Sosial (Dünən, 21:37)
Sabiq icra başçısı külli miqdarda borca düşdü
"Kaspian Biznes Servisez" Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qarşısında borca düşüb.
Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestri bazasından məlumat əldə edib.
Məlumata görə, "Kaspian Biznes Servisez"in Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcu 98 737.96 manat təşkil edir.
Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan "Kaspian Biznes Servisez" MMC-nin qanuni təmsilçisi Həbibov Rauf Xeyrulla oğludur. O, 2007-2012-ci illərdə Quba Rayonu İcra Hakimiyyətinin başçısı olub.
Xatırladaq ki, daha əvvəl isə bu ilin avqust ayında mətbuatda şirkətdə yarım milyon manatdan çox vergindən yayınma faktının aşkar edildiyi və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən şirkətdə səyyar vergi yoxlaması həyata keçirildiyi barədə məlumatlar yayılıb. Qeyd edilib ki, səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində şirkət barəsində 400.100,35 manat əlavə vergi, 200.050,18 manat maliyyə sanksiyası hesablanıb. Buna görə də onun ölkədən çıxışının müvəqqəti məhdudlaşdırıldığı qeyd edilib.



























