Təhsil (21-09-2019, 07:27)
BSU-da İnklüziv Təhsil Festivalı çərçivəsində tədbir keçirilib
Sentyabrın 20-də Bakı Slavyan Universitetində (BSU) UNİCEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi tərəfindən inkluziv təhsil sahəsində icra edilən layihələr çərçivəsində tədbir keçirilib.
Tədbirin əvvəlində çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva bildirib ki, Azərbaycan ictimai şüurunda əbədilik qazanan və milli simalarımıza çevrilən böyük maarifpərvərlərimiz təhsilin inkişafını hələ əsrlər əvvəl Azərbaycan ictimaiyyətinin ən aktual məsələsinə çeviriblər. Böyük şəxsiyyətlərin cəmiyyətimizin savadlanması, Azərbaycanda maarifçilik ənənələrinin təşəkkül tapması uğrunda göstərdikləri fədakarlıqlardan danışan N.Əliyeva deyib: “Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük əzmlə həyata keçirilən strateji inkişaf kursunun uğurları sayəsində milli təhsil ənənələrimiz daha da möhkəmlənir. Xüsusi təhsil sahəsində köklü islahatların aparılması, əlilliyi olan uşaqların təhsilə cəlb olunması, onların ümumtəhsil məktəblərində inklüziv təhsilə cəlb edilməsi bunun bariz nümunəsidir”. Rektor Nurlana Əliyeva BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına daxil olan müddəalardan söz açaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə uşaq hüquqlarının müdafiəsi, uşaqların normal formalaşması, sağlam böyüməsi məqsədilə dövlət proqramının müəyyənləşdirilməsini yüksək qiymətləndirib. O bildirib ki, hər bir dövlət proqramı uşaqların hüquq və maraqlarının müdafiəsinə, uşaqların fiziki, əqli, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunmasına yönəlib. Bu sahədə aparılan işlərdən danışan N.Əliyeva Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətini xüsusi olaraq vurğulayıb, Heydər Əliyev Fondu tərəfindən uşaqların təhsili, sağlamlığı ilə bağlı iri layihələrə imza atıldığını diqqətə çatdırıb.
Sonra BSU-nun İbtidai təhsil kafedrasının müdiri, dosent Aytəkin Axundova tədbirin mahiyyəti barədə məlumat verib. O bildirib ki, 2019-cu ilin sentyabr ayı ərzində UNİCEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) tərəfindən İnklüziv Təhsil Festivalının keçirilməsi nəzərdə tutulub. Onun sözlərinə görə, Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilən inklüziv təhsil layihələri Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dəstəklənir. A.Axundova deyib ki, layihə çərçivəsində nəzərdə tutulan əsas məsələlərdən biri də tələbələr arasında inklüziv təhsilin vacibliyinin təşviq edilməsidir. Bu məqsədlə Azərbaycanın ali təhsil müəssisələrində əllilliyi olan gənclər tərəfindən motivasiya yönümlü çıxışlar təşkil olunur.
UNİCEF-in İnklüziv Təhsil Proqramının milli məsləhətçisi Nigar Nəsrullayeva qeyd edib ki, tədbirin keçirilməsində əsas məqsəd inklüziv təhsilin vacibliyini
vurğulamaq, həmçinin əlilliyi olan və olmayan uşaqların bu mühitdən bərabər şəkildə bəhrələnməsi istiqamətində maarifləndirmənin artırılmasıdır. N.Nəsrullayeva deyib ki, əlilliyi olan uşaqlar digər həmyaşıdları ilə birlikdə böyüdükdə və təlim prosesində birgə iştirak etdikdə, onlar bir-birinə qarşı anlaşma və hörmət hissini özlərində inkişaf etdirirlər. Cəmiyyətimizdə bu mövzu ilə əlaqədar ayrı-seçkiliyin aradan qaldırılması məqsədilə layihələrin icrasında əlilliyi olan uşaq və gənclərimizin uğur hekayələri özləri tərəfindən ictimaiyyətə çatdırılır.
Tədbirdə çıxış edən UNİCEF-in əməkdaşı, əlilliyi olan gənc Elman Süleymanov öz həyat hekayəsini iştirakçılarla bölüşüb, inklüziv təhsildən yararlanmanın onun həyatında müsbət rol oynadığından danışıb. O, cəmiyyətdə əlilliyi olan şəxslərə qarşı tolerant yanaşmanın formalaşmasını məhz inklüziv təhsil mühitindən başlaması ilə əlaqələndirib. E.Süleymanov əlilliyi olan gənclərin həyatda uğurunun əsas faktorlarından biri kimi ailədən gələn mənəvi dəstəyi də qeyd edib, tələbələri maraqlandıran suallar cavablandırıb.
Regional İnkişaf İctimai Birliyinin inklüziv təhsil üzrə mütəxəssisi Fərid Sleymanov çıxışında Heydər Əliyev Fondunun fiziki qüsurlu uşaqların və gənclərin həm səhiyyə, həm də təhsil probleminə xüsusi diqqət yetirməsindən söz açıb. O bildirib ki, Fondun əsas məqsədlərindən biri xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək, onların sağlamlığını mühafizə etmək, sosial problemlərini həll etməkdir.
BSU-nun Mətbuat Xidməti

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024