Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (7-11-2018, 10:55)
Çexiyanın dövlət rəsmiləri BSU-da olub

 Noyabrın 6-da Çexiya Respublikasının təhsil, gənclər və idman nazirinin müavini Dana Prudikova, Nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Ladislav Banovets, Çexiyanın Azərbaycandaki səfiri Milan Ekert, səfirin müavini Daniel Putik Bakı Slavyan Universitetində olublar. Qonaqları universitetin rektoru, professor Nurlana Əliyeva qarşılayaraq onlara BSU-nun yaranma tarixi, keçdiyi inkişaf yolu, beynəlxalq əlaqələri və tədris prosesi barədə ətraflı məlumat verib. N.Əliyeva həmçinin Azərbaycan Respublikası ilə Çexiya arasında bütün zamanlarda sıx dostluq əlaqələnin olduğunu bildirib. Rektor bu münasibətlərin çoxtərəfli olduğunu, elm və təhsil, mədəniyyət və s. sahələri də əhatə etdiyini vurğulayıb. N.Əliyeva Azərbaycan Respublikasının multikultural bir dövlət olduğunu, bütün xalqlara və mədəniyyətlərə burada böyük hörmət və ehtiramla yanaşıldığını diqqətə çatdırıb. Rektor bu günlərdə başa çatan VI Bakı Beynəlxalq Humanitar Forumunun Azərbaycanın müasir demokratik və multikultural dəyərlərə sadiq qaldığını bir daha nümayiş etdirdiyini deyib. N.Əliyeva bu prinsiplərin bünövrəsinin Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və ölkə başçısı İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini qeyd edib.
Rektor daha sonra BSU-nun Çexiya Respublikasının bir sıra universitetləri ilə sıx əlaqələrinin olduğunu bildirib. O, Praqada yerləşən Karlov Universitetində Azərbaycan Mərkəzinin fəaliyyət göstərdiyini qeyd edib. Daha sonra rektor Ostrava Univeisteti ilə BSU-nun çoxillik əlaqələrinin tarixinə toxunub. O, qeyd edib adıçəkilən ali məktəblə müqavilə ilk mərhələdə bir fakültə çərçivəsində olubsa, bu gün universitetlərarası əməkdaşlıq səviyyəsinə yüksəlib. N.Əliyeva BSU-da Çexiya Mərkəzinin fəaliyyət göstərdiyini, həmin mərkəzdə Çexiyanın tarixinə, ədəbiyyatına, mədəniyyətinə, etnoqrafiyasına aid materialların toplandığını, burada Çexiya ilə bağlı tədqiqatlar aparıldığını deyib. Bundan əlavə, N.Əliyeva BSU ilə Ostrava Universiteti arasında tələbə-müəllim mübadiləsinin keçirildiyini bildirib. N.Əliyeva Çexiya Respublikasının digər universutetlərində
də Azərbaycan Mərkəzinin açılmasının vacibliyini vurğulayıb və bunun ölkələrarası münasibətlərdə müsbət rol oynayacağını bildirib.
Çexiya Respublikasının təhsil nazirinin müavini öz növbəsində səmimi qəbula görə universitet rəhbərliyinə minnətdarlığını bildirb və gələcəkdə əlaqələrin daha da genişlənəcəyinə ümidvar olduğunu deyib. O, Azərbaycan Respublikasının regionun sürətlə inkişaf edən ölkəsi olduğunu, Bakının dünyanın inkişaf etmiş şəhərləri sırasında dayandığını bildirib. Nazir müavini çex dilinin dünyada yayılmasında maraqlı olduğunu qeyd etməklə bərabər, Azərbaycan dilinin də çex univesitetlərində mənimsənilməsinə dəstək verəcəyini vurğulayıb.
Sonra qonaqlar BSU-da fəaliyyət göstərən Çexiya Mərkəzinə olublar. Professor Elçin Mehrəliyev, mərkəzin müdiri Qəmbər Qəmbərov mərkəzdə görülən işlər barədə qonaqlara məlumat verib. Sonra çex dilini öyrənən tələbələr qonaqlar qarşısında çıxış ediblər.
BSU-nun Mətbuat Xidmətini
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024