Siyasət / Slayd (7-01-2015, 20:33)
Qədim və müasirləşən Beyləqan şəhəri
Hörmətli alimimiz Vaqif Abdullayevin Rayon İcra Hakimiyyətinə başçılıq etməyə başladıqdan sonra keçən müddət ərzində Beyləqanın sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermiş, bir sıra sosial yönümlü obyektlər istifadəyə verilmiş, mühüm infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən yeni yollar çəkilmiş, əhalinin elektrik enerjisi və təbii qazla təminatı yaxşılaşdırılmış, geniş-abadlıq-quruculuq işləri həyata keçirilmişdir. Bütün bunlar rayonun mərkəzi sayılan Beyləqan şəhərinin simasını dəyişməsi ilə müşayiət olunur.
Beyləqan Rayon İcra Hakimiyyətinin Beyləqan şəhər ərazi inzibati vahidi üzrə nümayəndəliyi Azil Aslanovun rəhbərliyi altında öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur.
Ötən aylar ərzində nümayəndəlik tərəfindən, ilk növbədə ev təsərrüfatları uçotu aparılan işlər nəticəsində ərazidə olan ev təsərrüfatlarının dəqiq sayı, yaşayış binaları və fərdi evlərin texniki vəziyyəti, burada yaşayanlar barədə ətraflı məlumatlar toplanmışdır. Bundan əlavə, şəhər ərazisindəki idarə, müəssisə və təşkilatlarla tanışlıq işləri aparılmış, müxtəlif tədbirlər keçirilmişdir. Arxada qalan «2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nda rayon üzrə, o cümlədən Beyləqan şəhəri üzrə müəyyən olunmuş tədbirlər uğurla reallaşdırılmış, bu məqsədlə ayrılan vəsaitdən təyinatı üzrə və səmərəli istifadə olunmuşdur.
Beyləqanın yaxın illərdə dotasiyaya ehtiyacı olmayacağı proqnoz edilir
Rayonda dövlətin maliyyə siyasəti dürüst həyata keçirilir, büdcə vəsaitlərinin proqnozlaşdırılması və icrasının, yerli xərclərin tərtibinin və xəzinə əməliyyatlarının düzgünlüyü təmin olunur. Rayon Maliyyə İdarəsinin rəisi maliyyə mütəxəssisi Oqtay Hacıyevin rəhbərliyi ilə maliyyə nəzarətini həyata keçirən mütəxəssislər yerlərdə büdcə uçotunun təlimata uyğun aparılması sahəsində mühasiblərlə maarifləndirmə işləri aparılar. İdarə, müəssisə və təşkilatlar maliyyə intizamına riayət edir, israfçılığa yol verilməməsi üçün Maliyyə İdarəsindən aldıqları tövsiyələrə əməl edirlər.Oqtay müəllim nikbinliklə proqnoz edir ki, yaxın illərdə Beyləqan rayonunun inkişafı o səviyyəyə çatacaq ki, rayon dotasiyadan imtina edəcək, yerli xərclər elə yerli gəlirlər hesabına maliyyələşəcək.
Əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımkar atılır
Rayon İcra Hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə hər cür, xüsusilə səhiyyə xidmətinin göstərilməsini daim diqqət mərkəzində saxlayır. Onların pulsuz dərman ləvazimatı ilə təmin olunmasına ciddi nəzarət edir.
Anar Vəliyevin rəhbərlik etdiyi Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon Şöbəsində proqnoz tapşırıqlara vaxtında əməl olunmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin «Dövlətimizin siyasəti-iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, ilk növbədə sosial problemləri həll etməkdən ibarətdir» - sözlərini deviz götürən Şöbənin kollektivi vətəndaşların müraciətlərinə çox həssas yanaşır, onları maraqlandıran məsələlərlə pensiyanın yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, stajla bağlı, digər məsələlərlə bağlı sorğularını cavablandırır, həllinə nail olurlar. DSMF-nun səlahiyyətlərinə aid olmayan müraciətlər edən vətəndaşlara isə hüquqi və digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq orqanlara göndərilir.
Onu da qeyd edək ki, DSMF Beyləqan rayon Şöbəsi xidmət etdiyi sığorta ödəyicisi və pensiyaçıları arasında həm də maarifləndirmə işi aparır.
DSMF Beyləqan rayon şöbəsi tərəfindən iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay-mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər DSMF rayon Şöbəsində yaradılmış «Yardım masası»nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim edirlər.
ƏSMM işini günün tələbləri səviyyəsində qurur.
2014-cü ilin ötən ayrlaı ərzində əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsini gücləndirmək istiqamətində Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının hökumət qərarlarının yerinə yetirilməsi sahəsində Beyləqan rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tələb olunan qədər işlər görmüşdür.Beyləqan Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi sosial müavinətlərin, uşağın doğulmasına görə birdəfəlik müavinətlərin, Çernobıl əlillərinə, Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş və sosial ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətləri, dəfn üçün müavinətlər, şəhid ailələrinə, müharibə əlillərinə, Prezident təqaüdünün təyinatı və ödənilməsi vaxtlı-vaxtında həyata keçirilir. Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin əhaliyə vaxtında çatdırılması, sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi gündəlik nəzarətdə saxlanılan məsələlərdən olmuşdur
Mədəniyyətin və turizmin inkişafına yönəlik qayğılı dövlət siyasəti uğurla həyata keçirilir
Nazim Mirzəyevin rəhbərlik etdiyi Beyləqan rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində 1 rayon, 18 kənd mədəniyyət evi, 17 kənd klubu, 1 Gənclər, 1 Mərkəz, 1 rayon, 1 şəhər, 1 uşaq və 35 kənd kitabxana filialı, 1 yeddiillik uşaq musiqi məktəbi, 1 rayon Tarix-Diyarşünaslıq muzeyi, 1 Heydər Əliyev Muzeyi, 3 abidə mühafizəçisi və 1 Mədəniyyət və İstirahət Parkı fəaliyyət göstərir. RİH-nin rəsmi saytında yerləşdirilən məlumata görə, bu mədəni-maarif müəssisələrində 339 işçi çalışır ki, onların da 146 nəfəri ali və orta ixtisas təhsillidir. Şöbənin nəzdində fəaliyyət göstərən mədəni-maarif müəssisələrində 86 bədii özfəaliyyət kollektivi, dərnəyi və birliyi vardır ki, bunların içində 1027 nəfər həvəskar iştirak edir. Rayon Mədəniyyət Evində yaradılmış idman dərnəklərinin üzvləri Azərbaycanı ölkənin hüdudlarından kənarda layiqincə təmsil etmişlər. Rayon ərazisində 10 tarixi abidə qeydə alınmışdır.
Rayonun mədəniyyət işçiləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli-mədəni və mənəvi irsə qayğılı münasibətini yüksək qiymətləndirir, son on il ərzində ölkə başçısı tərəfindən mədəniyyət və turizm inkişafı ilə bağlı imzaladığı 5 Dövlət proqramını və 500-dən çox fərman və sərəncamın əhəmiyyətini vurğulayırlar. Beyləqanın mədəniyyət müəssisələrində də maddi-texniki bazanın yaxşılaşdırılması, milli-mənəvi və mədəni irsin qorunması, təbliği və gələcək nəslə ötürülməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, əhalinin asudə vaxtının səmərəli təşkili diqqət mərkəzində olmuşdur.
İstedadlı gənclərin müəyyən edilməsi, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi Mədəniyyət və Turizm Şöbəsinin diqqət mərkəzində olmuşdur. Bu məqsədlə il ərzində muğam, bədii qiraət, əl işlərindən ibarət müsabiqələr keçirilmiş, qaliblər müə yyən edilərək onların respublika müsabiqələrində iştirakları təmin edilmişdir. Bayram və əlamətdar günlərdə yaddaqalan tədbirlər həyata keçirilmişdir
***
Bütün müşahidələr belə deməyə əsas verir ki, ilin əvvəlindən ötən dövr ərzində respublikanın bir çox rayonları kimi Beyləqan da sürətlə inkişaf etmiş, qarşıya qoyulmuş vəzifələrin böyük əksəriyyəti reallaşdırılmışdır.Dəyərli alim Vaqif müəllimin rəhbərliyi altında Rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinin miqyası və görülən işlərin bənzərsiziyi rayon sakinləri tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır, qonaqların gözünü oxşayır.Vaqif müəllim cənab prezidentin tövsiyəsini əldə rəhbər tutaraq özini Beyləqanlıların bir nömrəli xidmətçisi sayır və yerli məmurlardanda bunu təleb edir. İnanmağa dəyər ki, yaxın gələcəkdə Beyləqan, onun qəsəbə və kəndləri öz simasını dəyişib daha da yenilənəcək, öz iqtisadiyyatını və büdcəsini tamamilə yerli resurslar hesabına formalaşdıracaqdır.