillə kadrları ilə obyektiv, qərəzsiz, təmənnasız, lakin tələbkar münasibətlərə söykənən bir stillə işləyir. O, bir çox başqa rayon rəhbərlərindən fərqli olaraq, Əziz müəllim daha mənalı ömür yaşayır, mümkün olduğundan da artıq iş görmüşdür. Xeyirxah əməllər, yüksək mədəniyyət və qabiliyyət sahibi kimi tanınmışdır. Hər insan özünü vəzifələrdə təsdiq edə bilmir. Hansı  vəzifəni daşıdısa,Əziz müəllim sahib olduğu mərtəbədən ucada dayanmışdır, şərəfli adını və bütövlüyünü qoruyub saxlamış, heç kim üçün - nə adi insanlar, nə də uşaqlıq və gənclik yoldaşları üçün əlçatmaz olmadı. Əksinə, daha sadə, daha başa düşülən, qəbul edilən rəhbər işçi oldu. Buna görə də bütün cəlilabadlılar onunla fəxr edib, qürur duyurlar. Əziz müəllimin mövqeyindən, işindən və əməlindən hələ heç bir cəlilabadlı  zərər çəkməyib, çətinliyə düşməyib.Çünki o hər bir vətəndaşın probleminə diqqətlə yanaşıb,hər bir vətəndaşın problemini öz problemi hesab edib.

 

Təhsilin inkişafı daim diqqət mərkəzində saxlanılır

Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir.  Məktəblərdə  təlim-tərbiyə  günün  tələbləri   səviyyəsində  qurulmuşdur. Şagirdlərin ana dili, Azərbaycan  tarixi  və Azərbaycan  coğrafiyasını  dərindən  öyrənmələrinə  diqqət  gücləndirilmişdir.  Bu  məqsədlə  yazılı  sorğular,  test  yoxlamaları, müxtəlif  müsabiqə, o cümlədən  inşa  müsabiqəsi və  olimpiadalar, bilik  yarışları  bilavasitə  şagirdlərin  iştirakı  ilə  aktual  sayılan  mövzulardan praktik  konfranslar, ekskursiyalar  təşkil  olunmuşdur. Fənlərin  tədrisini  gücləndirmək  məqsədilə  müxtəlif  səpgili  tədbirlər  keçirilmişdir. 2014-cü ilin  sentyabrından   rayon  ümumtəhsil  məktəblərinin VIII sinif  şagirdlərinə  Qarabağın  tarixi  fənni  tədris  olunmağa  başlamışdır.  Yetişməkdə olan  gənc nəsilin vətənpərvərlik, dövlətçilik  ruhunda  tərbiyə olunması Təhsil Şöbəsi  və  ümümtəhsil  məktəblərinin,  eləcə də  Gənclər və  Idman Idarəsinin  ümdə  vəzifələridir və bu istiqamətdə işlər  aparılır. Məktəblilər arasında Milli qəhrəmanlarımız, doğma torpaqlarımızla bağlı  inşalar yazılır, gənclər və  yeniyetmə arasında idman yarışları və intellektual  müsabiqələr  keçirilir. Qaliblər  fəxri  fərmanlar  və  qiymətli hədiyyələrlə  təltif olunurlar.  Şagirdlərin  hərbi - vətənpərvərlik   tərbiyəsini  gücləndirmək  məqsədilə  məktəblilərin  hərbi hissələrdə  hərbçilərlə  görüşləri  təşkil  olunmuşdur.

Ümidvarıq ki təcrübəli pedaqoq Vidadi Dövlətovun rəhbərlik etdiyi Cəlilabad  rayon Təhsil Şöbəsi və rayonun tərəqqipərvər təhsil işçiləri yetişməkdə olan gənc cəlilabadlılar nəslini məhz bu sadalanan yüksək dəyərlərə yiyələndirəcək, daha böyük müvəffəqiyyətlər qazanacaqdır

 

Səhiyyənin səviyyəsini xarakterizə edən göstəricilər yaxşılaşmaqdadır

              İlham Əliyevin rəhbərlik etdiyi  Rayon Mərkəzi Xəstəxanası və digər səhiyyə obyektləri 2015-ci ilin ötən dövri ərzində “Yerli İcra Hakimiyyətləri haqqında əsasnamə”yə uyğun olaraq Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai – siyasi və hümanitar məsələlər şöbəsinin səhiyyə sahəsi üzrə tədbirlər planına və rayon səhiyyə şöbəsinin iş planına uyğun olaraq  rayon əhalisinə imkanları daxilində yüksək səviyyədə tibbi xidmət göstərmişlər. Belə ki, əhali arasında sanitariya maarifi işinin təşkili, sanitar – epidemioloji şəraitin yaxşılaşdırılması, ətraf mühitin qorunması, yolxucu xəstəliklərin profilaktikası, narkomaniya və alkoqolizmlə mübarizə işinin yaxşılaşdırılması və s. istiqamətində işlərini təşkil etmiş, məktəblərdə, müxtəlif idarə və təşkilatlarda, əhalinin sıx olduğu yerlərdə görüşlər keçirmiş, mühazirələr oxumuşlar.

                Gigiyena  Epidemiologiya Mərkəzi ilə birlikdə rayon səhiyyə obyektləri yolxucu xəstəliklərə qarşı mütəmadi olaraq proflaktik tədbirlər həyata keçirmiş, qrafikə uyğun olaraq vaxtlı – vaxtında peyvənd işləri aparılmış , əhali arasında tibbi müayinələr keçirilmiş , qeydiyyata götürülməli xəstələr qeydiyyata götürülmüş,  tibb müəssisələrində və qəsəbələrdə sanitar- gigienik və əks epidemik tədbirlər həyata keçirilmiş, hər həftənin müəyyən günləri bütün səhiyyə obyektlərində iməciliklər təşkil olunmuş, ağacəkmə kompaniyası davam etdirilmiş, sanitar təmiziliyi və abadlaşdırma işləri aparılmış, həyətyanı sahələrin tullantılardan təmizlənməsi, şumlanması və s. işlər görülmüşdür.  Ulu öndər H.Əliyev və görkəmli alim – oftalmoloq Zərifə xanım Əliyevanın 92 illik yubleyləri münasibətilə bütün səhiyyə obyektlərində stendlər təşkil olunmuşdur.

                Əlillər və imtiyazlı şəxslərə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, səhiyyədə aparılan islahatlara dair, səhiyyə və təbabətin aktual məsələləri barədə təbliğati işlər gücləndirilmişdir. İmtiyazlı xəstələrə, onkoloji xəstələrə, nevroloji xəstələrə, ürək-qan dövranı sistemi xəstələrinə, tənəffüs sistemi xəstələrinə və s. imkan daxilində büdcədən ayrılmış vəsait hesabına tibbi yardım göstərilmişdir.

                Vərəmə şübhəli olan xəstələr rentgenoloji, mantu sınağı, bəlğəmin müayinəsi və s. müayinələr aparılmaqla dəqiqləşdirilmiş, aşkar olunmuş xəstələr dispanser qeydiyyatına götürülmüş, lazım olan tədbirlər həyata keçirilmişdir.

                Mütəmadi olaraq uşaq bağçaları və məktəblərdə tibbi müayinələr aparılmış (işçilər, şagirdlər və uşaqlar arasında), onlara tibbi yardım göstərilmiş, lazım olan dərman və sarğı materialları ilə təchiz olunmuşlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Cəlilabad rayonunda əhalinin tibbi müayinəsinin mütəşəkkil qaydada keçirilmişdir. Bu məqsədilə Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının  müvafiq sərəncamları ilə həm keçən il, həm də bu il tərkibi müəyyənləşdirilmiş komissiya yaradılmışdır. Rayon İcra Hakimiyyəti Başçısının nəzarəti və komissiya üzvlərinin fəallığı nəticəsində tibbi müayinədən keçən vətəndaşlardan bir qismi stasionar müalicəyə, bir çoxu ambulator müalicəyə cəlb olunmuş, bir qismi də müayinə və müalicə üçün  Bakı şəhərində yerləşən tibb müəsisələrinə göndərilmişdir. Tibbi müayinəni yüksək səviyyədə təşkilində fərqlənən tibb işçiləri Cəlilabad Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edilmişdir.

 

***

Qeyd edilənlər Prezident İlham Əliyevin müdrik və uzaqgörən sosial–iqtisadi siyasətinin bütün uğurlarının əsası olduğunu və bu siyasətin respublikamızın bütün bölgələrində olduğu kimi,cənab Əziz Əzizovun rəhbərlik etdiyi Cəlilabad rayonunda da uğurla həyata keçirildiyini bir daha sübut edir. Yaradılmış güclü iqtisadi potensial, aparılan möhtəşəm quruculuq işləri tam əminliklə deməyə əsas verir ki, bu il də ümumilikdə ölkənin, eləcə də Cəlilabad rayonunun  sabit inkişafı təmin ediləcək, nəzərdə tutulmuş bütün işlər, sosial proqramlar yerinə yetiriləcəkdir.

 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024