Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (Dünən, 21:27)
Prezident Zəngilanda 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub- FOTOLAR

 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub.

Mediatv.az xəbər verir ki, dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verildi.

Bildirildi ki, 12 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 2 hektara yaxındır. Burada 104 mənzil inşa olunub. Binalardan 8-i ikimərtəbəli, 4-ü isə üçmərtəbəlidir. Hazırda binaların daxili bəzək işləri yekunlaşıb. Kompleksdəki binaların inşasında müasir memarlıq yanaşmaları əsas götürülüb. Ərazidə uşaq və idman meydançaları quraşdırılıb. Məhəllədə 6 yerüstü və yeraltı avtomobil dayanacağı var. Elektromobillər üçün enerjidoldurma məntəqəsi də nəzərdə tutulub. Yaşayış kompleksinin ərazisində yeraltı su anbarları tikilib, transformator da quraşdırılıb. Kompleks şəhərin mərkəzi hissəsində, məktəb, uşaq bağçası və parkın yaxınlığında, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir.

 

шаблоны для dle 11.2

Xəbər lenti
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
27 10 2025
27 10 2025
27 10 2025
27 10 2025