Təhsil (16-03-2019, 16:03)
BSU-nun Bolqarıstanla əlaqələri genişlənir

Kliment Oxridski adına Sofiya Universitetinin rektoru, professor Anastas Gerdjikov səmimi qəbula görə universitet rektoruna minnətdarlığını bildirib və Azərbaycanı, Azərbaycan xalqını yaxşı tanıdığını, onun adət-ənənələrinə kifayət qədər bələd olduğunu qeyd edib. A.Gerdjikov Azərbaycanın dünya multikulturalizminin əsas ocaqlarından biri olduğunu, VII Beynəlxalq Forumun da xalqlar, ölkələr arasında münasibətlərin yaxınlaşmasına xidmət etdiyini nəzərə çatdırıb.
Sonra qonaqlar BSU-da fəaliyyət göstərən Bolqar tədris-mədəniyyət mərkəzinə baş çəkiblər. Mərkəzin mütəxəssisi Leyla Ocaqverdiyeva mərkəzin fəaliyyəti, planları barədə qonaqlara ətraflı məlumat verib və Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin 3-cü kurs, Tərcümə fakültəsinin 4-cü kurs tələbələri bolqar ədəbiyyatından poetik nümunələr səsləndiriblər. Qonaqlar mərkəzə bolqar dilində yeni nəşr olunmuş kitablar hədiyyə ediblər. Sofiya Universitetinin rektoru A.Gerdjikov mərkəzdəki xatirə kitabına universitet barədə təəssüratlarını yazıb.
Görüşdə universitetin beynəlxalaq əlaqələr üzrə prorektoru, professor S.Qafarova, tədris işləri üzrə prorektor, professor T.Cəfərov, elmi işlər üzrə prorektor, professor R.Novruzov, beynəlxalq əlaqələr şöbəsinin müdiri Nərmin Quliyeva iştirak ediblər

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025