Təhsil (15-03-2019, 12:49)
Rusiyanın tanınmış siyasətçisi BSU tələbələri qarşısında mühazirə oxuyub

R.Novruzov universitetin Rusiya Fedarasiyasının ali məktəbləri ilə əlaqələrindən, tələbə-müəllim mübadilələrindən, BSU-da rus dili və ədəbiyyatının tədrisindən, universitetdə fəaliyyət göstərən Rusiya Mədəniyyət Mərkəzininn həyata keçirdiyi tədbirlərdən danışıb. O, Bakı Slavyan Universitetində multikultural dəyərlərə xüsusi önəm verildiyini, tələbələrin humanist, insanpərvərlik ruhunda tərbiyə edilməsinin universitetin müəllim-professor heyətinin başlıca məqsədi olduğunu vurğulayıb. R.Novruzov hazırda BSU-da bir çox ölkələrdən gəlmiş tələbələrin rus dilini və rus ədəbiyyatını öyrəndiyini bildirib. Prorektor daha sonra Gennadi Eduardoviç Burbulisin həyat və fəaliyyəti haqqında tələbələrə ətraflı məlumat verib və onun müasir dövrün tanınmış ideoloqlarlndan biri olduğunu diqqətə çatdırıb.
Universitetin konfrans zalında tələbələr qarşısında çıxış edən Gennadi Eduardoviç Burbulis ölkələrimiz arasında mehriban dostluq və qonşuluq münasibətlərinin bərqərar olmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb və bu gün həmin siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. O, BSU-da bütün slavyan dünyasının təmsil olunmasının Azərbaycanın Avropaya inteqrasiya prosesində ciddi əhəmiyyət kəsb etdiyini və qazanılan uğurlarda bunun xüsusi payı olduğunu dilə gətirib. Qonaq Azərbaycan Respublikasının hazırda Qafqaz və Orta Asiya regionları ilə əlaqələrin siyasi və iqtisadi mərkəzinə çevrilməkdə olduğunu da qeyd edib. G.E.Burbulis elm və texnologiyanın hazırkı inkişaf mərhələsində hər bir insanın planetimiz üçün narahatlıq keçirməyə borclu olduğunu söyləyib. Bu məsələdə o, tələbələrin də üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib.
G.Burbulis tələbələrlə canlı dialoqa girmək yolu ilə onların beynəlxalq aləmdə baş verən hadisələrə münasibətini öyrənməyə çalışıb.
Qonaq görüşün sonunda BSU-nun tələbələrinin suallarına cavab verib və dövlətçilik məsələləri ilə bağlı xatirələrini onlarla bölüşüb.
BSU-nun Mətbuat Xidməti

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025