Siyasət / Slayd (Bu gün, 08:12)
Azərbaycan XİN Türkiyəni təbrik etdi
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəni Respublikası Günü münasibətilə təbrik edib.“Qafqazinfo”nun məlumatına görə, bu barədə nazirlik “X” sosial şəbəkəsində paylaşım edib.
“29 Oktyabr - Türkiyə Respublikasının əsasının qoyulmasının 102-ci ildönümü münasibətilə qardaş Türkiyə xalqını və dövlətini səmimi-qəlbdən təbrik edirik.Bu tarixi gündə, Türkiyə Respublikasının banisi, dahi Mustafa Kamal Atatürkü, eləcə də Cümhuriyyətin yaradılması uğrunda canlarını fəda etmiş şəhidlərimizi və qazilərimizi dərin ehtiramla yad edirik.
Bölgədə sülhün, ədalətin və inkişafın rəmzinə çevrilmiş Türkiyə Respublikası, eləcə də bənzəri olmayan Azərbaycan–Türkiyə qardaşlığı əbədi yaşayacaq və gələcək nəsillər üçün örnək olacaqdır.
Bu əlamətdar gün münasibətilə qardaş Türkiyəyə daim sülh, rifah və tərəqqi arzulayır, Azərbaycan–Türkiyə birliyinin və qardaşlığının əbədi olacağına əminliyimizi ifadə edirik.
Türkiyənin Cümhuriyyət Günü mübarək!”, - paylaşımda deyilir
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025



























