Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (13-07-2015, 09:38)
Böyük təhlükə: Qarabağda rus anklavı?

 

bitmap-img6

 

Dağlıq Qarabağa rusların böyük köçünün stimullaşdırılması ciddi təhdid yaradır; rusların yaşadığı ərazi avtomatik şəkildə Moskvanın maraq dairəsində olacaq - Krım, Luqansk, Donetsk, Abxaziya, Dnestryanı kimi...

Qarabağa qanunsuz səfər və Qarabağdan qanunsuz səfər (separatçı Bako Saakyanın London səfəri-E.P.) mövzusunda indiyədək çox yazılar yazılıb.
Rəsmi Bakı hər iki qanunsuzluğa hər dəfə etirazını bildirməklə yanaşı, özünün “qara siyahısı”na yeni adlar əlavə edib. Hazırda  işğal edilmiş Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin “qara siyahı”sında 472 nəfərin adı var. Ancaq bununla nə dəyişir ki?.. 
Ən pisi və təhlükəlisi budur ki, artıq əcnəbilər Qarabağa turistik səfər edib geri dönməyə yox, burada qalmağa, bu ərazilərdə yaşamağa gəlirlər. Artıq ermənilər torpaqlarımıza... rusların köçünü (!) stimullaşdırmağa başlayıb. Rusiyanın keçmiş milyarderi German Sterliqovun arvad-uşağını götürüb Şuşaya köçməsi sadə məsələ deyil. 
Məsələ burasındadır ki, macəraçı rus tək deyil. Rusiyanın məşhur opera ifaçısı Lyubov Kazarnovskaya Qarabağa gedib, üstəlik onun işğal altındakı ərazilərimizdə fəaliyyət göstərən musiqi kollecində “ustad dərsləri” verir. Rusiyadakı səfirimiz Polad Bülbüloğlu “Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə qanunsuz səfər etməklə Rusiya opera ifaçısı Lyubov Kazarnovskaya bütün mövcud beynəlxalq normaları pozub” dedi, XİN “qara siyahı”sını təzələdi, müzakirə bitdi...
Rus fermer Qarabağın fermer təsərrüfatı üçün ideal yer olduğunu dedi, Şuşaya çatan kimi separatçı rejim onun arvadına toxuculuq sexində iş verdi, uşaqları məktəbə yazıldı. Eyni zamanda ifaçı Kazarnovskaya erməni jurnalistə müsahibəsində “insanlar Qarabağa gəlməkdən qorxmamalıdırlar” söylədi. Təsadüfən işlədilən ifadə deyil, Qarabağa rusların böyük köçünün stimullaşdırılmasına hesablanmış çağırışdır. Özü də təkcə rusların deyil...
Rusların yaşadığı ərazi avtomatik şəkildə Moskvanın maraq dairəsində olacaq, Krım, Luqansk, Donesk, Abxaziya, Dnestryanı kimi...
Rusiya dərhal rus əhaliyə təhlükə adı altında hərbi müdaxilə rıçağını işə salır. Bu gün Azərbaycanın əsas arqumenti budur ki, Rusiya separatçılara qarşı hərbi əməliyyatlara müdaxilə etməz. Ancaq Qarabağda rus əhali yaşasa - qanunsuz da olsa - Rusiya dövləti prinsiplərinə sadiq qalıb onları müdafiə adı altında hərəkətə keçəcək. Günün birində “rus sülhməramlıları”nın Şuşada yerləşdirilməsi də açıq şəkildə masaya qoyula bilər. Kəsəsi, üfüqdə Dağlıq Qarabağda rus anklavının yaradılması ideyası olduğunu iddia etmək üçün xeyli əsaslar var.
Təqribən bir ay əvvəlki azərbaycanlı milyarderləri Qarabağa yatırım qoymağa çağırmışdım. Bizim Rusiyadakı milyarderdən reaksiya olmadı təbii ki. Ancaq Sterliqov qəfildən mal-mülkün satıb Şuşaya köçdü...İndi Qarabağda eşşək belində gəzib şəkil çəkdirir. Su dəyirmanını satın alıb un üyüdəcəyi, dağlarda ferma açıb Qarabağ cinsindən olan qoyun yetişdirəcəyi haqda planlarının olduğunu deyib. İyulun 13-də jurnalistləri başına yığıb köç səbəbindən danışacaq. Hər şeyi açıq danışmayacaq, bəllidir. Necə ki, vəkilləri onun “nüfuzlu dostlarının tövsiyəsi” ilə və Qarabağ köçdüyünü deyiblər. Kimdir nüfuzlu dostları, erməni lobbisimi, rus hakimiyyətində olanlarmı, bəlkə hakimiyyət ideoloqu Duqinin planıdır?
Sterliqov Qarabağa köçmək təklifini İrəvanda “soyqırımın” 100 illiyindəki tədbirdə alıbmış. Şuşadan ABŞ Konqresinin Qarabağa maliyyə yardımı ayırmasına etiraz edir. Rusiya qoxusu var bu münasibətdə. Deməli, onu Şuşaya aparan plan da əslində Kremldə qurulub. Özü də Ermənistanda anti-rus dalğasının başlandığı, İrəvanda Qarabağ klanına qarşı etirazların artdığı dövrə təsadüf edir keçmiş milyarder və opera ifaçısının Qarabağa köçü. Təsadüfdürmü?
“Axmaq” adlandırılan bu fermer “Qarabağ Rusiya üçün tamamilə təmiz və ucuz ərzaq mənbəyidir. Burada müxtəlif meyvə və tərəvəz yetişir, onları emal edib Rusiyaya daşımaq lazımdır”, -deməklə sizcə sayıqlayırmı? Əlbəttə yox. Rusiya Qarabağda daha çox kök salmaq istəyir, öz vətəndaşlarının əli ilə. Vaxtilə Bin Ladeni qova-qova haralara aparıb çıxartmadı Qərb, hədəflərini bombalamaq, dövlətləri sıradan çıxartmaq, bayrağını sancmaq üçün. Sterliqov layihəsi də bunun bənzəri ola bilər. Rəsmi Bakı ehtiyatlı da olsa, Moskvadan bu məsələyə aydınlıq istəməlidir. 
Bu gün Şuşada Rusiyanın daha bir vətəndaşı da var: Dilqəm Əsgərov. 1 il əvvəl Kəlbəcərə, ata yurduna ziyarətə gedən Dilqəm və Şahbaz Quliyev rus fermer kimi Qarabağın səfasını dada bilmir, Şuşa türməsində cəza çəkir. Ermənilər Rusiyanın bir vətəndaşını girov götürüb, digərlərinə isə meydan verib.(musavat.com)
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024