Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (Bu gün, 14:21)
Elm və Təhsil Nazirliyinin şübhəli akademiya ilə əməkdaşlığı - 24.900 dollara alınan fəxri adlar

2025-ci ilin oktyabrın 23-də Azərbaycan Tibb Universitetinin professoru Vagif Qələndərov “Avropa Təbiət Elmləri Akademiyası”-nın ali ordeninə layiq görülüb...

Akademiya professoru “Avropada ilin elm adamı” seçib, “Ali şərəf və Ləyaqət” ordeni ilə təltif edib.

Bu barədə Azərbaycan Tibb Universitetinin rəsmi saytında dərc edilən xəbərdə məlumat verilib.

Təsdbirdən yayımlanan fotoşəkillərdən məlum olur ki, mükafatın təqdimetmə mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli və digər rəsmi şəxslər iştirak ediblər.

Bəs adı çəkilən akademiya elm ictimaiyyəti tərəfindən tanınırmı?

Onun elmi fəaliyyəti nədən ibarətdir?

Adı çəkilən “Avropa Təbiət Elmləri Akademiyası”nın rəsmi və tanınmış elmi qurum olması barədə etibarlı mənbələrdə məlumat yoxdur.

Təşkilatın prezidenti, ixtisasca geoloq olan Vladimir Tirminski 1938-ci ildə Rusiyada anadan olub, ali təhsilini də orada alıb. O, 1997-ci ildə professor adını qazanıb, 2002-ci ildə isə Almaniyanın Hannover şəhərində “Avropa Təbiət Elmləri Akademiyası” adlı təşkilatı qeydiyyatdan keçirib.

Araşdırmalar göstərib ki, “Avropa Təbiət Elmləri Akademiyası” ötən il Çində qalmaqala səbəb olub.

“South China Monitoring Post” qəzetinin məlumatına görə, 2024-cü ilin aprelində Pekində Akademiya tərəfindən altı çinli alimə mükafat və fəxri adların təqdim edildiyi mərasim keçirilib.

Lakin tədbirdən dərhal sonra Akademiyanın fəaliyyətini və etibarlılığını şübhə altına alan məqamlar ortaya çıxıb.

Qəzetin yazdığına görə, akademiya ilə əməkdaşlıq elmi nailiyyətdən daha çox işgüzar sövdələşmə xarakteri daşıyır.

Belə ki, Akademiyaya üzv olmaq üçün hər hansı elmi kəşf və ya tədqiqat deyil, müəyyən məbləğdə ödəniş etmək kifayət edir.

Hətta araşdırma nəticəsində müəyyən olunub ki, adı çəkilən akademiyaya üzvlük üçün müraciətlərin məbləği 24.900 ABŞ dollarıdır. Bu səbəbdən Akademiyanın mükafatlandırdığı şəxslər arasında elm adamları ilə yanaşı, elmi fəaliyyətlə əlaqəsi olmayan biznes nümayəndələri də yer alır.

“The Paper” qəzeti tərəfindən aparılmış bir digər araşdırmaya görə isə, Akademiya 2024-cü ildə 34 yaşlı çinli alimə “akademik” fəxri adı verib və onu “dünyanın ən gənc akademiki” elan edib. Bu məqam Akademiyanın nüfuzu və seçim meyarları ilə bağlı müzakirələri daha da gücləndirib.

Bu hadisə təşkilatın nüfuzu və üzvlük meyarlarının şəffaflığı ilə bağlı sualları daha da gücləndirib.

Müzakirələrin fonunda 2024-cü il mayın 8-də Çin Elm və Texnologiya Assosiasiyası rəsmi saytında “Avropa Təbiət Elmləri Akademiyası” ilə bağlı mövqeyini açıqlayıb.

Avropa Təbiət Elmləri Akademiyası üzvlərinin sayının artması nəyi göstərir?” başlıqlı məqalədə qeyd olunub ki, sözügedən qurum “beynəlxalq nüfuzlu elmi akademiya” deyil, Almaniyada qeydiyyatdan keçmiş adi özəl təşkilatdır.

Assosiasiya təhsil müəssisələrini və elmi qurumları saxta universitetlərə və ödənişli mükafatlara dəstək verməməyə, bu kimi spekulyativ təşəbbüslərdən uzaq durmağa çağırıb.

Akademiyanın fəaliyyətində bir sıra digər şübhəli məqamlar da diqqət çəkir. Çinli tədqiqatçıların araşdırmalarına görə, təşkilatın rəsmi qeydiyyat ünvanı kimi göstərilən Hannoverdəki ofis uzun müddətdir fəaliyyət göstərmir və bağlı vəziyyətdədir.

Araşdırmalar nəticəsində o da məlum olub ki, akademiya üzvlük sistemi ilə fəaliyyət göstərir və illik üzvlük haqqını ödəməyənlərin adlarını rəsmi saytından silir. Beləliklə, elm adamları təkcə Akademiyaya üzv olmaq üçün deyil, üzvlüyü qoruyub saxlamaq üçün də mütəmadi ödəniş etməyə məcbur olurlar.

Eyni zamanda, akademiya 2016-cı ildən etibarən “Archiv EuroMedica” adlı jurnal nəşr edir. Lakin bu jurnal bir müddət əvvəl nüfuzlu beynəlxalq elmi indeksasiya sistemi olan “Web of Science” bazasından çıxarılıb.

Bundan başqa, akademiyanın rəsmi veb-saytındakı məlumatlara əsasən, təşkilat əsasən Azərbaycan, Qazaxıstan, Şimali Qafqaz və Ukrayna kimi ölkələrlə əməkdaşlıq edir.

Bu amillər akademiyanın elmi etibarlılığını, beynəlxalq nüfuzunu və seçim meyarlarını şübhə altına almaq üçün ciddi əsaslar yaradır.

Yerli mətbuatda “Avropa Təbiət Elmləri Akademiyası” ilə əməkdaşlıq edən, bu qurumdan mükafatlar və fəxri adlar alan çoxsaylı azərbaycanlı alimlərin adlarına rast gəlmək mümkündür.

Mediada yayımlanan xəbərlərə görə, Akademiya 2015-ci ildə AMEA-nın şöbə müdiri, professor Nəriman İsmayılova fəxri diplom və “Vladimir Vernadski adına medal”, 2016-cı ildə AMEA-nın əməkdaşı, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Sabir Tağıyevə “Taclı ulduz ordeni” kimi mükafatlar verib.

Azərbaycan Rəssamlar İttifaqınun üzvü Nəcməddin Hüseynov, AMEA İşlər idarəsinin müdiri, professor Elton Məmmədov və jurnalist Tofiq Yusifov isə son illərdə bu akademiyanın həqiqi üzvü seçiliblər.

Akademiyanın Azərbaycandan olan üzvləri arasında Milli Məclisin deputatı Səttar Möhbalıyev, AMEA müşaviri Yaqub Mahmudov, keçmiş Ombudsman Elmira Süleymanova və Ağsaqqallar Şurasının sədri Eldar Quliyev kimi şəxslərin də adları yer alır.

Akademiya, həmçinin, azərbaycanlı alim və müəllifləri nüfuzlu “Nobel” mükafatına namizəd kimi irəli sürdüyünü iddia edir.

Çin mətbuatı qeyd edir ki, bir çox insan “Avropa Təbiət Elmləri Akademiyası”nı ad oxşarlığı səbəbindən “Avropa Elmlər Akademiyası” kimi tanınmış və rəsmi elmi qurumlarla səhv salır.

Bu qarışıqlıq nəticəsində bəzi elm adamları ödəniş müqabilində elmi adlar və fəxri üzvlüklər alma prosesində iştirak edirlər.

Halbuki bu cür əlaqələr və təltiflər ölkələrin müvafiq elmi və təhsil qurumları tərəfindən ciddi şəkildə araşdırılmalı, yalnız etibarlılığı təsdiqləndikdən sonra əməkdaşlıq edilməlidir.

Azərbaycan Təhsil Nazirliyi xaricdə təhsil almış şəxslərin diplomlarının tanınması üçün onları imtahanlara cəlb edir. Bununla belə, nazirlik xaricdə fəaliyyət göstərən akademiyaların və onlardan verilən mükafatların elmi əsaslılığını və etibarlılığını araşdırmır.

Toplum TV


шаблоны для dle 11.2

Xəbər lenti
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
27 10 2025
27 10 2025
27 10 2025
27 10 2025
27 10 2025
27 10 2025
27 10 2025
27 10 2025