Təhsil (26-09-2019, 09:06)
BSU-da Bolqarıstanın nümayəndə heyəti ilə görüş keçirilib
Sentyabrın 25-də Bolqarıstan Respublikasının Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin rektoru Xristo İliev Bondjolov, beynəlxalq əlaqələr üzrə prorektor Dimitar Dimitrov Yordanov, tədris işləri üzrə prorektor Simeonov Dimitar Trifonov, Bədən tərbiyəsi və idman kafedrasının müdiri Stefanov Svetoslav Stefanov, Filologiya fakültəsinin dekan müavini Vlad Vladimir Nikolaev Bakı Slavyan Universitetində (BSU) qonaq olublar.
Qonaqları qəbul edən BSU-nun rektoru, professor Nurlana Əliyeva Bolqarıstanla Azərbaycan arasında dostluq münasibətlərinin tarixindən, Prezident İlham Əliyevin Bolqarıstan Respublikası ilə əlaqələrin genişləndirilməsi sahəsində gördüyü işlərdən danışıb. N.Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Bolqarıstanın ayrı-ayrı şəhərlərində həyata keçirilən mədəni quruculuq işləri barədə məlumat verib. Rektor Bakı Slavyan Universiteti ilə Bolqarıstanın ali məktəbləri arasındakı əlaqələrdən, Bolqarıstan Respublikasının birinci vitse-prezidentlərinin BSU-da olmalarından və BSU nümayəndə heyətinin Bolqarıstana səfərindən danışıb. N.Əliyeva Bolqarıstanın Birinci vitse-prezidenti İliyana Yotovanın BSU ilə Bolqarıstan ali məktəblərinin qarışılıqlı münasibətlərində xoş məramlı səfir kimi hər zaman dəstək verməyə hazır olduğunu dilə gərtirib. İliyana Yotovanın Prezident İlham Əliyevlə görüşü zamanı da bu fikri səsləndirməsini müsbət hal kimi dəyərləndirib.
Sonra rektor N.Əliyeva BSU-nun yaranma tarixindən, universitetin beynəlxalq elmi əlaqələri və digər məsələlərdən söz açıb. Rektor bu gün rusistikanın Qafqaz regionunda ən yaxşı ənənələrini qoruyub saxlamağa və inkişaf etdirməyə qadir olan Bakı Slavyan Universitetində müxtəlif ölkələrin mədəniyyətini, dilini, tarixini, etnoqrafiyasını, ədəbiyyatını və s. öyrənən on bir mərkəz fəaliyyət göstərdiyini deyib. Qeyd edib ki, həmin mərkəzlərdə müvafiq olaraq dövlət başçıları, səfirlər, tanınmış ictimai və siyasi xadimlərlə azərbaycanlı gənclər arasında görüş keçirilir, həmçinin müxtəlif beynəlxalq layihələr hesabına nüfuzlu əcnəbi alim və professorlar BSU-ya dəvət olunur, onların tələbələrimiz qarşısında mühazirələri təşkil edilir.
Azərbaycan dövlətinin təhsilə qayğısını yüksək qiymətləndirən Veliko Tırnovo Universitetinin rektoru Xristo İliev Bondjolov rəhbəri olduğu
universitetlə BSU arasındakı əməkdaşlığın Azərbaycan və Bolqarıstan ali məktəbləri arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıb. X.İ.Bondjolov BSU-da bolqar dilinin və ədəbiyyatının öyrənilməsindən məmnun qaldığını qeyd edib. O, Azərbaycan xalqının tolerant, multikultural dəyərlərə xüsusi önəm verən bir xalq olduğunu deyib. X.İ. Bondjolov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya Bolqarıstanda Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı və Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin fəxri doktoru diplomlarının təqdim olunmasından, Mehriban Əliyevanın Veliko Tırnovo şəhərinin mədəni irsinin qorunmasındakı xidmətlərindən söz açıb.
Sonra qonaqlar BSU-da fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, universitetin muzeyi, kitabxana ilə yaxından tanış olublar. Bunun ardından qonaqlar BSU-nun Bolqar dili Tədris və Mədəniyyəti Mərkəzində bolqarşünaslıq üzrə təhsil alan tələbələrlə görüşüblər. Tələbələrin bolqar dilində səlis danışığını rektor Xristo İliev Bondjolov tərəfindən yüksək qiymətləndirib, mərkəzin kitabxanasına bolqar dilində kitablar bağışlayıb.
Görüşdən sonra professor-müəllim heyətinin iştirakı ilə BSU və Veliko Tırnovo Universiteti arasında Erasmus+ proqramı çərçivəsində əməkdaşlığa dair müqavilə imzalanıb. Sonda əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, bir sıra təkliflər dəyərləndirilib.
BSU-nun Mətbuat Xidməti

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024