Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (25-12-2014, 20:28)
Azərbaycanda gedən sosial-iqtisadi inkişaf proseslərindən Beyləqan rayonuna da əhəmiyyətli pay düşüb

2014-cü ilin birinci rübündə Beyləqanda ümumi məhsul buraxılışı 27 faiz artaraq 33,7 milyon manat, əsas kapitala yönəldilmiş investisiyalar 2,4 dəfə artaraq 9,65 milyon manat təşkil etmişdir. Rüb ərzində Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli 6 mərtəbəli yaşayış binasının, maliyyə idarəsinin, Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsinin, polis şöbəsinin, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Dövlət Reyestr Xidmətinin 6 saylı idarəsinin, toxum müfəttişliyi və aqrokimya laboratoriyasının yeni inzibati binalarının, hər biri 175 yerlik 2 uşaq bağçasının və 360 şagird yerlik Birinci Aşıqlı kənd tam orta məktəbinin tikintisi, şəhər 2 nömrəli, Bünyadlı, İkinci Şahsevən kəndləri orta məktəblərinin əsaslı təmiri, Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri davam etdirilmişdir. Birinci rübdə torpaqların meliorasiyası, süxur sularının səviyyəsinin aşağı salınması və əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə 93,2 kilometr suvarma kanalları, 44,3 dren-kollektorlar lildən təmizlənmişdir.

 

Qədim və müasirləşən Beyləqan şəhəri

 

Ümumiyyətlə hörmətli alimimiz Vaqif Abdullayevin Rayon İcra Hakimiyyətinə başçılıq etməyə başladıqdan sonra keçən müddət ərzində Beyləqanın sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermiş, bir sıra sosial yönümlü obyektlər istifadəyə verilmiş, mühüm infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən yeni yollar çəkilmiş, əhalinin elektrik enerjisi və təbii qazla təminatı yaxşılaşdırılmış, geniş-abadlıq-quruculuq işləri həyata keçirilmişdir. Bütün bunlar rayonun mərkəzi sayılan Beyləqan şəhərinin simasını dəyişməsi ilə müşayiət olunur.

 

Beyləqan Rayon İcra Hakimiyyətinin Beyləqan şəhər ərazi inzibati vahidi üzrə nümayəndəliyi Azil Aslanovun rəhbərliyi altında öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur.

Ötən il nümayəndəlik tərəfindən, ilk növbədə ev təsərrüfatları uçotu aparılan işlər nəticəsində ərazidə olan ev təsərrüfatlarının dəqiq sayı, yaşayış binaları və fərdi evlərin texniki vəziyyəti, burada yaşayanlar barədə ətraflı məlumatlar toplanmışdır. Bundan əlavə, şəhər ərazisindəki idarə, müəssisə və təşkilatlarla tanışlıq işləri aparılmış, müxtəlif tədbirlər keçirilmişdir. Arxada qalan «2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nda rayon üzrə, o cümlədən Beyləqan şəhəri üzrə müəyyən olunmuş tədbirlər uğurla reallaşdırılmış, bu məqsədlə ayrılan vəsaitdən təyinatı üzrə və səmərəli istifadə olunmuşdur.

 

 

Maliyyə vəsaitləri təyinatı üzrə və səmərəli sərf olunur

 

Əlbəttə, dövlət büdcəsindən ayrılan və yerli mənbələrdən daxilolmalardan formalaşan maliyyə vəsaitlərinin təyinatı üzrə və səmərəli istifadə edilməsi həyata keçirilən maliyyə siyasətinin dürüstlüyündən əhəmiyyətli dərəcədə asılıdır.Maliyyə mütəxəssisi Oqtay Hacıyevin rəhbərlik etdiyi  Beyləqan rayon Maliyyə İdarəsi bu vəzifənin öhdəsindən layiqincə gəlir. İdarənin kollektivi vəsaitlərin Vahid Büdcə Təsnifatına uyğun təyinatı üzrə istifadə edilməsinin, vəsaitin xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə yönəldilməməsinin, debitor borcların vaxtında bağlanılmasının, «Dövlət Satınalmaları haqqında» Qanunun tələblərinə riayət edilməsinin təmin olunması üçün gərəkən bütün işləri görürlər. Habelə, uçotdan kənarda qalmış əsas vəsaitlərin və mal-materialların, iş və xidmətlərin uçota alınması üçün tədbirlər həyata keçirilir. İdarə tərəfindən görülən tədbirlər hesabına xeyli miqdarda səmərəsiz xərcin qarşısı alınmış, dövlət vəsaitlərinin qanunvericiliyin tələblərinə uyğun istifadəsi və ya müvafiq qaydada uçota götürülməsi təmin edilmişdir. Aparılan nəzarət tədbirləri zamanı idarənin mütəxəssisləri yoxlanılan müəssisə və təşkilatlara konstruktiv təklif və tövsiyələr təqdim edirlər.

 

 

Sosial-müdafiəyə ehtiyacı olanlar qayğı ilə əhatələnir

 

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev 21 may tarixdə Fondun Zərdab rayon Şöbəsinin inzibati binasında məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirdi. Qəbulda həmçinin Beyləqan. Ağcabədi, Xocavənd, Xocalı, Laçın, İmişli və Füzuli rayonlarının sakinləri iştirak etmişlər. Sədrlə görüşə yollanan vətəndaşların DSMF-nun Beyləqan rayon Şöbəsinin inzibati binasının qarşısından Zərdaba aparılıb-gətirilmələri təmin olunmuşdur.

 Anar Vəliyevin rəhbərlik etdiyi DSMF-nun Beyləqan rayon Şöbəsi rayon ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin uçota alınmasını, onlardan məcburi dövlət sosial sığorta haqlarının toplanmasını, eləcə də qanunda nəzərdə tutulmuş digər tədbirləri həyata keçirir. Şöbə rayon ərazisində qeydiyyatda olan əmək pensiya hüququ yaranmış vətəndaşlara pensiyaların təyin edilməsi, pensiya və pensiyalara əlavə olunan müavinət təminatı ilə əlaqədar olaraq müraciətlərinə baxılmasını, pensiyaçılara pensiya və müavinətlərin ödənilməsini, əmək qabiliyyətini, müvəqqəti itirmiş işçilərə işəgötürənin vəsaiti hesabına ödənilən müavinətlərin hesablanması və ödənilməsini təmin edir. Şöbə hər bir sahibkarın, eləcə də onların işçilərinin, pensiyaçıların fərdi uçot sistemində qeydiyyata alınmasını, onlar barədə məlumatın vahid informasiya bazasına işlənməsini həyata keçirir. Ümumiyyətlə, DSMF-nun Beyləqan rayon Şöbəsinin xidmətindən istifadə edən vətəndaşlar burada gördükləri həssas münasibətdən razılıqlarını bildirirlər. Şöbənin əməkdaşları dövlətin qayğılı münasibətini Beyləqan vətəndaşlarına ötürmək vəzifələrinin öhdəsindən layiqincə gəlirlər.

 

 

Başa çatmaqda olan tədris ilinin uğurlu göstəricilərlə yadda qalacağı gözlənilir

 

Beyləqan rayonunda fəaliyyət göstərən 54 ümumtəhsil məktəbində təhsil alan 12220 şagirdin təlim-tərbiyəsi ilə 1804 müəllim məşğul olur. Şagirdlərin qabiliyyətlərinin inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili üçün 3 məktəbdənkənar müəssisəyə (uşaq şahmat məktəbi, uşaq-gənclər idman məktəbi və uşaq yaradıcılıq mərkəzi) 587 şagird cəlb edilmişdir. Keçən il rayonun ümumtəhsil məktəblərini bitirən məzunlardan 393 nəfəri ali məktəblərə qəbul olmaq üçün sənəd vermiş, onlardan 150-si tələbə adını qazanmışdır. Gənclərdən 14 nəfəri 500-600 arası, 3 nəfəri isə 600-dən çox bal toplamışdır. Gözləniləndir ki, yekunlaşmaqda olan 2013-2014-cü tədris ili də uğurlu göstəricilərlə yadda qalacaqdır.

Ötən tədris ilində şəhər 6 nömrəli Şəfəq, Birinci Şahsevən 2 nömrəli və Qaradağlı kənd tam orta məktəbləri əsaslı, Qarallar, Şərq və Türklər kənd məktəbləri cari təmir edilmişdir. Keçən tədris ilinin əvvəli üçün rayonun təhsil müəssisələrinə 75 adda 18955 nüsxə dərslik və dərs vəsaiti, həmçinin latın qrafikalı əlifba ilə çap olunmuş dünya və Azərbaycan klassiklərinin bədii əsərləri, lüğətlər, müxtəlif ensiklopediyalar verilmişdir. VI siniflərdə dərs deyəcək 512 nəfər fənn müəllimi təlim kurslarına cəlb olunmuş, təhsil müəssisələrinin kadr təminatı üzrə inkişaf proqramına uyğun olaraq 23 nəfər gənc mütəxəssis rayonun müəllim ehtiyacı olan ucqar kənd məktəblərinə təyinatla göndərilmişdir.

Üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələn təcrübəli pedaqoq Tofiq Sadıqovun rəhbərlik etdiyi  Beyləqan Rayon Təhsil Şöbəsi icbari ümumi orta təhsilin həyata keçirilməsinin təmin edilməsi, bu prosesin respublika qanunvericiliyinin tələblərinə uğun təşkil edilməsi üçün Təhsil Nazirliyinin tərtib etdiyi plana uyğun olaraq geniş tədbirlər planı hazırlamış, hər bir məktəbin və məktəbəqədər tərbiyə müəssisəsinin vəzifələri müəyyənləşdirilmişdir. Ərazi nümayəndəlikləri üzrə məktəbyaşlıların siyahıları dəqiqləşdirilmiş, bütün uşaqlar təhsilə cəlb edilmişlər.

 

 

Əhalinin kütləvi tibbi müayinəsi uğurla həyata keçirilmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkəmizin hər yerində olduğu kimi, Beyləqan rayonunda da əhalinin tibbi müayinəsi uğurla həyata keçirilmişdir. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Məmmədovun verdiyi məlumata görə,

rayonda sakinlərin kütləvi müayinəsinin yüksək səviyyədə təşkili üçün ciddi hazırlıq görülmüş, səhiyyə müəssisələrində lazımi şərait yaradılmışdır.

Sakinlər RMX-da, Birinci Şahsevən, Təzəkənd və Dünyamalılar kənd sahə xəstəxanalarında müayinə olunublar. Əsaslı təmirdən çıxmış RMX isə ən müasir tibbi avadanlıq və aparatlarla təchiz edilmişdir. Vətəndaşlar müxtəlif ixtisaslı həkimlərin müayinəsindən, o cümlədən kardioqram, ultrasəs, rentgen, laborator və digər müayinələrdən keçirilib. Bundan əlavə, yüksək ixtisaslı mütəxəssislərdən ibarət 4 həkim briqadası tərəfindən rayonun ucqar kəndlərində də əhalinin tibbi müayinəsini aparmışdır. Xəstəlik aşkar olunmuş şəxslər stasionar və ambulator müalicəyə cəlb olunmuş, bir çox vətəndaş müalicə almaq üçün Bakıya göndərilmişlər.

Rayon əhalisi dövlətimizin başçısının əhalinin sağlamlığının qorunması məqsədi ilə müvafiq tapşırığının yüksək səviyyədə icrasından razılıq edirlər.

Qeyd edək ki, Beyləqan İcra Hakimiyyətinin rəsmi saytındakı məlumata görə, Rayon Mərkəzi Xəstəxanasında 709 (593 nəfər qadın, 116 nəfəri kişi) işçi fəaliyyət göstərir. Bunlardan 98 nəfər həkim, 320 nəfəri orta tibb işçisidir. Həkimlərdən bir nəfəri tibb elmləri namizədi kimi fəaliyyət göstərir.

 Mədəniyyətin və turizmin inkişafına yönəlik qayğılı dövlət siyasəti uğurla həyata keçirilir

 

Nazim Mirzəyevin rəhbərlik etdiyi Beyləqan rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində 1 rayon, 18 kənd mədəniyyət evi, 17 kənd klubu, 1 Gənclər, 1 Mərkəz, 1 rayon, 1 şəhər, 1 uşaq və 35 kənd kitabxana filialı, 1 yeddiillik uşaq musiqi məktəbi, 1 rayon Tarix-Diyarşünaslıq muzeyi, 1 Heydər Əliyev Muzeyi, 3 abidə mühafizəçisi və 1 Mədəniyyət və İstirahət Parkı fəaliyyət göstərir. RİH-nin rəsmi saytında yerləşdirilən məlumata görə, bu mədəni-maarif müəssisələrində 339 işçi çalışır ki, onların da 146 nəfəri ali və orta ixtisas təhsillidir. Şöbənin nəzdində fəaliyyət göstərən mədəni-maarif müəssisələrində 86 bədii özfəaliyyət kollektivi, dərnəyi və birliyi vardır ki, bunların içində 1027 nəfər həvəskar iştirak edir. Rayon Mədəniyyət Evində yaradılmış idman dərnəklərinin üzvləri Azərbaycanı ölkənin hüdudlarından kənarda layiqincə təmsil etmişlər. Rayon ərazisində 10 tarixi abidə qeydə alınmışdır.

Rayonun mədəniyyət işçiləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli-mədəni və mənəvi irsə qayğılı münasibətini yüksək qiymətləndirir, son on il ərzində ölkə başçısı tərəfindən mədəniyyət və turizm inkişafı ilə bağlı imzaladığı 5 Dövlət proqramını və 500-dən çox fərman və sərəncamın əhəmiyyətini vurğulayırlar. Beyləqanın mədəniyyət müəssisələrində də maddi-texniki bazanın yaxşılaşdırılması, milli-mənəvi və mədəni irsin qorunması, təbliği və gələcək nəslə ötürülməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, əhalinin asudə vaxtının səmərəli təşkili diqqət mərkəzində olmuşdur.

İstedadlı gənclərin müəyyən edilməsi, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi Mədəniyyət və Turizm Şöbəsinin diqqət mərkəzində olmuşdur. Bu məqsədlə il ərzində muğam, bədii qiraət, əl işlərindən ibarət müsabiqələr keçirilmiş, qaliblər müə yyən edilərək onların respublika müsabiqələrində iştirakları təmin edilmişdir. Bayram və əlamətdar günlərdə yaddaqalan tədbirlər həyata keçirilmişdir

***

Bütün müşahidələr belə deməyə əsas verir ki, ilin əvvəlindən ötən dövr ərzində respublikanın bir çox rayonları kimi Beyləqan da sürətlə inkişaf etmiş, qarşıya qoyulmuş vəzifələrin böyük əksəriyyəti reallaşdırılmışdır.Dəyərli alim Vaqif müəllimin rəhbərliyi altında  Rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinin miqyası və görülən işlərin bənzərsiziyi rayon sakinləri tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır, qonaqların gözünü oxşayır.Vaqif müəllim cənab prezidentin tövsiyəsini əldə rəhbər tutaraq özini Beyləqanlıların bir nömrəli xidmətçisi sayır və yerli məmurlardanda bunu təleb edir. İnanmağa dəyər ki, yaxın gələcəkdə Beyləqan, onun qəsəbə və kəndləri öz simasını dəyişib daha da yenilənəcək, öz iqtisadiyyatını və büdcəsini tamamilə yerli resurslar hesabına formalaşdıracaqdır.

 

Beyləqan rayonunda Milli Qəhrəman Akif Əkbərovun anım güçü keçirildi.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024