Siyasət (Bu gün, 13:28)
Bu ağılla... bu savadla... Türkiyənin BAŞ NAZİRİ OLUB! - deyir ki...
Türkiyənin keçmiş baş naziri, “Gələcək” Partiyasının sədri Əhməd Davutoğlu türkiyəli jurnalistlərə verdiyi müsahibəsində Azərbaycanın ərazi bütövlüyünə və siyasi quruluşuna yönəlik fikirlər söyləyib.Belə ki, sabiq baş nazir, İraq Kürdüstan Regionunun bayraqlarının olmasını və bu bayraqların Türkiyədə rəsmi görüşlərdə qoyulmasını tənqid edənlərə cavab olaraq bildirib ki, Azərbaycanın Naxçıvan bölgəsinin öz bayrağı var və o, baş nazir olanda Naxçıvanın baş nazirini çağırıb, o da gəlib görüşüb və bu, rəsmi Bakını heç narahat etməyib.
Əvvəla bu cür müqayisə və paralellik aparmaq nə dərəcədə düzgündür? İkincisi, Naxçıvanın özünün ayrıca bayrağı varmı ki, Əhməd Davutoğlu o cür açıqlama verib?
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Əhməd Davutoğlunun Naxçıvan Muxtar Respublikasını İraq Kürdüstan regionu ilə müqayisə etməsi, paralellik aparması yanlışdır. İraq Kürdüstanı regionu formal olaraq İraqın ərazisi hesab olunur. Reallıqda isə özünü müstəqil dövlət kimi aparır, özünə müstəqil dövlətlərdə olduğu kimi atributlar qəbul edib. Məsələn, özünün bayrağı var. Naxçıvan Muxtar Respublikasının ayrıca bayrağı yoxdur. Azərbaycan Konstitusiyası digər regionlarımızda tətbiq olunduğu kimi Naxçıvanda da eyni cür tətbiq olunur. Azərbaycan bayrağından fərqli bir Naxçıvan bayrağı ola bilməz. Əhməd Davutoğlu hansı ayrıca bayraqdan danışır, maraqlıdır. Azərbaycan Respublikasının sahib olduğu bütün dövlət simvolları Naxçıvan Muxtar Respublikasına da aiddir. Hazırda Azərbaycan bayrağı olaraq istifadə edilən üçrəngli bayraq sovet dövrünün sonlarında ilk dəfə 1988-ci ildə Naxçıvanda istifadə edilməyə başlanıb və 1990-cı illərin əvvəlindən rəsmi bayraq olaraq qəbul edilmişdir. Yəni nə əvvəl, nə də Əhməd Davutoğlunun Türkiyə baş naziri olduğu dövrdə Naxçıvanın başqa bayrağı olmayıb".
Siyasi ekspert Aqil Məmmədov isə bildirdi ki, Türkiyənin keçmiş baş naziri Davutoğlu həmin ifadəsi ilə əslində Azərbaycanın ərazi bütövlüyünə və siyasi quruluşuna hörmətsizlik edib: “Əhməd Davutoğlunun bu açıqlamalarında iki məqam var. Birincisi, onun Naxçıvanın idarə olunması və proseslər barədə məlumatlı olmadığını göstərir. Naxçıvan ana yurddan tarixi ədalətsizliklər nəticəsində ayrı düşüb. Heç bir zaman Naxçıvan və naxçıvanlılar ana yurddan ayrı siyasət yürütmək, mərkəzdən uzaqlaşmaq kimi niyyət və istəklərə sahib olmayıblar. Əksinə, 1990-ci ildə ilk dəfə üçrəngli, ay-ulduzlu Azərbaycan bayrağı Naxçıvan Ali Məclisində qaldırılıb və daha sonra bütün ölkə bu bayrağın kölgəsində birləşib”.
Siyasi ekspert vurğuladı ki, bu gün bütün Azərbaycan ərazisində qürurla bir bayraq dalğalanır: “Davutoğlunun ”Naxçıvanın baş nazirini çağırması" barədə iddiası da mövcud faktlara uyğun deyil. Araşdırdım, internetdə Naxçıvan baş naziri təkbaşına xarici rəsmi və ya işgüzar səfər həyata keçirməyib. Bu, məsələnin bir tərəfidir. Digər tərəfi isə ondan ibarətdir ki, Naxçıvan daxil olmaqla Azərbaycanın heç bir regionunun, heç bir dövlət orqanının rəhbərini Bakı istisna olmaqla heç bir paytaxt çağıra bilməz. Müxtəlif tədbirlərə və mərasimlərə dəvət göndərmək olar, lakin həmin dəvətin qəbul edilməsi yalnız Bakının razılığı və icazəsi ilə mümkündür. Dəvət ayrı, çağırmaq ayrıdır. Çağırmaq bir əmr deməkdir və bunu Davutoğlu kimi zəngin təcrübəyə malik siyasi xadim bilir. Rəsmi Bakını deyil, başqa yerlərdən əmr almağa qalxanların sonunun necə olmasını hazırda Bakıda davam edən məhkəmə prosesi göstərir. Türkiyə kimi bir ölkənin xarici işlər naziri və baş naziri olmuş şəxs üçün bu açıqlama nə diplomatik protokola, nə də dövlət etik normalarına uyğundur. Ümid edək ki, Davutoğlu yanlış fikirə düzəliş edəcək".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025

























