Təhsil (16-09-2019, 13:49)
BSU-da Bilik günü təntənəli şəkildə qeyd olunub
Sentyabrın 16-da Bakı Slavyan Universitetində (BSU) Bilik gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin universitetin foyesində yerləşən büstü önünə əklil qoyulub. Akt zalında baş tutan mərasim Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə Yunanıstan dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nikolas Kanellos, Rusiyanın Azərbaycandakı səfirinin məsləhətçisi İqor Yeronin, Ukrayna Respublikasının Azərbaycandakı səfirinin katibi Georgiy Selskiy, Çexiyanın Azərbaycandakı səfirinin müavini Daniel Putik, Belarusun Azərbaycandakı səfirinin I katibi, konsul İnessa Pavlovskaya, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, millət vəkilləri Elman Nəsirov, Sevinc Fətəliyeva, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri Zərifə Salahova, təhsil eksperti, professor Şahlar Əsgərov, Trend İnformasiya Agentliyinin baş direktorunun korporativ inkişaf üzrə müavini Arzu Nağıyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva tələbələri yeni tədris ili münasibətilə təbrik edərək onlara dərslərində uğurlar arzulayıb. Rektor Azərbaycan təhsil sisteminin müasir dövrdə çox böyük nailiyyətlər əldə etdiyini, bəşər sivilizasiyasına böyük töhfələr verdiyini dilə gətirib və Azərbaycan xalqının zəngin maarifçilik ənənələri, pedaqoji fikir tarixi ilə qürur duyduğunu vurğulayıb. O, dahi alim Lütfizadənin dünyanın nəhəng elm adamları ilə bir cərgədə dayandığını, dəqiq elmlərlə yanaşı, Azərbaycan bədii-fəlsəfi fikrinin bəşər mədəniyyətinin inkişafında əvəzsiz rol oynadığını qeyd edib. Rektor dünya şöhrətli elm və ədəbiyyat xadimlərimizin yetişməsini məhz Azərbaycanın yüksək səviyyəli təhsilinin göstəricisi kimi dəyərləndirib.
O, Bakı Slavyan Universitetinin də böyük ənənəsi olan ali təhsil müəssisələrindən biri olduğunu bildirib. BSU-nun xarici ölkə universitetləri sıx əlaqələrə malik olduğunu bildirən rektor dilimizin, mədəniyyətimizin dünyada təbliği istiqamətində burada ciddi əməli işlər görüldüyünü diqqətə çatdırıb. Rektor qeyd edib ki, bu gün dünya təhsilinin ən mütərəqqi ənənlərini universitetimizdə tətbiq etmək, tədris və tərbiyə sahəsində yeni uğurlara imza atmaq, universitetin maddi-texniki bazasını beynəlxalq standartlara uyğunlaşdırmaq başlıca məqsədimizdir. Nurlana Əliyeva Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 15 senytabr tarixinin hər il Bilik Günü kimi təntənə ilə qeyd edilməsini təhsilə göstərilən qayğının bariz nümunəsi kimi dəyərləndirib. Professor N.Əliyeva bildirib ki, son illər ölkəmizdə humanitar sahədə qazanılan uğurlar dövlət başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatların, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir. Nurlana Əliyeva deyib ki, Bakı Slavyan Universitetində təhsilin səviyyəsi, burada tələbələrin biliklərə yiyələnməsi üçün yaradılan şərait hər zaman diqqət mərkəzində olub. Universitetin potensialı istiqamətində mütəmadi olaraq işlər görüldüyünü deyən N.Əliyeva bu il BSU-ya qəbul sayının ötən illərlə müqayisədə daha da artdığını diqqətə çatdırıb.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxışında ölkədə təhsil məsələləri ilə bağlı görülən işlərdən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışaraq bildirib ki, Nəsimi rayon ərazisində yerləşən ali və orta məktəblərdə həm təhsilin səviyyəsinə, həm də müəssisələrin vəziyyətinə ciddi fikir verilir. İcra başçısı qeyd edib ki, Nəsimi rayonu ərazisindəki təhsil ocaqlarında, habelə səhiyyə mərkəzlərində yaradılan münbit şərait, onların texniki avadanlıqlarla təmin olunması müasir təhsil və səhiyyə sisteminin ölkəmizdə inkişafının göstəricisidir.
İcra başçısı Ulu Öndər Heydər Əliyevin gənclərlə görüşü zamanı təhsillə bağlı səsləndirdiyi fikri xatırladıb: “Artıq qara qızıldan qurtarıb ağ qızıla - elmə, təhsilə keçməyin vaxtı yetişib!” A.Əsgərov BSU-da yaradılan əlverişli şəraitə görə rektor Nurlana Əliyevaya minnətdarlıq edərək bu universitetin ölkənin ictimai-siyasi həyatında mühüm rola malik olduğunu diqqətə çatıdırıb. O, BSU tərəfindən universitet daxilində, müxtəlif bölgələrdə, o cümlədən Qarabağın işğaldan azad olunmuş Cocuq Mərcanlı ərazisində respublika səviyyəli tədbirlərin keçirilməsini müsbət hal kimi dəyərləndirib.
Sonra BSU-nun “Arzu” rəqs ansamblının ifasında “Cəngi” rəqsi nümayiş olunub, universitetin himni səsləndirilib.
Tədbirdə çıxış edən BSU-nun Tərcümə fakültəsinin IV kurs tələbəsi Şamil Nuri universitetlə bağlı xoş təəssüratlarını I kurs tələbələri ilə bölüşüb. BSU-nun gənclərin inkişafı istiqamətində gördüyü işlərdən danışan Ş.Nuriyev tələbələri universitetin ictimai-siyasi həyatında fəal olmağa səsləyib.
Tədbirdə bu il Bakı Slavyan Universitetinin Filologiya və xarici dil müəllimliyi, Azərbaycan filologiyası və jurnalistika, Məktəbəqədər təlim-tərbiyə və ibtiai təhsil, Pedaqoji, Tərcümə, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültələrinə yüksək bal toplayaraq qəbul olan tələbələrdən Lamiyə Muxtarova, Fəridə İsayeva, Fəridə Həsənli, Leyla Tağızadə, Rizvan Ağayev, Fidan Məlikli rektor Nurlana Əliyeva tərəfindən hədiyyələrlə mükafatlandırılıblar.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024