Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (29-08-2015, 11:24)
"Azərbaycanın “qara siyahısına” düşməkdən narahat deyiləm"

"Azərbaycanın “qara siyahısına” düşməkdən narahat deyiləm"

Azərbaycanın çörəyini yemiş italyan dirijor qanunlarımızı kobudcasına pozmağa hazırlaşır.

Son vaxtlar Azərbaycanın etirazlarına baxmayaraq işğal altında olan Dağlıq Qarabağa qeyri-qanuni səfərlərin sayı artıb. İndi isə tanınmış italiyan dirijor Canluka Marçiano Qarabağa səfər etməyə hazırlaşır. 

Anspress-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, maestro Dağlıq Qarabağ qondarma Respublikasının "prezidenti" Bako Saakyanın həyat yoldaşının dəvəti ilə gələcək. Marçianonun Xankəndi şəhərinə səfəri sentyabrın 1-nə planlaşdırlır. 

Canluka Marçiano səfər çərçivəsində Cüzeppe Verdinin "Requem" əsərinin Qarabağ premyerasını keçirəcək. 

Marçiano bilidirib ki, Dağlıq Qarabağa səfər etdiyi üçün Azərbaycanın "qara siyahısına" düşməkdən narahat deyil.

"1 sentyabrda keçiriləcək mədəniyyət layihəsi çərçivəsində sülhə dəstəyin bir hissəsi olmaqdan məmnunam. Siyasi məsələlər məni yolumdan saxlaya bilməz. Bu sərhədləri aşmaqla sülh üçün yaşamaq adı altında keçirilən bir mədəniyyət layihəsidir və heç bir sənətçinin buna oxşar tədbirlərdən geri qalmaq istədiyinin düşünmürəm", - deyə Canluk Marçiano bildirib. 

Bu səfər Canluka Marçianonun ermənilərlə ilk işbirliyi deyil. 24 apreldə 100 illiyi keçirilən "erməni soyqrımı" üçün təşkil edilən mərasimdə iştirak edən 4 drijordan biri də Canluka Marçiano olub.

Xatırladaq ki, Canluka Marçiano 2012-ci il sentyabrın 18-də dahi Üzeyir Hacıbəylinin anısına keçirilən IV Beynəlxalq musiqi festivalı və 2015-ci il mayın 17-də keçirilən VIII Beynəlxalq Mstislav Rastropoviç festivalında iştirak etmək üçün Bakıda olub. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024