Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (10-05-2019, 16:10)
BSU-da “Heydər Əliyevin psixoloji portreti" adlı tədbir keçirilib

Mayın 10-da Bakı Slavyan Universitetində (BSU) universitet üzrə Yeni Azərbaycan Partiyası (YAP) və Pedaqoji fakültənin Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyevin psixoloji portreti" adlı tədbir keçirilib.
Tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səslənidirilib, Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan YAP-ın BSU üzrə sədri, Pedaqogika və psixologiya kafedrasının müdiri Sevinc Axundova “Heydər Əliyev və Azərbaycan quruculuğu” adlı məruzə ilə çıxış edib. O, Ulu Öndər Heydər Əliyevin siyasi portretində birləşən ali dəyərləri sadalayıb, onun Azərbaycan tarixinin keşməkeşli məqamlarında müstəqillik uğrunda yeritdiyi siyasətindən söz açıb. S.Axundova məruzəsində qısa vaxt ərzində xalq arasında Ümummilli Lider Heydər Əliyevin qətiyyətli dövlət siyasəti nəticəsində yaranan ruh yüksəkliyindən, milli dəyərlərin qorunub saxlanması uğrunda mübarizə əzmindən danışıb.
Sonra YAP-a yeni üzv olan BSU əməkdaşlarına üzvlüklə bağlı vəsiqələr təqdim olunub.
Təqdimatın ardından Diplomatiya və xarici siyasət kafedrasının müəllimi Oqtay Sadıqzadənin “Heydər Əliyevin daxili və xarici siyasəti” mövzusunda məruzəsi dinlənilib. O.Sadıqzadə çıxışında Ulu Öndərin neft və enerji siyasəti, onun YAP sıralarında apardığı kadr islahatı, elmin və incəsənətin Azərbaycanda inkişafı istiqamətində gördüyü işlərdən ətraflı bəhs edib.
BSU üzrə YAP Gənclər Birliyinin (GB) fəal nümayəndəsi Ayxan Əzizov “Heydər Əliyev – gənclərin himayədarı, uşaqların dostu” adlı məruzəsində siyasi lider Heydər Əliyevin Azərbaycan gənclərinə qayğısı, onun ölkəmizdə həyata keçirdiyi gənclər siyasəti, təhsil istqamətində apardığı islahatalar, Prezident İlham Əliyevin Heydər Əliyevin siyasi kursunun davamçısı kimi Azərbaycan gənclərinə qayğısı barədə ətraflı söz açıb.
Pedaqogika və psixologiya kafedrasının müəllimi Aygün Əliyeva “Heydər Əliyevin sözlə demədikləri” adlı məruzəsində verbal və qeyri-verbal nitqin siyasətdə rolundan danışıb. A.Əliyeva məruzəsində Ulu Öndərin xarici və daxili siyasətdə, o cümlədən xalqla ünsiyyətdə olarkən istifadə etdiyi jestlərin özünəməxsusluğundan söz açıb. O, Heydər Əliyev və dünya ölkələrinin prezindetlərinin çıxışlarını müqayisə edərək əsl siyasi xadim kimi Ulu Öndərin istifadə etdiyi jestlərin yerli yerində olmasını yüksək dəyərləndirib.
Sonra Pedaqogika və psixologiya kafedrasının müəllimi Nisə Abdullayeva “Heydər Əliyev ailə başçısı olaraq” adlı məruzəsi ilə çıxış edib. N.Abdullayeva Heydər Əliyevin Zərifə xanım Əliyevaya bəslədiyi ülvi məhəbbətindən, onun ailəsinə olan xüsusi qayğı və diqqətindən danışıb. Heydər Əliyevlə bağlı uşaqlıq xatirələrini bölüşən N.Abdullayeva gəncləri Ulu Öndərin qoyub getdiyi milli-mənəvi irsi davam etdirməyə səsləyib.
Tədbirin sonunda çıxış edən BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov Ümummilli Lider Heydər Əliyevin siyasi portretində onun səmimiyyətinin əsas amil olduğunu diqqətə çatıdırıb. T.Cəfərov BSU-nun rektoru, professor Nurlana Əliyevanın göstərişi ilə universitetdə, habelə universitet nəzdindəki Məktəb-Lisey Kompleksində Ulu Öndərin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirildiyini bildirib. Prorektor BSU rəhbərliyi və müəllim-tələbə kollektivinin Ümummilli Liderin ildönümü ərəfəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfərindən, Cocuq Mərcanlı kənd tam orta məktəbində BSU-nun təşkilatçılığı ilə keçirilən Ulu Öndərə həsr olunmuş tədbirdən də söz açıb
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024